RUS KƏŞFİYYATI BAKIDA “AT OYNADIR” - “Sputnik Azərbaycan” ölkəmizdə kəşfiyyat məlumatları toplamaqla məşğuldur
Martın 1-də "Sputnik Türkiyə" agentliyinin baş redaktoru Mahir Boztəpə Türkiyədə saxlanıldı. "RİA Novosti" xəbər yaydı ki, baş redaktor əvvəlcə xəstəxanada tibbi müayinədən keçirilib, daha sonra təhlükəsizlik idarəsinə aparılıb.
M.Boztəpənin sözlərinə görə, polis əməkdaşları onu saxlayarkən çox nəzakətli davranıblar və heç bir halda güc tətbiq olunmayıb.
"Polis İstanbuldakı ofisimizə gəldi. Daha bir əməkdaşımız saxlanıldı. Dünəndən 3 nəfər əməkdaşımız Ankara polisində saxlanılır. Türkiyə, bu nədir???" - "Rossiya Segodnya" TV və RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyan bu haqda sosial şəbəkədə statuts paylaşıb.
Xatırladaq ki, bundan əvvəl Simonyan, fevralın 29-da axşam saatlarında naməlum şəxslərin "Sputnik Türkiyə" əməkdaşlarının Ankaradakı mənzillərinə girməyə çalışdıqlarını bildirmişdi. O iddia etmişdi ki, həmin şəxslər millətçi şüarlar səsləndirib, jurnalistləri təhqir və təhdid edərək, qapıları zor gücünə açmaq istəyiblər. İddia olunur ki, bu şəxslər ərazidən qaçıb getdikdən sonra evlərinə basqın oldunduğu iddia edilən jurnalistlər polisə idarəsinə gediblər. Sonradan məlum olub ki, onlar dindirildikdən sonra prokurorluq tərəfindən saxlanılıblar.
Rusiya Xarici İşlər Nazirliyi Türkiyə hakimiyyətini vəziyyətə müdaxilə etməyə və hadisənin bütün şərtlərinin aydınlaşdırılmasına kömək etməyə çağırıb.
Xatırladaq ki, fevralın 28-nə keçən gecə Rusiyanın İstanbuldakı Baş Konsulluğunun binası önündə Suriyanın İdlib əyalətində türk ordusunun mövqelərinə xain hücumla bağlı aksiya keçirilib. Rusiya mediası yazır ki, etirazçılar Moskvanı Suriyanın şimalında Türk əsgərlərinin ölümündə günahlandıran şüarlar səsləndiriblər.
Qeyd edək ki, Mahir Boztəpə saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılıb. Buna rəğmən, onun barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladılıb.
TASS xəbər verir ki, onun saxlanılmasına səbəb bu agentliyin yayımladığı “Oğurlanmış əyalət: Hatay niyə 80 il əvvəl Fransa tərəfindən Türkiyəyə verildi?” başlıqlı məqalə olub.
Bu vilayətin Suriyaya qaytarılmalı olduğunun iddia edildiyi sözügedən yazı dövlətin mənafelərinə zidd gəldiyi üçün saxlanılan M.Boztəpə ifadə verdikdən sonra sərbəst buraxılıb.
Onunla birlikdə saxlanılan iki əməkdaşı da azadlığa çıxıb.
Agentlik rəhbərinin saxlanılmasının gerçək səbəbləri…
Əlbəttə, Mahir Boztəpənin saxlanılmasının əsas səbəblərindən biri “Oğurlanmış əyalət: Hatay niyə 80 il əvvəl Fransa tərəfindən Türkiyəyə verildi?” sərlövhəli yazı ola bilər. Şübhəsiz, Ankaranın göbəyində oturub, Türkiyəyə qarşı ərazi iddiası irəli sürən agentlik rəhbərinin bu yazıya görə saxlanılması heç də “mediaya təzyiq”, ədalətsizlik deyil. Əksinə, biz dəfələrlə şahidi olmuşuq ki, Kreml nəinki Rusiyanın əleyhinə yazı yazan jurnalisti ölkədə saxlayıb, hətta bu yaxınlarda Azərbaycan jurnalisti Fuad Abbasov ermənilərə qarşı mübarizə apardığı üçün Azərbaycan deportasiya olundu. Şübhəsiz, bu, heç də birinci, yaxud sonuncu fakt deyil. Rusiyanın imperiya siyasətinə qarşı yazan jurnalistlərin daha ağır şəkildə cəzalandırıldığı haqda təkcə bizə bəlli olan onlarla fakt mövcuddur. Bu baxımdan, jurnalist Marqarita Simonyanın məlum statusu erməni həyasızlığından başqa bir şey deyil.
"Sputnik Türkiyə" agentliyinin baş redaktoru Mahir Boztəpənin saxlanılmasının ən əsas səbəblərindən biri, çox güman ki, onun jurnalistika fəaliyyətindən daha çox, kəşfiyyat xarakterli məlumatlar toplaması, yaxud da Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə təxribat xarakterli məlumatlar yayması ilə bağlıdır. Nə üçün bu qənaətdəyik? Ona görə ki, "Sputnik" agentliyi mövcud olduğu ölkələrdə faktiki olaraq informasiya agentliyindən daha çox, kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Hansı ki, "Sputnik Azərbaycan"ın da ölkəmizdə oxşar fəaliyyətlə məşğul olduğu, hətta zaman-zaman məxfi materiallarımızı ermənilərə ötürdüyü haqda çoxsaylı faktlar mövcuddur.
Azərbaycanda fəaliyyət göstərən erməni mediası
Xatırladaq ki, hələ bir neçə il əvvəl “Hürriyyət” qəzeti olaraq bu mövzuya diqqət ayırmışdıq. Rəsmi qurumların diqqətinə çatdırmışdıq ki, erməni kökənli media maqnatı Aram Qabrielyanovun təsis etdiyi “Sputnik” İnformasiya Agentliyinin Azərbaycanda fəaliyyət göstərməsi milli strateji hədəflərimiz üçün böyük təhlükə mənbəyidir. Həm də ona görə ki, bu informasiya agentliyinin Bakı bürosunun rəhbəri anası erməni olan Əziz Əliyev adlı birisidir. Bu səbəbdən də qeyd etmişdik ki, belə KİV orqanının Azərbaycanda fəaliyyətinə qətiyyən imkan vermək olmaz.
Bizim bu yazımızdan sonra tanınmış jurnalist Mürtəza Bünyadlının “Facebook”da yazdığı bir status mətbuatın gündəmini bir daha bu mövzuya yönəltdi. Ona görə ki, verilən informasiya düşmən ölkənin kəşfiyyat qrupunun Azərbaycanda sərbəst fəaliyyət göstərməsindən bəhs edirdi...
M.Bünyadlı yazırdı ki, “Sputnik Azərbaycan”ın baş redaktoru Əziz Əliyevi Bakıya Rusiyadakı erməni lobbisi göndərib: “““Sputnik.az” birbaşa Rusiyanın dövlət büdcəsi ilə maliyyələşir və həmin şəbəkənin üzərində də dayanan Marqarita Simonyandır. Bu Simonyan haqqında da yetərincə məlumat var, kim istəsə onunla maraqlana bilər”, – deyə M.Bünyadlı məlumat vermişdi.
Qeyd edək ki, Mərkəzi ofisi Moskva şəhərində yerləşən “Sputnik” İnfromasiya Agentliyini “Rossiya seqodnya”nın baş direktoru Dmitri Kiselyov idarə edir. Onun müavini ermənilər arasında populyar jurnalist kimi tanınan Marqarita Simonyandır.
Marqarita Simonyan Ermənistanda güclü təbliğat ruporu kimi ad çıxarıb. O, qondarma “erməni soyqırımı”nı təbliğ etməklə yanaşı, Rusiyadakı erməni diasporunun fəal üzvlərindən sayılır. Marqarita Simonyan mütəmadi olaraq, “Vestnikkafkaz.ru”, Ermənistanın “Verelq.am”, “Tert.am” xəbər portallarında Dağlıq Qarabağ münaqişəsinə dair analitik məqalələrlə çıxış edir. O, həmin məqalələrdə öz erməni mənafeyindən çıxış edərək Dağlıq Qarabağdakı separatizmə dəstək verir, işğal faktına bəraət qazandırır, münaqişənin həllini tapmamasına görə, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir. Təbii ki, Ermənistan rəhbərliyi də onun bu xidmətlərini unutmur. Təsadüfi deyil ki, 2010-cu il noyabrın 18-də prezident Serj Sarkisyan Marqarita Simonyanı “Movses Xorenasi” medalı ilə təltif edib.
Sputnik.az Azərbaycanda 2014-cü il noyabrın 14-də fəaliyyətə başlayıb. Ümumilikdə isə 30-dan artıq dildə xəbər yayımı ilə məşğul olan “Sputnik” keçmiş Sovet respublikalarının əksəriyyətində şöbəsini aça bilib. Sözügedən xəbər portalı hətta separatçı Abxaziya, Cənubi Osetiyada təbliğat aparmaqla məşğul olan “Sputnik” İA kürd dilində radio və sayt açmaqla PKK terrorçuları ilə də daimi əlaqə saxlayır.
Dəyərli oxucularımıza onu da xatırladaq ki, sözügedən informasiyanın yayılmasından sonra qəzetimizdə Mürtəza Bünyadlının sensasion müsahibəsi dərc olundu. Təkrarçılıq etmədən vurğulayaq ki, həmin müsahibədə səslənən bir sıra ittihamlar sonradan apardığımız araşdırma nəticəsində öz təsdiqini tapdı...
Makron “Sputnik”in kəşfiyyat məlumatları topladığını Putinin üzünə söylədi…
Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makron da Rusiyanın dövlət rəhbəri Vladimir Putinin üzünə qarşı “Sputnik” agentliyi yalan informasiyalar yayır”, deyə bildirmişdi. Bu isə, dolayısı ilə sözügedən KİV-lərin öz missiyyalarını aşdıqları, yəni kəşfiyyat-informasiya fəaliyyəti ilə məşğul olduqlarını ictimailəşdirmək idi. Təsadüfi deyildi ki, bundan az öncə "Sputnik" agentliyi ABŞ Konqresindəki akkreditasiyadan da məhrum edilmişdi. Bu zaman Konqresin rəsmi nümayəndəsi Castin Uilson “Konqresdə təmsil olunan mətbuat nümayəndələri sırasında dövlət tərəfindən maliyyələşdirilən KİV işçisi ola bilməz” – açıqlaması ilə üstüörtülü şəkildə bəyan etmişdi ki, sözügedən media orqanı fəaliyyət sferasından kənara çıxır, yəni təmsil etdiyi dövlətin xeyrinə kəşfiyyat məlumatları toplamaqla məşğul olur.
Aprel savaşı zamanı məxfi məlumatların ermənilərə ötürülməsi cəhdi
Xatırladaq ki, 2016-cı ilin aprelində baş verən 4 günlük müharibə zamanı Moskvadan “Life news” telekanalının müxbirləri müvafiq akkreditasiyadan keçmədən cəbhə bölgəsinə gəlmişdilər. Onlar Rusiyada tanınmış media maqnatı Aram Qabrelyanın da üzvü olduğu erməni lobbisinin tapşırığı əsasında Azərbaycanda qərəzli reportaj hazırlamaq niyyətində olublar. Lakin yerli mətbuat nümayəndələrinin çevikliyi nəticəsində onların bu çirkin niyyəti baş tutmayıb. Nəticədə heç bir reportaj hazırlamağa imkan verilmədən, respublika hüdudlarından kənarlaşdırılıblar.
Əlbəttə, “Life news” telekanalının müxbirləri Azərbaycana heç də dəvətsiz gəlməyib. Bu işdə ölkəmizin daxilində də maraqlı qüvvələr olub və məhz onların köməkliyi ilə həmin jurnalistlər cəbhə bölgəsinə problemsiz yola salınıblar.
Hətta belə bir informasiya da var ki, 2016-cı ildə saytın bölgə müxbirləri Göygöl rayonunda erməni qəbiristanlıqları haqda milli maraqlarımıza zidd olan reportaj hazırlamaq istəyiblər. Lakin bu zaman onların fəaliyyətinin qarşısı alınıb...
Bundan əlavə daha bir faktı diqqətinizə çatdıraq. Bir anlıq Əziz Əliyevin Bakıya Rusiyadakı erməni lobbisi tərəfindən və xüsusi missiya ilə göndərildiyi haqda fikirləri qoyaq kənara. Sizcə, Azərbaycan dövlətinə heç bir bağlılığı olmayan və anasının erməni olduğu iddia olunan bir şəxs ermənilər tərəfindən ölkəmizə qarşı hazırlanan təxribatların qarşısının alınmasında maraqlı olar? Biz buna inanmırıq və əldə etdiyimiz informasiyalar əsasında tamamilə əksini düşünürük. Bizim kimi düşünməyələr buyurub, “Sputnik Azərbaycanda” ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik fəaliyyəti haqda bircə tutarlı yazı göstərsinlər…
Putin mediasının Azərbaycanda kəşfiyyat-pozuculuq fəaliyyəti…
Xatırladaq ki, hələ 2017-ci ildə etibarlı mənbədən “Hürriyyət”in redaksiyasına daxil olan məlumata əsasən vurğulamışdıq ki, 2016-cı ilin sentyabrında Bərdə-Tərtər dəmiryol xəttinin yaxınlığında - məcburi köçkünlərin məskunlaşdığı ərazidə 2 nəfər naməlum şəxs çəkiliş aparmaq niyyətində olub. Nəzərə alsaq ki, dəmiryol xətti strateji əhəmiyyət daşıyır, üstəlik, həmin ərazi cəbhə bölgəsinə yaxın olduğundan və bu xətt üzrə hərbi təyinatlı yüklər daşındığından, çəkiliş aparan şəxslər xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət olunublar. Bu zaman məlum olub ki, hər iki şəxs Sputnik.az saytının regional əməkdaşlarıdır. İmişli sakinləri olan bu şəxslər ərazidə çəkiliş aparmaları üçün ezamiyyə vərəqələri olmadığından, fəaliyyətlərinin qanunsuz olduğunu etiraf ediblər. Onu da deyiblər ki, strateji əhəmiyyətli ərazidə çəkiliş aparılması haqda göstərişi onlara “Sputnik Azərbaycan” İA-nın rəhbərliyi verib.
“Sputnik Azərbaycan”ın arxasındakı qaranlıq güc…
Əlbəttə, Sputnik.az saytının baş redaktorunun qanunsuz fəaliyyəti bütün bunlarla məhdudlaşmır. Neçə illərdir ki, Əziz Əliyev barəsində müxtəlif informasiya saytlarında onun ermənilərə xidmət etməsindən bəhs olunan yazılar dərc olunur. Lakin, maraqlıdır ki, bu müddət ərzində müvafiq qurumlar bu insanla bağlı heç bir araşdırma aparmır və ölçü götürmürlər. Əksinə, “Sputnik Azərbaycan” öz fəaliyyətini günbəgün daha da genişləndirməkdədir...
Onu da qeyd edək ki, hazırda redaksiyası Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binasında yerləşən Sputnik.az saytı maddi cəhətdən kifayət qədər təmin olunub. Bu saytın əməkdaşları Azərbaycan standartlarına görə çox yüksək maaş alır, üstəlik ölkəmizdəki əksər media orqanlarından fərqli olaraq Sputnik.az-ın regional müxbirləri də fəaliyyət göstərir.
Bir sözlə, bu agentlik Azərbaycanda bütün sahələrdə öz işini qura bilib və çoxsaylı rəsmi və qeyri-rəsmi mənbələrdən məlumat əldə etmək imkanına malikdir. Ermənilərin isə Azərbaycandan istədikləri nədir: ölkəmizin müdafiə qabiliyyəti ilə bağlı informasiyalar toplamaq və “4-cü hakimiyyət” hesab olunan mətbuat vasitəsilə Azərbaycan haqqında lazımi məlumatlar və təhlil materialları əldə etmək.
Ən acınacaqlısı isə odur ki, “Sputnik Azərbaycan” Rusiyanın dövlət büdcəsindən maliyyələşdirildiyindən, ölkəmizdə istər bu agentliyin qanunsuz fəaliyyəti, istər də anası erməni olan baş redactor barəsində şok faktlar açıqlanmasına, ciddi ittihamlar irəli sürülməsinə rəğmən, heç bir rəsmi qurum bu məsələyə müdaxilə edib, “başını ağrıtmaq istəmir”. Bütün bubnların fonunda isə Əziz Əliyev Azərbaycanda sanki “toxunulmazlıq” statusuna sahibdir. //hurriyyet.org//
Paylaş:
Müəllif : Yazar
Tarix:4-03-2020, 11:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-03-2020, 11:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti