Prezidentin parlament islahatı: oliqarxları professorlar və pozitivlər əvəz etdi - Növbədə kim(lər)dir?
Prezident İlham Əliyevin Azərbaycanı dəyişdirən islahatları sistemli şəkildə davam edir. 2018-ci ildən yeni mərhələyə keçən islahatlar sayəsində artıq Azərbaycan uğurla sosial dövlət modelinə transformasiya olunub. İnsan məmnuniyyətinə hesablanan sosial-iqtisadi islahat kursu ortaya yeni tələb çıxartmışdı: bu kursa uyğun olan, yeni çağırışlara cavab verə bilən kadrlar. Məhz kadr islahatları İlham Əliyevin böyük dəyişikliklərinin əsas prosesi oldu.
Ötən ilin ortalarından başlayaraq, Nazirlər Kabineti, Prezident Administrasiyası əsaslı şəkildə islah olundu. Öncə bir neçə “köhnə nazir” öz vəzifələrindən götürülüb başqa işə keçirildi; lakin proses ciddi idi və qısa zaman kəsimində Prezident kadr siyasətində mahiyyət dəyişikliklərini həyata keçirə bildi.
Belə məsələlər sadə sayılmaz: 20-25 il yüksək vəzifələrdə işləyən, bu müddətdə ölkədə böyük tərəfdarlar, itaətkarlar şəbəkəsi quran şəxslər öz yerlərindən tərpədildi, xeyli “ahıl kadrlar” təqaüdə göndərildi, illərlə xalqın odioz və oliqarx kimi tanıdığı məmurlar dövlət sistemindən kənarlaşdırıldı. Hətta bəzi müxalifət funksionerləri bu prosesi obrazlı olaraq, “İlham Əliyevin bəyaz inqilabı” adlandırdı. Baş verən dəyişikliklər miqyas və mahiyyətinə görə gerçəkdən də inqilab statusunda idi.
Hələ 7-8 il öncədən Azərbaycana “ASAN xidmət” vizionu və təsisatını gətirmiş Prezidentin hansı kursu seçəcəyi elə o zamanlardan bəlli idi. Azərbaycan rəhbəri insan məmnuniyyətinə, cəmiyyətin toplu maraqlarına hesablanmış bir sistemi iqtidara daşımağı planlaşdırmışdı. O, Azərbaycanı və yönəltdiyi hakimiyyəti ASANlaşdırmaq yolunu seçmişdi. Sabotaj da, müqavimət də, provokasiyalar da, xəyanətlər də oldu. Lakin Prezident Əliyev öz yolundan dönmədi və ən uyğun şəraiti şəxsən yetişdirərək, ölkəyə yeni idarəetmə - xidmət əxlaqı gətirərək, gələcək islahat komandasını formalaşdırmaqda idi. Bizim təhlilimizə görə, 2013, 2015-ci illərdə indi şahidi olduğumuz böyük islahatlara start vermək təşəbbüsü edilib. Lakin görünür, bütün göstəriciləri, müxalifətin, hakimiyyətiçi sabotajçıların, xarici faktorların müqaviməti və verə biləcəyi fəsadlar hesablanaraq, hər dəfə proses təxirə salınıb. 2018-ci ildə artıq qətiyyətlə böyük islahatlara start verildi və iki ilin tamamında ortada ciddi nəticələr olduğunu əminliklə söyləmək mümkündür.
Dünən Prezident qanunverici orqandakı islahatların çox əhəmiyyətli hissəsinə də yekun vurdu. Burada da sistem dəyişmədi: Milli Məclisin oliqarx rəhbərliyi pozitiv reputasiyalı, heç bir oyunlara, qaranlıq güclərə qarışmayan kadrlarla təşkil olundu. Parlamentin tərkibi qədər, bəlkə də ondan daha çox, onu kimlərin təmsil etməsinin son dərəcə mühüm əhəmiyyətinin olduğunu kimsə inkar edə bilməz. Azərbaycan Milli Məclisi və oraya yeni seçilən deputatlar, lap elə köhnələr də, oliqarx-mafioz rəhbərlik tərəfindən təzyiq altında yönəldilməyəcək! İndi parlamentin sədarətində ictimai rəydə müsbət reputasiyaya malik, həm də cəmiyyətdə elm adamları kimi tanınan şəxslər oturacaq. Bunlar professor Sahibə Qafarova, hüquq elmləri doktoru Əli Hüseynli, professor Fəzail İbrahimli və Adil Əliyevdir.
Seçkilərdən dərhal sonra, hətta bəzi fraqmentlərdə Milli Məclisin formalaşdırılmasına paralel olaraq daha bir sahədə ciddi islahatlara start verilib. Siyasi düşərgələrarası münasibətlərin formalaşdırılması, sistemləşdirilməsi və yenidən qurulması prosesi gedir. Media hər gün Prezidentin yeni və uğurlu təyinatı olan Ədalət Vəliyevin (Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri) müxalifət liderləri, ictimai fiqurlarla görüşləri haqqında məlumatlar yayır.
Cənab Vəliyevlə görüşlərdən sonra internet televiziyalarında efirə çıxan müxaliflərin açıqlamalarından belə məlum olur ki, proses onları təsirləndirib, ən azı, ehtiyatla da olsa, nələrinsə dəyişdiyinə inanırlar, inanmaq istəyirlər. Bu da onu göstərir ki, Ədalət Vəliyev illərin siyasətçilərində müsbət təəssürat yarada bilib. Artıq məlum olur ki, Prezidentin siyasi partiyalarla iş üzrə ayırdığı dövlət məmuru AXCP sədri Əli Kərimliyə də görüş üçün müraciət edib. Bu, artıq böyük irəliləmə, hakimiyyətin münasibətlər sistemini qurmaqda səmimi olduğuna sübut sayıla bilər.
****
Beləliklə, ölkənin icraedici və qanunverici hakimiyyətinin rəhbərliyində aparılan kadr islahatlarının ikinci mərhələsinə keçilmiş sayıla bilər. Bu tendensiyanın icraedici hakimiyyətin orta və aşağı mərtəbələrində davam edəcəyi də istisna deyil. Əgər qarşıya dövlət strukturları aparatının idarə olunması məsələsində tam yenilənmə - dövlətin ASAN modelinə keçidi - məqsədi qoyulubsa (belə görünür ki, qoyulub), daha effektiv mexanizmlər əldə olununcaya qədər prosesin davam etməsi qaçılmazdır.
Bütövlükdə isə Prezident İlham Əliyevin ölkəni yeniləyən inqilabi islahatları bütün ciddiyyəti ilə, uğurla davam edir. Artıq ona iqtidar daxilində müqavimət təşkil edə biləcək qüvvə qalmadı. Prosesin böyüklüyünü və strateji əhəmiyyətini nəzərə alaraq, ölkə müxalifətinin də müqavimətini neytrallaşdırmaq, qismi dəstəyini qazanmaq xətti seçilib. Cəmiyyət isə birmənalı olaraq Prezidenti dəstəkləyir və ona inanır.
Azərbaycana xeyirli-uğurlu olsun!
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:11-03-2020, 09:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-03-2020, 09:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26