Büdcə Məcəlləsinin qəbul edilməsinə ehtiyac var
Dövlət maliyyə nəzarəti orqanın fəaliyyətinin anlaşılan olması vətəndaşın inamını daha da artıran parametrlərdir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib. O bildirib ki, daimi olaraq beynəlxalq təcrübənin öyrənilməsi palatanın elmi fəaliyyətinin güclənməsi deməkdir:
“2019-cu ildə ilk dəfə təkcə xərclərin deyil, həm də büdcə gəlirlərinin audit edilməsi mühüm addımdır. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsi ümumilikdə hesabata müsbət rəy verib. Amma bizi narahat edən bəzi məqamlar da var. 2019-cu ildə audit fəaliyyətinin azalması bizi narahat etməyə bilməz. Yoxlanılan təşkilatların informasiya sistemlərinə çıxışının az olması qarşıya qoyulan hədəflərə nail olunmasına ciddi əngəl yaradan amillərdəndir. Uğurlu fəaliyyətin əsas kriteriyası yalnız cəza vermək, büdcəyə vəsait cəlb etmək deyil. Azərbaycanda sosial dövlət konsepsiyasının həyata keçirildiyini nəzərə almalıyıq”.
O qeyd edib ki, hesabat həm də komitə qarşısında böyük çağırışlar yaradır:
“Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var - xüsusilə Büdcə Məcəlləsinin qəbul edilməsinə. “Satınalmalar haqqında” qanunun təkmilləşdirilməsinə də zəruri ehtiyac yaranıb”.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-05-2020, 12:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-05-2020, 12:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26