Gürcüstanı qarışdıran “qara əllər”: - “Azərbaycanlı fəallar dindirilir, Yepiskop isə merə ultimatum verir”
Son günlər Gürcüstanda azərbaycanlılara qarşı təzyiqlər artıb.
Artıq bir neçə azərbaycanlı siyasi fəalın Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə çağırılması ilə bağlı məlumatlar var.
Qeyd edək ki, bundan əvvəl isə “Keşikçidağ” məbəd kompleksinə görə bir qrup radikal gürcü millətçisi Azərbaycan sərhədlərini pozmağa, təxribat törətməyə cəhd etmişdi.
Maraqlıdır, Gürcüstanda nə baş verir? Hadisələri qızışdıran kimlərdir?
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisin sədri, əslən Borçalıdan olan ziyalı Rafiq Daşdəmirli Cebhe.info-ya açıqlamasında deyib ki, baş verənlər təsadüfi deyil:
“Zaman-zaman bu cür hadisələr baş verib. Bu, gürcü xalqının məsələsi ola bilməz, bunu gürcü xalqına düşmən mövqedə duran bir neçə şəxs, qrup edir. Sadəcə, bunun zamanı gəldikcə edirlər ki, istəklərinə nail olsunlar. Onu deyim ki, bəzən də buna nail ola bilirlər. Amma burda qazanan gürcülər deyil, gürcüləşmiş ermənilərdir. Baxın, bu məsələlərin bir tərəfində Nərimanovun heykəli durursa, o biri tərəfində “Keşikçidağ” dayanır. Nərimanovun heykəlinin götürülməsini, kəndlərin adının gürcüləşdirilməsini tələb edilər. Bəzən də Azərbaycana ərazi iddialarını irəli sürürlər. Aranı qızışdıran soyadını dəyişmiş ermənilədir. Bu yaxınlarda Gürcüstan DTX-nin yaydığı məlumatda bir qrup şəxsin milli şərəf və ləyaqəti təhqir edən ifadələr və hərəkətlərə səbəb olan yanlış və təcavüzkar müraciətlər yaydığı bildirilirdi. Bununla gürcü və Azərbaycan əsilli Gürcüstan vətəndaşları arasında parçalanma yaratmağa çalışırlar. Bu qrup insanlar ümid edirlər ki, etnik nifrət oyatmaqla milli zəmində insan haqlarının pozulmasına səbəb olacaqlar. Bu insanlar Kvemo Kartli və Kaxeti bölgələrində yaranan bəzi məsələlərdən etnik nifrət oyatmaq üçün istifadəyə çalışırlar. Əvvəllər də sosial şəbəkələrdə müxtəlif qruplar azərbaycanlılarla gürcülər arasında etnik qarşıdurma yaratmağa çalışırdılar. Azərbaycanlıların və gürcülərin adlarına yaradılan saxta profillərlə təhqiramiz məzmunlu yazı və şərhlər yayımlayırdılar. Bu təxribatçılar etnik qarşıdurmanı qızışdırmaq məqsədi güdür. DTX-nin apardığı monitorinqi və bu saxta hesabların mənşəyini təhlil etdikdən sonra məlum oldu ki, onların çoxu Ermənistan ərazisindən qoşulan erməni istifadəçilər və ya Gürcüstanın ermənilər məskunlaşmış ərazilərinin sakinləridir. Bununla bağlı Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti irqi ayrı-seçkiliklə bağlı istintaq aparır. Ona görə də bizim yerli azərbaycanlı fəalları istintaqa çağırırlar. Hələ ki, istintaq getdiyindən heç nə bilinmir. Amma o da bilinmir ki, dövlətə və hökumətə qarşı təxribatçı çıxışlar edən yerli təxribatçılar da istintaqa çağrılırmı?”
R.Daşdəmirli bildirib ki, bəzi dairələr Borçalıda yaşayan azərbaycanlıları təxribata çəkmək istəyir:
“Məqsəd insanları incitmək, Rusiyadan Ermənistana gedən yol ətrafından soydaşlarımızı sıxışdırıb çıxarmaq, bugünkü hakimiyyəti yerli azərbaycanlıların gözündən salmaqdır. Ona görə də bu məsələlərə tutarlı yazıları ilə cavab vermiş, sabiq deputat Zümrüd Qurbanlı, fəallar Samirə Bayramova və Aygül İsayeva, İsrafil Bayramov, Azər Məmmədov, Fuad Qəhrəmanov və digərləri istintaqa çağırılır. Günbəgün qeyri - dini fəaliyyətini gücləndirən, siyasi bəyanatlar verən Marneuli yepiskopuna “gözün üstə qaşın var” deyən yoxdur! DTX fəalları dindirir. Yepiskop açıq şəkildə siyasi motivli çıxışlar edir və dövlət numayəndəsinə, yəni Marneuli merinə ultimatum verir. Elə bu fakt kifayət edir ki, Yepiskop barəsində tədbir görülsün. Amma nəyə görəsə yepiskopa heç nə deyilmir. Azərbaycanlı fəalların istəyi Gürcüstanın güclənməsi və ərazi bütövlüyünün təmin olunmasıdir. Onlar eyni zamanda, soydaşlarımıza tam bərabərhüquqlu Gürcüstan vətəndaşları kimi yanaşma istəyirlər. Onların məqsədi iki müstəqil qardaş, dost, qonşu olan Gürcüstan və Azərbaycan respublikalarının güçlənməsinə töhfə verməkdir. Bu gün millətimizə qarşı yönəlmiş təxribatçı çıxışlara baxmayaraq, səbrli olmalı, fitnəyə uymamalıyıq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-06-2020, 11:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-06-2020, 11:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11