İrandan Bakıya növbəti xəyanət: - Kişiyə yaraşmayan...
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İran İslam Respublikasına məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı bəyanat yayıb.
Bu barədə partiyanın mətbuat xidmətindən Axar.az-a məlumat daxil olub.
Bəyanatda qeyd olunur ki, rəsmi Tehranın Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərində formalaşdırılmış separatçı rejimlə əlaqələrini, bu ərazilərə İrandan yük daşınmalarını dəfələrlə təkzib etməsinə baxmayaraq, sosial şəbəkələrdə yayılmış videogörüntülər bunun əksini sübuta yetirir:
“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İran İslam Respublikasının işğalçı Ermənistan və onun işğal etdiyi Azərbaycan torpaqlarında formalaşdırdığı qanunsuz rejimlə əlaqələrini kəskin şəkildə pisləyir, bu cür davranışın beynəlxalq hüquqa zidd olmasını bəyan etməklə yanaşı, eyni zamanda kişiliyə yaraşmadığını xüsusi vurğulayır. BAXCP bəyan edir ki, İran İslam Respublikasına məxsus yük maşınlarının Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə ərzaq və yanacaq daşıması İranın işğalı və terrorçu rejimi dəstəkləməsi, onların azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və etnik təmizləmə aktlarına haqq qazandırması, insanlıq əleyhinə törədilmiş cinayətlərə şərik olması deməkdir”.
BAXCP hesab edir ki, Tehranın bu əməlləri Azərbaycan Respublikasının İranın ən çətin günlərində sərgilədiyi dost və yaxın qonşuluq münasibətləri ilə də ziddiyyət təşkil edir:
“İran İslam Respublikasının ideoloji təbliğat maşını bu ölkənin daim müsəlmanların hüquqlarını müdafiə etdiyini önə çəkir, amma əməldə isə 1 milyona yaxın müsəlman azərbaycanlını öz evlərindən didərgin salan işğalçı Ermənistana və onun separatçı tör-töküntülərinə himayədarlıq edir”.
BAXCP Azərbaycan hökumətini rəsmi Tehrandan İranın işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımaları ilə bağlı sosial şəbəkələrdə yayılmış və təkzib edilməsi mümkün olmayan faktlara aydınlıq gətirməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına sayğıyla yanaşmasını, işğalçı rejimlə əməkdaşlığa son qoymasını tələb etməyə çağırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-04-2020, 12:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-04-2020, 12:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01