RUSİYA və TÜRKİYƏ PREZİDENTLƏRİ RAZILIĞA GƏLDİ - İdlibdə atəşkəs elan olundu(Yeniləndi)
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu saatlarda mətbuatın qarşısına çıxıblar.
Əvvəlcə Putin açıqlama verərək, İdlib məsələsində razılığa gəldiklərini açıqlayıb. O, tərəflərlər arasındakı fikir ayrılığın danışıqlarla aradan qaldırıldığını bildirib.
Sonra çıxış edən Ərdoğan İdlibdə baş verənlərə görə Əsəd rejimini ittiham edib. Türkiyənin baş verənlərə seyirçi qalmadığını bildirib. Ərdoğan Rusiya ilə işbirliyində problemi həll edəcəklərinə inandığını, bunun üçün hər iki tərəfdə siyasi iradənin olduğunu bildirib.
Gecə saat 00.01-dən başlayaraq atşkəsin elan olunacağını bildirib. Ancaq Ərdoğan Əsəd rejiminin bütün hücumlarına Türkiyənin cavab vermə haqqını saxladığını bəyan edib.
Sonra xarici içlər nazirləri razılaşdırılmış mətni oxuyub.
***
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək görüş 3 saat davam edib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, təkbətək görüşdən sonra nümayəndə heyətlərinin danışıqlara qoşulduğunu qeyd edib.
***
"İdlibdə vəziyyət elə ağırlaşdığından bizim birbaşa müdaxilə etməyimizə ehtiyac yaranıb".
"Report" "Hürriyete" istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.
“Son günlərdə İdlibdə bir sıra hadisələr baş verdi. Suriyada həyatını itirən hərbçilərinizə görə başsağlığı verirəm. Telefon danışığımızda ifadə etdiyim kimi heç kim orada Türkyə hərbçisinin olduğunu bilmirdi. Suriya hərbçiləri arasında da itki olub.
\Bu hadisələri təkrarlanmaması və hər ikimizin də əhəmiyyət verdiyimiz əlaqələrə zərər verməmək üçün görüşməyimizə ehtiyac var. Bu məsələləri təkbətək müzakirəyə başlayaq. Daha sonra zalda olanlar da qoşula bilər”, - deyə Vladimir Putin bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cavab nitqində deyib: "Məlum bu görüşü Türkiyədə keçirəcəkdik. Sizin konstitusiya ilə bağlı fəaliyətinizə görə görüşü burada gerçəkləşdiririk. İdliblə bağlı müzakirələr səbəbi ilə bir araya gəlməyimizin əhəmiyyəti böyükdür.
Bölgədə sıxıtntı böyüyür. Bu gün burada atacağımız addım, qəbul edəcəyimiz qərarlar, bölgəni də, ölkələrimizi də rahat edəcək. Türkiyə-Rusiya əlaqələrinin gərgin dönəminin yaşayırıq. İstər müdafiə sənayesi, istərsə də ticarət əlaqələrimizdə çox fərqli bir dövrü yaşayırıq”.
***
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, görüş təkbətək formatda keçirilir.
Qeyd edək ki, son zamanlar Türkiyə və Rusiya arasında üç mərhələdə keçirilən danışıqlar uğursuz olub.
Xatırladaq ki, martın 5-də dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə ediblər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-03-2020, 22:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-03-2020, 22:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01