Deputatlıqdan, vəzifədən diplomatlığa gedən yol... - SİYAHI
Azərbaycanı səfir-diplomat kimi xarici ölkələrdə təmsil edənlər arasında sabiq millət vəkilləri (həmçinin, eks-nazirlər) də az deyil.
Etikxeber.az-ın xəbərinə görə, sabir deputatlardan və eks-nazirlərdən Həsən Həsənov hazırda Azərbaycanı Polşada təmsil edir.
Uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) katibi, ölkənin baş naziri və bir neçə dəfə keçmiş Ali Sovetin və SSRİ Ali Sovetinin (1977-1995, 1979-84), o cümlədən, birinci çağırış Milli Məclisin (MM, 1995-2000) üzvü olmuş H. Həsənov ilk dəfə diplomatik fəaliyyətə 1992-ci ildə-Azərbaycanın BMT-dəki ilk səlahiyyətli nümayəndəsi olaraq başlayıb.
1993-cü ilin iyun hadisələrindən sonra mərhum Heydər Əliyev tərəfindən müstəqil Azərbaycanın 3-cü xarici işlər naziri (ondan qabaq Hüseynağa Sadıxov və mərhum Tofiq Qasımov olmuşdu) təyin edilən və 1995-ci ildə ilk çağırış MM-ə üzv seçilən H. Həsənov 1998-ci ildə vəzifəsindən azad olunub.
2000-ci ildə deputatlıq fəaliyyəti başa vurduqdan sonra- 2004-ci ildə Macarıstana, 2010-cu ildə isə Polşaya səfir göndərilib və hazırda diplomat kimi fəaliyyətini davam etdirir.
Azərbaycanın xaricdə təmsil edən sabiq millət vəkillərində və eks-xarici işlər nazirlərindən biri də professor, tanınmış ziyalı Vilayət Quliyevdir.
Belə ki, V. Quliyev 1995-ci ildə ADİP-in həmsədri kimi birinci çağırış MM-in üzvü seçilib.
Deputatlıq fəaliyyətinin sonlarında-1999-cu ildə gözlənilmədən ölkənin 5-ci xarici işlər naziri-dövlət müşaviri mərhum Vəfa Quluzadə və Prezident Katibliyinin sabiq rəisi Eldar Namazovla birlikdə istefa vermiş nazir Tofiq Zülfüqarovun yerinə təyin edilib.
Bu vəzifədə 5 il çalışdıqdan sonra-2004-ci ildə əvvəlcə Polşaya, 2010-cu ildə Macarıstana səfir göndərilib və hazırda da səfir kimi fəaliyyətini davam etdirir.
Azərbaycanı xaricdə təmsil edən eks-nazir və sabiq deputatlar arasında YAP-ın yaradıcılarından və keçmiş sədr müavinlərdən biri Əli Nağıyev də olub.
Birinci çağırış MM-in üzvü və 1996-2006-cı illərdə Sosial təminat naziri olan Ə. Nağıyev 2006-2011-ci illərdə diplomatik fəaliyyətlə məşğul olub, Azərbaycanı Belarusda təmsil edib.
Onunla birgə sabiq milllət vəkillərindən keçmiş Ali Sovetin, birinci və ikinci çağırış MM-in üzvü, komitə sədri olan Asya Manafova da bir müddət Belarusdakı səfirliyimizdə çalışıb, səfirliyinin ikinci katibi olub.
Azərbaycanın hazırda Rusiyadakı səfiri Polad Bülbüloğlu da eks-millət vəkillərindən və sabiq nazirlərdəndir.
Keçmiş Ali Sovetin və birinci çağırış MM-in bir müddət üzvü olan, eləcə də, 1988-ci ildən, Əbdürrəhman Vəzirovun dövründən Prezident İlham Əliyevin hakimiyyəti dövrünəcən-2006-cı iləcən Mədəniyyət naziri işləyən P. Bülbüloğlu artıq 14 ildir diplomatik fəaliyyətdədir, Azərbaycanı Rusiyada səfir kimi təmsil edir.
Sabiq millət vəkillərindən hazırda Azərbaycanı səfir kimi təmsil edənlər arasında Tamerlan Qarayev də var.
Sonuncu çağırış Ali Sovetin üzvü və birinci vitse-spiker (1991-1993) olan T. Qarayev 1993-cü ildən diplomatik fəaliiyətdədir. Azərbaycanı Çində, Hindistanda, İndoneziyada təmsil edib.
Hazırda da Litvada Azərbaycanın səfiri kimi fəaliyyətini davam etdirir.
Sonuncu çağırış Ali Sovetin, birinci çağırış MM-in üzvü və vitse-spikeri olan Yaşar Əliyev uzun illər Azərbaycanı Cində səfir kimi təmsil edib, hazırda Prezident təqaüdçüsüdür.
Qeyd edək ki, Y. Əliyev Azərbaycaın ikinci Ombudsmanı Səbinə Əliyevanın atası, millət vəkili Siyavuş Novruzovun qayınatasıdır.
Prezidentin Sərəncamı ilə bugünlərdə daha bir sabiq millət vəkili, tanınmış ziyalı, yazıçı-publisist, Xalq yazıçısı Elmira Axundova səfir təyin edilib.
O, Azərbaycanı Ukraynada səfir kimi təmsil edəcək.
Eyni zamanda, səfir işləmiş sabir deputatlar arasında (sonuncu çağırış Ali Sovetin üzvləri) Mir-Həmzə Əfəndiyev və Arif Ağayev də olub.
M. Əfəndiyev uzun illər Azərbaycanı bir necə Avropa ölkəsində, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın qudası A. Ağayev isə ölkəmizi bir müddət Qırğız Respublikasında səfir kimi təmsil edib…
Paylaş:
Müəllif : Yazar
Tarix:16-03-2020, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-03-2020, 09:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11