Zelenskinin Saakaşviliyə təklifi fiaskoya uğradı
Ukrayna hökuməti Mixail Saakaşvilinin Ukrayna Baş Nazirinin islahatlar üzrə birinci müavini vəzifəsinə namizədliyini Ali Radadan geri çağırıb.
Prezident Vladimir Zelenskinin administrasiyası Ukrayna parlamentində çoxluq təşkil edən “Xalqın xidmətçisi” fraksiyasında Saakaşvilinin təyinatı üçün lazımi sayda imza toplaya bilməyib. Ümumilikdə 248 deputatdan təxminən 140-170 arası deputatın imza verdiyi bildirilib.
Ukrayna KİV yazır ki, bu səbəbdən Zelenski Saakaşviliyə açıq dəstək göstərməmək qərarına gəlib. Əvəzində Saakaşviliyə yenidən Odessa bölgəsinin qubernatoru vəzifəsinə namizədliyinin təklif olunacağı bildirilib.
Qeyd edək ki, bu yaxınlarda Saakaşvili Zelenski tərəfindən ona təklif olunan Baş Nazirin islahatlar üzrə birinci müavini vəzifəsini qəbul etdiyini açıqlamışdı.
Gürcüstan isə öz növbəsində eks-Prezidentin Ukrayna hökumətində vəzifəyə keçəcəyi təqdirdə Kiyevdəki səfirini geri çağıracağını bildirmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-04-2020, 18:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-04-2020, 18:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26