Matviyenko Azərbaycana gəlir
Rusiyanın Federasiya Şurasının nümayəndə heyəti sədr Valentina Matviyenkonun rəhbərliyi altında aprelin 11-i Azərbaycana rəsmi səfərə gələcək.
Trend xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, iki günlük səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla görüş keçiriləcək: "Tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, parlamentlərarası əməkdaşlıq məsələlərinin ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətini müzakirə edəcəklər".
V.Matviyenkonun sözlərinə görə, Rusiya və Azərbaycan müxtəlif sahələrdə - ticarət və iqtisadiyyatdan humanit və regionlararası mübadiləyə qədər - qarşılıqlı faydalı əlaqələr saxlayan strateji tərəfdaşdırlar: "Ölkələrimizə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi işində böyük yol qət etmək, onların keyfiyyətli doldurulması, dostluq və mehriban qonşuluq ənənələri qoruyub saxlamaq və artırmaq mümkün olub".
Qeyd edilir ki, Federasiya Şurasının sədri Bakıda Rusiya mədəniyyəti günlərinin açılış mərasimində çıxış edəcək, paytaxtın mədəni, idman və sosial-infrastruktur obyektlərini ziyarət edəcək.
Federasiya Şurasının nümayəndə heyətinin tərkibinə həmçinin vitse-spiker, İki ölkənin parlamentlərinin əməkdaşlığı üzrə Parlamentlərarası komissiyanın həmsədri İlyas Umaxanov, vitse-spiker Andrey Turçak, senatorlar və Həştərxan vilayətinin və Dağıstanın regional parlamentlərinin başçıları daxildirlər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-04-2019, 08:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-04-2019, 08:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01