“Bu seçkidən sonra Ukraynada siyasi ehtiraslar sakitləşməyəcək” - TƏHLİL
Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Aprelin 14-də prezidentliyə namizəd Vladimir Zelenski rəqibi Pyotr Poroşenko ilə Kiyevin mərkəzi “Olimpiya” stadionunda canlı debata qatılmayıb. Prezident Poroşenko səhnədən rəqibi Zelenskini canlı debatdan qorxmamağa çağırıb. Zelenskinin bu addımı onun arxayınçılığından, yoxsa rəqibi qarşısında uduzacağı qorxusundan irəli gəlir? Onun canlı debata qatılmaması reytinqinə necə təsir edə bilər? Ümumiyyətlə, Ukrayna seçkilərinin qalibinin daha çox kim olacağı gözlənilir?
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Zelenski siyasətdə diletantdır və ölkənin problemlərinə dərindən bələd deyil. Onun uğurunun əsas səbəbi budur ki, Ukrayna xalqı uzun illərdir siyasətdə dominantlıq edən köhnə simalardan yorulub, siyasətə və siyasi institutlara inamını itirib və artıq dəyişiklik istəyir. Toplum “kim gəlirsə gəlsin, yetər ki, indikilər getsin” düşüncəsindədir: “Zelenskiyə ictimai dəstək heç də ona olan yüksək etimaddan, ölkənin problemlərini həll edəcəyinə duyulan güvəndən irəli gəlmir. Onun aldığı səslər əslində digərlərinin əleyhinə verilən səslərdir. Əhali Zelenskini ”Xalqın qulluqçusu" teleserialında canlandırdığı məşhur İqor Qoloborodko obrazı ilə eyniləşdirir. Qoloborodko serialda Ukrayna siyasətinin və cəmiyyətinin naqisliklərini, problemlərini çox təsirli dillə ifadə edir. Ukrayna xalqı məhz Qoloborodko kimi bir rəhbər arzusundadır. Teleserial qəhrəmanının real həyatda xalqın bu arzu və gözləntilərinə necə cavab verə biləcəyi sualı indiki məqamda əhalini çox da maraqlandırmır.
Reytinqi kifayət qədər yüksək olan Zelenski mövcud prezident Poroşenko ilə birbaşa təmasdan və müzakirələrdən mümkün qədər yayınmaq xətti götürüb. Bu, taktiki baxımdan doğru addımdır, çünki Poroşenko ölkənin problemlərini və dövlətin qarşısındakı vəzifələri çox yaxşı bilən, xarici siyasət sahəsində ustalaşmış, dünya liderləri ilə şəxsi əlaqələr qurmuş, daxili siyasi mübarizələrdə püxtələşmiş çox təcrübəli siyasətçidir. Belə bir “köhnə qurd”la debat aparmaq və dərin mövzuların müzakirəsinə girişmək şoumen Zelenski üçün asan olmaz. Bu səbəblə, Zelenskinin seçki qərargahı və siyasi texnoloqları rəqiblə birbaşa toqquşmalara getməmək taktikasını seçib. Amma namizədlər arasında azı bir debatın keçirilməsi qanunun tələbidir və ayın 19-da belə bir debatın baş tutması gözlənilir. Həmin debatda Zelenski məğlub olsa belə, bu, yəqin ki, onun reytinqinə dağıdıcı təsir göstərə bilməyəcək. Digər tərəfdən, Zelenskinin təmiz reputasiyası, indiyədək siyasi oyunlarda iştirak etməməsi və aktyorluq istedadı Poroşenko qarşısında onun ən önəmli silahlarıdır. Yəni Zelenskinin debatda gülünc və aciz duruma düşəcəyini gözləmək də doğru olmaz".
Politoloq şübhə etmir ki, ilk turda 16% civarında səs alan Poroşenko 2-ci turda səslərini artıracaq, amma bunun qələbə üçün yetərli olacağı ciddi şübhə altındadır: “16% səsi 50%+1 səviyyəsinə çıxarmaq həddən artıq mürəkkəb vəzifədir və indiki şərtlərdə Poroşenkonun buna nail olması çox çətin görünür. İkinci turda qalibin müəyyənləşməsində 1-ci turda iştirak etmiş digər namizədərin seçicilərinin mövqeyi də rol oynayacaq. İlk turda digər namizədlər əhalinin yarısından çoxunun səsini alıb. Yuliya Timoşenko 13,40%, Yuri Boyko 11,67%, Anatoli Qritsenko 6,91%, İqor Smeşko 6,04%, Oleq Lyaşko 5,48%, Aleksandr Vilkul 4,15%, Ruslan Koşulinski 1,62%, qalan namizədlərin hər biri 1%-dən aşağı səs toplayıblar. Hələlik onlardan heç biri ikinci turda dəstəkləyəcəyi namizədi açıqlamayıb. İlk dördlük-Timoşenko, Boyko, Qritsenko və Smeşko hər hansı namizədə dəstək verməyəcəklərini bəyan ediblər. Amma onların seçicilərinin öllkədəki vəziyyətdən şikayətçi olduqlarını nəzərə alsaq, mövcud prezidentin səslərini ciddi şəkildə artırıb, qələbə çalmaq şansının çox az olduğunu söyləyə bilərik. İkinci turda iştirak faizi yəqin ki, ilk turdan aşağı olacaq. Mən aprelin 21-də Zelenskinin qalib gələcəyinə inanıram. Bu seçkidən sonra Ukraynada siyasi ehtiraslar sakitləşməyəcək, çünki payızda prezident seçkilərindən heç də az əhəmiyyət daşımayan parlament sçekiləri keçiriləcək. Ukraynada prezident-parlament üsul-idarəsi mövcuddur və hökuməti məhz Ali Rada müəyyənləşdirir. Əgər Zelenski prezident seçildikdən sonra yeni parlamentdə çoxluq formalaşdıra bilməsə, onu çətin günlər gözləyir. Çünki müxaliflərin çoxluqda olduğu bir Ali Rada prezidentin fəaliyyət sferasını ciddi şəkildə məhdudlaşdırmaq imkanına malikdir. Ona görə də parlament seçkilərində prezident seçkiləri ilə müqayisədə daha kəskin rəqabət və daha gərgin mübarizə gözlənilir”.
Politoloq Elşən Mustafayev isə bildirdi ki, seçkilərin birinci turunda Poroşenko və Zelenski arasında faiz fərqinin iki dəfə artıq olması Zelenskinin ikinci turu qazanacağı şanslarının böyük olduğunu söyləməyə əsas verir. Zelenski bunun fərqindədir: “Ayın 14-də Zelenskinin debata gəlməyəcəyi öncədən məlum idi. Belə ki, ilk olaraq Zelenski aprelin 19-da debat olmasını təklif etmişdi. Ancaq bundan sonra qarşı tərəf 14 aprel gününü elan etdi. O zaman da Zelenski təklif etdiyi tarixdə rəqibini gözləyəcəyini bildirmişdi və artıq dəqiqdir ki, aprelin 19-da Zelenski dediyi tədbiri keçirəcək. Yəni göründüyü kimi, debatın alınmaması heç də Zelenskinin nə qorxusundan, nə də arxayınçılığından irəli gəlib. O, əvvəldən də komandasının müəyyənləşdirdiyi seçki strategiyası üzərindən fəaliyyət göstərir. Fövqəladə hal baş verməzsə, əksər proqnozlar, araşdırmalar, sorğular ikinci turda onun qalib olacağını göstərir. Sual oluna bilər ki, keçmiş KVN-çi, teatr satiraçısı olan gənc bir namizədin uğurunun arxasında nə dayanır? Əslində onun siyasətçi olmaması şanslarını yüksəldən ən vacib amildir. Son illər Ukrayna cəmiyyəti mövcud siyasətçilərdən o qədər bezib ki, seçim zamanı mədəniyyət sahəsindən gələn namizədə məcburən dəstək verdilər və bunu ikinci turda da davam etdirəcəklər. Digər tərəfdən, Zelenski təcrübəsiz, öncələr siyasətdə olmayan biri olsa da ona bütün istiqamətlərdə dəstək verənlər Ukrayna siyasətinin Kolomoyski kimi ”boz kardinalları"dır. Seçkidə təxminən Poroşenko ilə eyni səs almış Yuliya Timoşenkonun açıq mövqeyi hələ ortada olmasa da, hazırkı prezidentə dəstək verməyəcəyi artıq məlumdur. Timoşenkonun komandası hazırkı prezidenti onların namizədlərinə qarşı qara üsullardan istifadədə günahlandırırlar. Bildirirlər ki, normalda ikinci turda Zelenski və Timoşenko olmalı idi. Məsələn, seçki bülletenində Timoşenko Yuliya Vladimirovna ilə yanaşı, Timoşenko Yuriy Vladimiroviçin də adı gedirdi. Əhəmiyyətli sayda seçici heç kimin tanımadığı digər Timoşenkoya da səs veriblər. Ona görə də böyük ehtimalla onun və digər namizədlərin seçicilərinin əksəriyyəti Zelenskiyə səs verəcək. Hazırda Zelenskinin reytinqində artım olması müşahidə olunur. Bu səbəbdəndir ki, Avropa Birliyi siyasətçilərinin onunla görüşləri intensivləşib. Yəni artıq onlar da gənc komikin Ukraynanın yeni prezidenti olacağına inanmağa başlayıblar. Bu səbəbdən onları Ukraynanın yeni liderlə gələcəkdə hansı siyasəti yürüdəcəyi çox narahat edir".
Xatırladaq ki, rəsmi nəticəyə əsasən, birinci turda prezidentliyə namizədlər Vladimir Zelenski seçicilərin 30,24 faizinin, Petro Poroşenko isə 15,95 faizinin səsini toplayıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:16-04-2019, 08:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:16-04-2019, 08:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01