Azərbaycanda da dustaqlar azadlığa buraxılır? - Hökumətə TƏKLİF VERİLİB
İran hakimiyyət orqanları ölkədə koronavirusun yayılması ilə bağlı 70 minədək məhbusu həbsxanalardan buraxıb. İranda son 24 saat ərzində daha 43 nəfər koronavirus infeksiyasından ölüb.
Bu barədə məlumatı ölkə ədliyyəsinin rəhbəri Ebrahim Raisi verib. Deyib ki, cəmiyyətin təhlükəsizliyinə xələl gətirməmək şərtilə bu proses davam etdiriləcək. Buraxılan məhbusların həbsxanalara nə vaxt qayıtmalı olduqları barədə əlavə məlumat verilməyib. Bu arada Səhiyyə Nazirliyinin sözçüsü Kianouş Jahanpur deyib ki, İran boyunca virusa yoluxanların sayı daha 595 nəfər artaraq 7161-ə çatıb. İranda bu virusa yoluxmadan ölənlərin sayı 237-dir. İran hakimiyyət orqanları ölkə boyunca məktəbləri və universitetləri bağlayıb, böyük idman yarışları və mədəniyyət tədbirləri ləğv olunub. Bununla yanaşı yoluxmaların sayını məhdudlaşdırmaq məqsədilə iş saatları da azaldılıb. Tehran 1945 yoluxma ilə koronavirusun ən çox yayıldığı region sayılır. İkinci yerdə Qum şəhəridir - 712 yoluxma qeydə alınıb. Dünya boyunca 110 min nəfərin yeni tipli koronavirusa yoluxduğu, 3800 nəfərin öldüyü məlumdur. Bu arada Rumıniya İtaliyaya və oradan uçuşları azı 2 həftə müddətinə dayandırıb. Bundan əvvəl verilən xəbərlərə görə Rumıniyanın bütün futbol liqalarının matçları tamaşaçısız stadionlarda keçiriləcək. Rumıniyada İtaliyadan gəlmiş 15 nəfərdə koronavirus tapılıb. Orada 1, 3 milyon rumıniyalı əmək miqrantı var. İtaliyada virusa yoluxanların sayı 7375-ə yüksəlib. Bunlardan 366 nəfərin vəfat etdiyi bildirilir.
Bu, xəstəliyin qaynaqlandığı Çindən sonra ikinci göstəricidir. Dünyanın 75 ölkəsində 100 min nəfərə yaxın insan Çindən yayılan koronavirusa (COVİD-19) yoluxub. Ölənlərin sayı durmadan artmaqdadır. Göründüyü kimi, belə bir vəziyyətdə Çinin ardınca İranda da cəzaçəkmə yerlərindən məhbusların azad edilməsi haqda qərar verilib. Çində virusun episentri olan Xubey vilayəti ilə yanaşı, Şandun və Cıcian vilayətlərində yerləşən 3 cəzaçəkmə müəssisəsində 900-ə yaxın məhbusun virusa yoluxması aşkarlanıb. Xubeydəki cəzaçəkmə müəssisələrində 631 məhkum virusa yoluxub. Bundan başqa, 1279 nəfər virusa yoluxmaqda şübhəli bilinərək tibbi nəzarətə götürülüb. Şandun vilayətindəki Jençen cəzaçəkmə müəssisəsində biri həbsxana zabiti olmaqla 207 nəfərin virusa yoluxduğu bildirilir. Cıcian vilayətində isə 34 məhkumun virusa yoluxduğu təsdiqlənib. Həbsxanalarda koronavirusa yoluxduğu təsdiqlənmiş bütün şəxslər xəstəxanalara yerləşdiriliblər. Virusa yoluxması şübhə edilənlər və yoluxanlarla yaxın təmasda olanlar isə təcrid ediliblər. Həmin həbsxanaların bir neçə məsul şəxsi vəzifəsindən azad edilib. Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Qərargahın son məlumatına əsasən, Azərbaycanda yoluxma hallarının ümumi sayı 23-ə çatıb. Nazirlər Kabinetinin qərarı ilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədris dayandırılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan bildirib ki, koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə ölkənin bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Təhsil müəssisələrindən sonra kontingent sayına görə ilk yerlərdə olan cəzaçəkmə müəssisələridir.
Bu gün digər ölkələrdən fərqli olaraq Azərbaycanın cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma halları yoxdur. Qabaqlayıcı profilaktik tədbirlər çərçivəsində Azərbaycan İran nümunəsinə müraciətın edə bilərmi? Dünyanı ağuşuna alan ölümcül infeksiyanın kökü kəsilənə qədər Azərbaycandakı cəzaçəkmə yerlərində cəza çəkən məhbuslar müvəqqəti də olsa azad oluna bilərlərmi?
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, bu məsələ ilə bağlı hökumətə təkliflər veriblər. Həmin təkliflərlə bağlı addımlar atacaqlarını gözləyirlər: “Koronavirusa yoluxma təhlükəsi qarşısında İran 54 min dustağı evinə buraxıb. Azərbaycanda da eyni addım atılsa, bu ancaq cəzaçəkmə yerlərində virusun mümkün yayılma ehtimalı zamanı daha az şəxsin yoluxması demək olar. Eyni zamanda siyasi məhbusların da digər məhbuslarla birgə azad edilməsi çox müsbət olardı. Hazırda bu məsələ ilə bağlı Monitorinq Qrupu məşğul olur” - Novella Cəfəroğlu bildirib.
Xatırladaq ki, bir müddət öncə dünyaca məşhur “Google” şirkəti koronavirusa görə işçilərinin evdən işləməsi ilə bağlı qərar verib. “Google”dan sonra daha bir texnalogiya nəhəngi bu yolu seçib. Belə ki, “Twitter” də işçilərinin evdən işləməsi ilə bağlı addım atıb. Bu barədə sosial şəbəkənin rəhbərliyi açıqlama yayıb. twitter təxminən 5 min işçisinin koronavirus narahatlığına görə evdən işləməsinə razı olub. Bildirilir ki, evdən işləmək Honq-Konq, Yaponiya və Cənubi Koreya ofislərindəki işçilər üçün məcburidir. Ancaq digər bölgələrdə çalışan işçilər üçün kritik vəziyyət elan olub: “Bundan öncə işçilərimizin sağlamlığını qorumaq üçün səyahət, fəaliyyət və ziyarət məhdudiyyətləri qoymuşduq. İndi ona əlavə olaraq belə bir addım atdıq. Bu gündən başlayaraq, mümkün qədər bütün dünya ölkələrindəki işçilərimiz üçün ”evdə iş" rejiminə keçmişik. Məqsədimiz COVİD-19-un bizim və ətrafımızdakı dünya üçün yayılma şansını azaltmaqdır".
Koronavirus təhlükəsi martın 6-dan bəri Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə məhkumlarla görüş və sovqat qəbuluna da təsir göstərib. İstər məhkumlarla görüş, istərsə sovqat qəbulu dayandırılıb. Rəsmi məlumatda deyilir ki, virusa yoluxma təhlükəsinin önün kəsməkdən ötrü sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər görülür. Görüş və sovqat qadağası da bununla bağlıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-03-2020, 11:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-03-2020, 11:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11