İran Azərbaycana qarşı hoqqabazlıqdan əl çəkmir - Seçim Tehranındır
Bir neçə gün əvvəl Azərbaycan-İran münasibətlərində, sosial şəbəkələrin erməni istifadəçiləri tərəfindən Qarabağ separatçılarına İrandan mal gətirildiyini göstərən videonun yayılması ilə əlaqədar gərginlik yaşandı. Videonun altındakı erməni istifadəçilərinin şərhlərindən belə məlum olurdu ki, İran seriyalı iritonnajlı yük maşınları ilə daşınan bitum işğal altında olan Xocalıdakı asfalt istehsalı zavodu üçün, yanacaq isə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən erməni hərbi hissələrini təmin etmək üçün nəzərdə tutulub.
Bu faktın Azərbaycan mediası tərəfindən yayılmasından sonra rəsmi Bakının reaksiyası özünü çox gözlətmədi. Belə ki, Xarici İşlər nazirinin müavini Xələf Xələfovla İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Abbas Araqçı arasında telefon danışığı baş tutdu. Sonuncu, videonun saxta – feyk olduğunu, ermənilər tərəfindən Azərbaycan və İran arasında düşmənçilik yaratmaq üçün ortaya atıldığını iddia etdi.
Öz növbəsində Xələf Xələfov bu cür hərəkətlərin Ermənistanın işğalçı ölkə kimi dəstəklənməsinə və Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsinə xidmət etdiyini vurğuladı. İran tərəfinin ikitərəfli münasibətlərin prinsiplərinə uyğun olaraq bu məlum videoda əks olunanları araşdıracağına və bu məsələyə aydınlıq gətirəcəyinə ümid etdiyini bildirdi.
Gərginliyi azaltmaq üçün İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, hətta, İran XİN-in ənənəvi şablon açıqlamalarından kənara çıxmağa məcbur oldu və bəyan etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır. Beləliklə, uzun illər Azərbaycana qarşı dəfələrlə yalan və riyakarlıqda ifşa edilən İran, bu dəfə də Qarabağ separatçılarına yardım göstərdiyini, əldə olan faktlara rağmən, rədd etdi.
İranın Qarabağ separatçılarına fəal şəkildə yardım etməsini Ermənistan mediasından, yəni açıq mənbələrdən görmək olar. Hələ ötən ilin sonunda İranın “Part Saman Jahan Co.” şirkətinin Şuşadakı Yuxarı Gövhərağa məscidinin “bərpasında” yaxından iştirak etdiyi barədə məlumatlar yayılmışdı. Məlumata görə, İran Tarixi Kilsələrinin Ümumdünya İrsi təşkilatının rəhbəri, etnik erməni Şerli Avedyan 2019-cu ilin oktyabrında bu məscidin "bərpasından" sonra keçirilən açılış mərasimində iştirak edib. Qeyd etmək lazımdır ki, bu təşkilat İranın Mədəni İrs, Turizm və Sənətlər Nazirliyinin tabeçiliyində olan bir təşkilatdır.
Onu da vurğulayaq ki, İran mütəxəssislərinin ermənilərin nəzarətində olan Şuşadakı məscidin “bərpasındakı” işi ilə əlaqədar olaraq, Azərbaycan səfirliyi dəfələrlə İran tərəfinə etiraz notaları göndərib. İran Prezident Administrasiyasında və digər hökumət qurumlarında Şuşa məscidində işlərin dayandırılmasını tələb edən görüşlər keçirilib. Azərbaycan rəsmiləri İrana səfərləri zamanı da bu mövzunu dəfələrlə qaldırırdılar, lakin hər dəfə İran tərəfi bu məsələnin araşdırılacağına söz verməklə kifayətlənirdi.
İki dövlət rəsmiləri arasında bu mövzu sonuncu dəfə 2019-cu ilin dekabrında Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevin İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşündə qaldırılmışdı. Amma nəticə yenə də yoxdur. Əvəzində isə iranlı “qardaşlarımızla” ermənilərin sıx əməkdaşlığı barədə yeni-yeni dəlillər üzə çıxır. Özü də bu əməkdaşlıq, məhz işğal altında olan torpaqlarımızda çiçəklənir.
Mötəbər mənbələrdən aldığımız məlumata görə, Azərbaycanın işğal olunmuş rayonlarında, konkret olaraq Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli ərazilərində İran vətəndaşları ilə orada yerləşən işğalçı qoşunlara rəhbərlik edən yüksək çinli erməni hərbiçiləri narkotik və psixotrop dərmanların qanunsuz dövriyyəsini təşkil ediblər. Bundan əlavə, kürd mənşəli İran vətəndaşları İraqın Bəsrə və Ərbil şəhərlərindən qondarma İraq Kürdüstanına, oradan da Dağlıq Qarabağdakı Azərbaycanın işğal olunmuş ərazilərinə böyük miqdarda silah və narkotik vasitələrin davamlı olaraq tədarükünü həyata keçiriblər. Bu silahlar Qarabağ separatçıları tərəfindən təmas xəttində Azərbaycan ordusuna qarşı təxribatlar həyata keçirmək üçün istifadə olunur.
Zəngilan və Cəbrayıl rayonları ərazisində Ermənistan Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin patronajı altında erməni və İran narkobaronları narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğuldurlar. Elə Qarabağ ərazisində qurulan laboratoriyalarda bu xammaldan narkotik vasitələr istehsal olunur, daha sonra iki yolla - Gürcüstan və Yunanıstan ərazilərindən keçirilməklə Avropaya nəql edilir.
Daha bir məlumat erməni separatçılarına İran tərəfindən necə böyük hörmət və qayğı göstərildiyini bir daha sərgiləyir. 15 noyabr 2019-cu ildə İran erməniləri tərəfindən qurulan “Tevanik” xeyriyyə cəmiyyətinin təşkilati dəstəyi ilə Qarabağ separatçılarına yardım məqsədilə Tehranda Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan məhsulların yarmarkası keçirildi. Bu məhsullar (əsasən ərzaq və geyim) İrandakı ermənilərə məxsus ticarət obyektləri vasitəsilə satılırdı.
İranın Ermənistandakı səfirliyinin İran sahibkarlarını işğal altındakı Azərbaycan ərazilərində kənd təsərrüfatının inkişafına sərmayə qoymağa təşviq etdiyi barədə də məlumatlar var. Məsələn, İran parlamentinin iqtisadi komitəsinin rəhbəri Məhəmmədrza Puribrahim Davarininin bir iranlı iş adamının İranın Ermənistandakı keçmiş səfiri Seyid Kazim Səccadi ilə görüşünü təşkil etmək üçün vasitəçilik etməsi barədə məlumatlar belə bir gümana gəlməyə əsas verir ki, İran rəhbərliyi yerli sahibkarlara Dağlıq Qarabağda sərmayə qoymağı və iş görməyi israrla təklif edir.
Yeri gəlmişkən, yuxarıda qeyd olunan Seyyid Kazım Səccadi 2019-cu ilin sentyabrında diplomatik missiyasını başa vuraraq, Ermənistan və Qarabağın vahid dövlət kimi təsvir edildiyi xəritə fonunda ermənilərin Administrasiya və İnfrastruktur naziri Suren Papikyanla vida fotosu çəkdirmişdi.
İran hakimiyyətinin Qarabağ separatçılarını açıq şəkildə himayə etdiyini iddia etmək üçün xüsusi bir məlumata və ya istedada malik olmağa ehtiyac da yoxdur. Burada xatırlatmaq yerinə düşər ki, 2016-cı ilin sentyabrında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin milli komandası Tehranda 48-ci “Erməni Olimpiadasının” açılış mərasimində iştirak etmişdi. Erməni idmançıların formalarında “Artsax” və separatçı rejimin rəmzləri təsvir edilmişdi. Bunu şərh edən İranın Azərbaycandakı o zamankı səfiri Möhsün Pakayin "idman geyimində gerbin və ya hansısa tərəfin simvolunun istifadəsinin Təşkilat Komitəsi ilə razılaşdırılmadan həyata keçirildiyini" bildirmişdi.
Bu hadisədən cəmi dörd ilə yaxın bir vaxt keçib və indi İranın hazırkı səfiri qalmaqallı videogörüntüləri şərh edərək, bunların ermənilərin - Azərbaycan ilə İran arasında düşmənçilik toxumu səpməyə çalışan qüvvələrin işi olduğunu iddia edir. Bu tələsik quraşdırılan və gülməli görünən bəhanələr şəklində olan şərh kimə lazımdır? İran rəsmilərinin yalanları o qədər tez ifşa edilir ki, heç İranın Qarabağ separatçıları ilə əlaqələrini inkar etməyə belə, ehtiyac qalmır.
İnanırıq ki, indi İran rəhbərliyinin Qarabağ separatçılarına qarşı sərgilənən isti münasibətlərin haraya aparıb çıxaracağı barədə düşünməsinin zamanıdır. Dəfələrlə ifşa edilən yalanlara gülməli cavab verməklə kifayətlənən İran rəhbərliyi kimin yanında olduğu barədə konkret bir qərara gəlməlidir. Seçim bu yaxınlarda İrana koronavirus ilə mübarizə üçün 5 milyon dollar məbləğində humanitar yardım göstərmiş Azərbaycanla, ərazilərimizi işğal edən Ermənistan arasındadır. Seçim Tehranındır. //ayna.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:25-04-2020, 13:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-04-2020, 13:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01