Hərbi əməliyyatlara başlamaq üçün seçki faktoru aradan qalxıb - GƏLİŞMƏ
Azərbaycanda sonuncu prezident seçkisi 2018-ci ilin aprelində, bələdiyyəsi seçkiləri 2019-cu ilin dekabrında, parlament seçkiləri isə 2020-ci ilin fevralında keçirildi. Bu da o deməkdir ki, növbədənkənar seçkilər olmayacağı halda növbəti prezident seçkiləri 2025-ci ilin aprelində, bələdiyyə seçkiləri 2024-cü ilin dekabrında, parlament seçkiləri isə 2025-ci ilin fevralında keçirilməlidir.
Beləliklə, Azərbaycan qarşıdakı 5 ilə yaxın seçkilər olmayan dövrə daxil olur. Ekspertlər hesab edir ki, uzunmüddətli dövr üçün ölkəmiqyaslı seçkilərin olmaması Azərbaycanın Qarabağ siyasətinə təsir edə bilər. Belə vəziyyət Dağlıq Qarabağla bağlı aparılan siyasətdə danışıqların hərbi əməliyyatlara başlamaq fazasına keçməsinə şərait yarada bilər. Azərbaycanın buna hərbi gücü də yetir.
Bu barədə “Yeni Müsavat”a danışan politoloq Əhəd Məmmədli bildirdi ki, ölkəmizdə ilk dəfədir ki, beş ilə yaxın müddətdə heç bir seçkilər keçirilməyəcək. Əgər növbədənkənar seçkilər olmayacaqsa, ilk dəfə ölkə beş il seçkisiz dönəm yaşayacaq. Ancaq seçkinin olub-olmamasından asılı olmayaq Azərbaycan daha 4-5 il gözləməli deyil, Qarabağın azad olunması üçün hərbi əməliyyatlara başlamalıdır. Seçkilərin yoxluğu, sadəcə, işi asanlaşdıran amildir: “Seçkilərlə və ya seçkilərsiz fərq etməz, torpaqlarımızı azad etmək vaxtı çoxdan gəlib çatıb. Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq fazasına şərait çoxdan yaradılıb. Nikol Paşinyan daha nə ağılsızlıq etməlidir ki, biz müharibəyə başlayaq?! Azərbaycanın hərbi gücü də yetir ki, danışıqların Ermənistan tərəfindən dayandırıldığını elan edib ərazi bütövlüyümüzü bərpa etmək üçün hərbi müstəvini seçək”.
Hərbi ekspert Ramil Məmmədli də bildirdi ki, işğal edilmiş ərazilərin azad edilməsinə ölkədaxili heç bir siyasi proses mane ola bilməz. Əslində hazırda hərbi əməliyyatlara başlamağın əsl məqamıdır: “Dünyada bir daha sübut olundu ki, öz haqqını özün qorumalısan. Əks təqdirdə, hər bir dövlət məsələyə öz maraqları formatında yanaşacaq. O ki qaldı münaqişənin həlli ilə bağlı danışıqların öz əhəmiyyətini itirməsinə, biz bunu sonuncu Münhen konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyində də gördük. Ermənilər üçün Qarabağ münaqişəsi bitmiş məsələdir. Onların fikrincə, işğal olunan ərazilər onlarındır və məsələyə artıq yekun vurulub. Məhz bu məqam da Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə şans yaradır. Faktiki, işğalçı ölkə heç bir qanunları tanımır və belə halda isə güc yolu ilə problem öz həllini tapmalıdır. Buna Azərbaycanın həm iqtisadi, həm hərbi, həm də insani baxımdan gücü yetir”.
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycan üçün seçkisiz dönəm yeni fürsət yaradacaq. Azərbaycan işğal olunmuş ərazilərində antiterror əməliyyatına başlaya bilər. Buna hüququ çatır: “Azərbaycan artıq otuz ildir davamlı olaraq erməni terrorundan əziyyət çəkir. Bu illər ərzində faktiki olaraq cəzasız qalan və bir çox hallarda hətta bəzi dövlətlər tərəfindən siyasi maraqlar ucbatından təqdir edilən erməni tərəfi terrorçuluğu artıq dövlət siyasətinə çevirib. Bu isə Azərbaycan Respublikası ilə yanaşı bütövlükdə region üçün təhlükədir. Ona görə də hesab edirəm ki, Azərbaycan hakimiyyətinin Qarabağda antiterror əməliyyatları keçirməsi vacibdir. Bunun üçün diplomatiyamız sözdə deyil, əməldə münbit şəraitin yaranmasına vəsilə olmalı və ardınca işğal altında olan torpaqlarımızın işğalçılardan təmizlənməsi üçün antiterror əməliyyatlarına başlanmalıdır”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, ərazi bütövlüyümüzün bərpası seçkilərdən vacibdir. İndiyə qədər bu istiqamətdə hərbi müstəvini seçməməyimizdə əslində tez-tez keçirilən seçkilərin rolu olmayıb. Hərbi əməliyyatlara başlayacağımız halda hətta planda olan seçkiləri də təxirə salmaq olar. Qarşıdakı uzunmüddətli dövr üçün seçkilər olmayacaqsa, daha yaxşı: “Dövlətin maraqları nəyin bahasına olursa-olsun müdafiə olunmalıdır. Azərbaycan daxildə və xaricdə lazımi hazırlıq işlərini aparıb Qarabağda antiterror əməliyyatına başlamalıdır. Bunun üçün məqsədyönlü işlər gərəkdir. Bu, torpaqlarımızın azad olunması üçün yeganə yoldur”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:26-02-2020, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-02-2020, 09:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26