"Bizi Azərbaycana verin. Burada yaşamaq istəmirik!" - Ermənilərdən ŞOK müraciət
Sosial şəbəkədə Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycana müraciətini əks etdirən video yayılıb.
KONKRET.az xəbər verir ki, Dağlıq Qarabağın erməni icmasının üzvləri separatçı rejim və onun tərəfdarlarının erməni icmasına qarşı sərgilədiyi münasibəti kəskin tənqid ediblər. Erməni ailəsi burada cinayətkar rejimin mövcud olduğuna diqqət çəkərək onlara qarşı edilən təzyiqlərlərdən şikayət ediblər.
Təqdim etdiyimiz videoda onlar deyirlər:
“Mən artıq heç nədən qorxmuram. Yalnız irəli, qoy bizi öldürsünlər! Biz ərimlə getdik Qarabağ “iqtidar”ının yanın. Biz orada qışqırdıq, qışqırdıq ki, biz Azərbaycan tərəfə keçmək istəyirik! Bizə yaxınlaşıb dedilər ki, siz evdə yatmayın, sizi öldürəcəklər. Biz daha heç nədən və heç kimdən qorxmuruq. Biz insan kimi rahat yata bilmirik.Tüpürüm bu vətənə bir valideyn kimi bizə ilk növbədə vətən yox, övladlarımız lazımdır. Tüpürüm bu vətənə! Əgər vətən bizimlə belə rəftar edirsə kim nə istəyir onu da etsin. Onlar qorxurlar ki, kim danışsa sonraki gün onları yoxa çıxardarlar. Hələ indiyədək ermənilərin ermənilərə elədiyi genosidi dünyada heç kim ermənilərə etməyib. Mən Bakıya gələndə 6-cı sinifdə oxuyurdum. Mənim qohumlarım bakıda Leytenant Şimit ərazisində yaşayırdılar. Bizim üçün orada çox yaxşı idi. Onlar ayrı seçkilik etmirdilər ki, bunlar ermənidir yoxsa azərbaycanlı. Biz sülh şəraitində yaşayırdıq, azərbaycanlılarla birgə işləyirdik, onların arasında çoxlu azərbaycanlı dostlarım var idi. Mən ermənilərə güvənmirəm və inanmıram ki, uşaqlarım da erməniləri dəstəkləsin. Mən bilirəm ki, hələ bundan daha betər olacaq. Yaxşısı budur ki, bizi azərbaycanlılara verin. Əgər biz ölsək azərbaycanlılar bizim uşaqlarımıza sonadək baxacaqlar. Ermənilərsə bunu heç vaxt etməyəcək!”
https://www.facebook.com/watch/?ref=external&v=859910854508557
Paylaş:
Müəllif : Yazar
Tarix:22-04-2020, 14:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-04-2020, 14:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26