Hökumətdə yalnız «A planı» varmış? - PALATA AÇIQLADI
Azərbaycanın 2020-ci il və növbəti üç il üçün hazırlanmış makroiqtisadi proqnoz göstəriciləri ənənəvi olaraq bir variantda hazırlanıb. Halbuki bunun üçün ən azı 2 ssenari olmalıydı.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2020-ci il dövlət büdcəsi ilə bağlı hələ 2019-cu ilin sonunda verdiyi rəyində bildirilir.
Xatırladaq ki, hazırda dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulan həddən aşağı düşüb və hazırda hökumətin iqtisadi bloku bununla bağlı tədbirləri müzakirə edir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov FED.az-a bildirib ki, «Palata həm 2019, həm də 2020-ci ilin dövlət büdcəsi layihəsinə rəy verərkən, büdənin dayanıqlığı ilə bağlı mümkün riskləri göstərib». Doğrudan da Palatanın rəyində bununla bağlı konkret qeydlər, hətta ciddi iradlar görünür.
Palatanın rəyindən məlum olur ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsi tərtib ediləndə dünyadakı iqtisadi vəziyyətin dəyişəcəyi və Azərbaycan üçün iqtisadi şərtlərin pisləşəcəyi variantı göstərilməyib: «2020-ci il və növbəti üç il üçün hazırlanmış makroiqtisadi proqnoz göstəriciləri ənənəvi olaraq bir variantda hazırlanmışdır ki, bu da iqtisadi şərtlərin pisləşəcəyi halda mümkün iqtisadi nəticələri dəqiq müəyyənləşdirmək imkanını çətinləşdirir».
Palata öz rəyində bildirib ki, ölkə iqtisadiyyatı üçün ekzogen göstəricilər kimi qiymətləndirilə bilən neftin qiyməti, büdcə xərcləri kimi əhəmiyyətli göstəricilər üzrə ən azı 2 ssenarinin (pessimist və baza ssenariləri) tətbiq olunması makroiqtisadi dayanıqılılığın təmin olunmasında əhəmiyyətli rol oynaya bilər.
«Makroiqtisadi dayanıqlılığın əldə edilməsi məqsədilə neftin bir deyil, bir neçə qiymət ssenarisi əsasında qurulması qeyri-müəyyən dünya iqtisadiyyatı və bu qeyrimüəyyənliyə həssas olan neft qiymətləri şəraitində xüsusilə də aktuallaşır»-deyə Palatanın rəyində bildirilir.
Təəssüf ki, konkret addımlar atılmayıb
Palata bildirib ki, 2014-2015-ci illərdə dünya bazarında azalma tendensiyası nümayiş etdirən neftin qiymətinin milli valyutanın trayektoriyasını və onun timsalında əsas makroiqtisadi göstəricilərin dinamikasını əks məcraya istiqamətləndirməsi müxtəlif ssenarilərə əsaslanan proqnozların əhəmiyyətini daha da qabartmış, təəssüf ki, bu istiqamətdə konkret addımlar atılmamışdır.
«Eləcə də, büdcə xərclərinin bir neçə ssenaridə təqdim olunması kəskin fiskal konsolidasiyaya ehtiyac yaranacağı halda iqtisadi konyunktur barədə təsəvvürlərin formalaşması və xərclərdə mümkün azalmaların iqtisadi artımda hansı formada nəticələnəcəyi barədə müəyyən mənzərə yaratmış olar».
Palata bildirib ki, təkcə neftin qiyməti ilə bağlı deyil, Neft Fondundan büdcəyə transferlərin məbləği ilə bağlı da fərqli ssenarilər olmalı idi.
«Nəzərə alsaq ki, büdcə gəlirlərində neft amilinin rolunu azaltmaq prioritet məsələlərdən hesab olunur, DNF-dən olan transferlər üzrə də ssenarilərin hazırlanması bu istiqamətdə həyata keçiriləcək tədbirlərə müəyyən zəmin yaratmış olar»-deyə Palatanın rəyində bildirilir.
Palata sədri Vüqar Gülməmmədov FED.az-a bildirib ki, belə risklər (neftin qiymətinin kəskin azalması) daim var, əsas məsələ onların hökumət tərəfindən səmərəliidarə edilməsi və qabaqlayıı tədbirlərin görülməsidir: «Hesab edirik ki, Azərbaycan hökuməti buna hazırdır. Və neftin qiymətinin uzun müddət belə aşağı səviyyədə qalmasını da gözləmirik».
«B planı»nı Elman Rüstəmov açıqlamışdı
Xatırladaq ki, neftin qiymətinin kəskin enməsi halında hökumətin ehtiyat fəaliyyət planının («B planı») olduğunu Mərkəzi Bankın sədri Elman Rüstəmov martın 11-də açıqlayıb: «Hökumətin və Mərkəz Bankın «B planı» var. Bu plan məhz neftin 30-35 dollarlıq qiymətinə hesablanıb və faktiki olaraq indi hökumət bu planla fəaliyyət göstərir. Və biz bu probemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırış ondan ibarətdir ki, onlar öz hərəkətləri ilə biz köməkçi ola bilərlər ki, bu problemi daha tez həll edək».
Büdcədə neftin 40 dollar variantı da hesablanıb
Bununla yanaşı, qeyd etmək lazımdır ki, dünya bazarında neftin qiymətinin dəyişməsi, daha dəqiqi ucuzlaşacağı variantı ilə bağlı hökumətin hesablamaları olub.
Hökumət nümayəndələri vəziyyət pisləşməmişdən əvvəlki dövrdə bu barədə geniş müzakirə aparmaq istəməsələr də (görünür, neft qiymətləri yüksək olduğu bir vaxtda onun kəskin ucuzlaşması ehtimalı barədə danışıb əsassız ajiotaj yaratmamaq üçün ) 2020-ci ilin dövlət büdcəsinə baxanda məlum olur ki, hökumət üçün neftin problemli qiymət həddi, necə deyirlər «qırmızı xətt» - 40 dollar nəzərdə tutulub.
Dövlət büdcəsi ilə bağlı Maliyyə Nairliyinin açıqladığı rəsmi izahatda büdcənin 2020-ci ildə qarşılaşacağı əsas risklərdən iri olaraq neftin ucuzlaşması göstərilib. Burada deyilir ki, beynəlxalq əmtəə bazarlarında enerji daşıyıcları, o cümlədən neftin qiymətlərinin dəyişkənliyi ortamüddətli dövrdə dövlət və icmal büdcələrinin gəlirlərinə təsir edəcək əsas amillərdəndir: «Qeyd etmək lazımdır ki, icmal büdcə gəlirlərinin 52,7 faizi neft gəlirləri hesabına formalaşdığına görə neft qiymətlərindəki mümkün azalma icmal büdcə gəlirlərinin azalmasına və icmal büdcə kəsirinin artmasına təsir edəcəkdir. 2020-ci il üçün icmal büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, icmal büdcə gəlirləri proqnoz göstərici ilə müqayisədə 16,6 faiz azala bilər».
Bununla yanaşı, büdcədə bildiriir ki, 2020-ci ildə neftin qiymətlərindəki mümkün azalmanın dövlət büdcəsinə əhəmiyyətli təsiri gözlənilmir: «Belə ki, dövlət büdcəsinin neft gəlirlərinin əsas hissəsini Dövlət Neft Fondundan transfert təşkil edir ki, bu məbləğ də büdcə tərtibi zamanı xarici valyutada deyil, manat ifadəsində müəyyən olunmuşdur. Büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə cəmi 1,6 faiz azala bilər ki, bu azalmanın da 1,3 faizi birbaşa neft-qaz sektorundan olan gəlirlərin azalması, 0,3 faizi isə neftin qiymətindəki azalmanın dolayı yolla qeyri neft-qaz sektoruna təsirləri nəticəsində ola bilər».
Neftin qiymətlərinin enişi ortamüddətli dövrdə də davam edərsə, bunun dövlət büdcəsinin gəlirlərinə mənfi təsiri daha əhəmiyyətli ola bilər: «Belə ki, büdcə qaydasına əsasən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi (habelə, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi), ölkənin xalis maliyyə aktivləri və icmal büdcənin proqnozlaşdırılan neft gəlirləri əsasında müəyyən olunur ki, ortamüddətli dövrdə icmal büdcənin neftin gəlirlərinin azalması Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğini azaltmaqla, dövlət büdcəsinin neftin gəlirlərinə təsir edə bilər».
Paylaş:
Müəllif : Yazar
Tarix:12-03-2020, 09:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-03-2020, 09:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01