LUKAŞENKO AMERİKADAN NƏ İSTƏYİR? – “Vaşinqton Minskə öz maraqları naminə kömək edir”
Uzun müddət ABŞ-la Belarus arasındakı münasibətlər heç də ürəkaçan səviyyədə olmayıb. Belarus prezidenti Aleksandr Lukaşenko tez-tez Amerikanı ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. Lakin indi vəziyyət xeyli dəyişib. Rusiyanın Krımı işğal etməsindən sonra Belarus rəhbərliyi daha ehtiyatlı və tədbirli davranmağa başlayıb.
Sözsüz ki, Belarusun Rusiya ilə məsafəli münasibət saxlamasında Moskvanın da günahı var. Belarus Rusiyadan ucuz qiymətə aldığı nefti emal edərək yanacağa çevirib yaxın qonşularına sataraq, yaxşı pul qazanırdı. Bunu yaxşı bilən Moskva düşünürdü ki, vaxtı gələndə enerji resursu vasitəsilə Belarusa təzyiq göstərib, onu nəzərdə tutulan İttifaq müqaviləsinə qoşa biləcək. Lakin Belarus prezidenti cəld manevr edərək, Rusiyanın təzyiqlərinə qarşı alternativ yola baş vurdu.
İndi Amerika Belarusa neft satmağa hazırlaşır. Düzdür, bu alqı-satqı böyük həcmdə olmasa da, ilkin mərhələdə atılan müsbət addımlar sayıla bilər. Həm də ki, buradakı əsas məsələ siyasi dəstəklə bağlıdır. Əlbəttə, hər bir tərəfin öz marağı var. Perspektiv planda hadisələrin necə cərəyan etməsi isə diplomatik əlaqələrin hansı səviyyədə qurulmasından asılıdır. Ona görə də ABŞ-ın Belarusa yollayacağı diplomatın üzərinə ciddi iş düşür.
“AzPolitika.info” xəbər verir ki, sözügedən mövzuyla bağlı Belarusun “Belorusskie novosti” internet portalında “Vaşinqton Minskə öz maraqları naminə kömək edir” başlıqlı məqələ dərc edilib. Həmin məqalədə deyilir:
”Artıq proses başlayıb. ABŞ Prezidenti Donald Tramp Qərbi Avropa və Avropa Birliyi üzrə dövlət katibinin müavininin köməkçisi Culiya Fişerin ABŞ-ın Belarusdakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb. İndi onun namizədliyi ABŞ Senatından keçməlidir.
Münaqişə ardından münaqişə
Mətbuat yazır ki, xanım Culiya Fişer təsdiq olunduğu təqdirdə, 2008-ci ildən bu yana ABŞ-ın Belarusdakı ilk səfiri olacaq. Bu detaldan çıxan nəticə tamamilə aydındır: 12 il ərzində diplomatik missiyanın səfirsiz mövcudluğu, yumşaq ifadəylə söyləsək, sadəcə qeyri-adi bir haldır. Lakin Belarus-Amerika münasibətlərinin ən yeni tarixində bu, heç də yeganə maraqlı hadisə deyil. Çox qısa zaman kəsiyində digər qalmaqallar da yaşanıb.
Belə ki, 1997-ci ilin martında ABŞ və Belarus diplomatları qarşılıqlı şəkildə geri çağırılmışdılar. Amerika səfiri Kennet Yaloviç “məsləhətləşmə üçün” Vaşinqtona getmiş, eyni vaxtda Belarusun ABŞ-dakı səfiri vəzifəsinə təzəcə təyin edilmiş və Frankfurt aeroportundan Vaşinqtona yola düşməyə hazırlaşan Valeriy Çepkalo da təcili Minskə geri çağırılmışdı. ABŞ səfirinin “məsləhətləşməsi” bir aydan artıq sürmüşdü.
Buna bənzər digər münaqişə bir ildən sonra baş verdi. Onda səfir Yaloviçin xələfi Daniel Spekxard idi. Həmin dövrdə səs-küylü “kanalizasiya qalmaqalı” yaşanmışdı. Belarus hakimiyyəti iyirmiyə yaxın ölkənin səfirliyini Minskin Drozdı elit qəsəbəsindən çıxararaq, şəhərin kənarına yerləşdirmək qərarına gəlmişdi. Səfirliklər diplomatik münasibətlərlə bağlı Vyana konvensiyasına istinad edərək, müqavimət göstərməyə cəhd etmişdilər. Lakin nəticədə onların yaşadığı yerin su, elektrik və telefon xətləri kəsilmişdi. Ona görə də digər diplomatik nümayəndələr kimi, ABŞ səfiri də geri çağırılmışdı. Amerika hökuməti də öz növbəsində bəxti gətirməyən Çepkaloya evə qayıtmağı məsləhət görmüşdü. Bu hadisədən bir ildən artıq vaxt keçdikdən sonra ABŞ diplomatik missiyası yenidən Belarusa geri dönmüşdü.
Diplomatik münasibətlərin kəsilməsinə qədər uzanan gərginlik
Belarusdakı sonrakı ABŞ səfirləri Maykl Kozake və Corc Krole zamanında münasibətlər o qədər də kəskin xarakter almadı. Ancaq getdikcə, ikitərəfli münasibətlərdə çoxsaylı ziddiyyətlər artaraq, böhrana dönüşdü. Belarusdakı siyasi məhbusların azad olunmasıyla bağlı Vaşinqtonun 2008-ci ilin martında irəli sürdüyü tələb yerinə yetirilmədi və bundan sonra ”Belneftxim” konserninə qarşı tətbiq olunmuş sanksiyalar Belarasun bütün neft-kimya komplekslərinə şamil edildi.
Hələ 2008-ci ilin əvvəlində Aleksandr Lukaşenko demişdi ki, əgər Belarus iqtisadiyyatına qarşı sanksiyalar tətbiq olunacaqsa, ABŞ səfiri ölkədən qovulacaq. Ona görə də hadisələrin sonrakı gedişi heç də gözlənilməz olmadı. 2008-ci ilin 7 mart tarixində Belarusun Vaşinqtondakı səfiri Mixail Xvastov məsləhtləşmə üçün geri çağırıldı və 12 martda ABŞ səfiri Minski tərk etmək məcburiyyətində qaldı. Sonra isə həri iki dövlətdəki diplomatik nümayəndəliklərin üzvlərinin sayı beş nəfərədək azaldıldı.
Nəticədə iki ölkə arasındakı münasibətlər tarixində ən kritik an baş verdi. 1 may 2008-ci ildə “Associated Press” agentliyi xəbər yaydı ki, ABŞ Dövlət Departamenti ölkə səfirliyinin Minskdəki işini dayandırıb və bununla yanaşı Minskdən tələb edib ki, Vaşinqtondakı səfirliyini və Nyu-Yorkdakı baş konsulluğunu bağlasın. Daha sonra dovlət katibi Kondaliza Rays diplomatik əlaqələrin kəsilməsi qərarının qəbul olunmasını təsdiq etsə də, bir neçə saatdan sonra bu qərarı ləğv etmişdi.
Hədsiz yüksək baryerlər
Minsklə Vaşinqtonun münasibətləri Krım hadisələrindən sonra nisbətən düzəlməyə başlayıb. ABŞ birinci plan kimi regiondakı geosiyasi maraqlarını ortaya qoydu, Minsk isə siyasi məhbusları buraxaraq, bir neçə güzəştə getdi. Bu yaxınlarda “Siyasi sfera” siyasi araşdırmalar institutunun direktoru Andrey Kazakeviç bildirib ki, Culiya Fişerin təyinatı Belarus və ABŞ əlaqələrini canlandıracaq.
İqtisadi, elmi-texniki, təhlükəsizlik, suverenliyin möhkəmlənməsi sahələriylə yanaşı, biznes və dövlət təşkilatları arasındakı əməkdaşlığın ən yüksək səviyyədə genişlənməsi kimi istiqamətlərdə canlanma gözlənilir. C.Fişerin zəngin diplomatik fəaliyyəti bu münasibətlərin formalaşmasında başlıca arqument kimi göstərilir. Amma indiki vəziyyətdə yeni səfirin işinin tam faydalı olalcağına əminlik yoxdur. Onun işlədiyi Ukrayna və Gürcüstanda hökumətlər Amerika ilə maksimum yaxınlaşmaqda çox maraqlıydılar, lakin bunu Belarus rəhbərliyi barəsində söyləmək olmaz.
NATO strukturunda işləmiş Fişerin bu alyansı Belarus hakimiyyətinin gözündə yüksəldəcəyi çətin görünür. Rəsmi Minsk və ABŞ-ın başlıca maraqları praqmatik müstəvi üzərində dayanır. Bununla yanaşı, Belarus rəhbərliyinin radikal iqtisadi islahatlara gedəcəyi də müşahidə olunmur.
Hazırkı siyasi plandakı prioritet məsələ ölkə suverenliyinin möhkəmlənməsi istiqamətində ABŞ-ın dəstəyinin alınmasıdır. Baltikyanı ölkələr və Polşanın təhlükəsizliyi ilə bağlı Vaşinqtonun narahatlığı artdığından, Belarusun mövqeyi onun üçün böyük əhəmiyyət daşıyır. Buradakı hadisələrin perspektivi də tamamilə Belarus rəhbərliyindən asılıdır. Lakin Rusiya ilə Qərb arasında münasibətlər gərginləşəcəyi təqdirdə, Minskin indiki neytral mövqeyini saxlaması ağlabatan görünmür.
ABŞ səfiri Culiya Fişerin Bealarusdakı fəaliyyəti zamanı hansısa pozitiv dəyişikliklərin baş verəcəyini inkar etmək də olmaz. Amma bu münasibətlərdə radikal sıçarayışları da gözləmək əbəsdir. Səfirlərin rolunun nə dərəcədə mühüm olmasına baxmayaraq, ümumilikdə Belarus-ABŞ münasibətlərini onlar müəyyənləşdirmir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2020, 10:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-05-2020, 10:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01