“Ərazilərin qaytarılması? Bu haqda söhbət belə gedə bilməz...” - PAŞİNYAN DANIŞIQLARI DAYANDIRIR
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa dair növbəti avantürist bəyanatla çıxış edərək faktiki olaraq danışıqlar prosesini pozub. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, o Ermənistanın İctimai televiziyasına müsahibəsində işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasını istisna edib.
Paşinyan birmənalı şəkildə deyib ki, işğal edilmiş ərazilərin qaytarılması barədə Azərbaycanla danışıqlar aparmaqdan imtina edir. “Bu haqda söhbət belə gedə bilməz”,-erməni baş nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycanla ancaq Dağlıq Qarabağdakı rejimin “təhlükəsizliyi məsələsi” üzrə danışıqlar apara bilər. “Ərazilər məsələsi yoxdur, təhlükəsizlik məsələsi var”,-o, əlavə edib.
Paşinyan artıq neçənci dəfədir ki, müxtəlif formalarda avantürist bəyanatlar verərək danışıqlar prosesini pozur, faktiki olaraq danışıqların davamını istisna edir. Hansı ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların qaytarılması danışıqlar prosesinin bütün dövrlərində və mərhələlərində müzakirə edilib. Bu məsələ hətta Ermənistan üçün ən sərfəli nizamlama variantlarında belə başlıca element kimi əksini tapıb. O cümlədən Madrid prinsipləri ətraf rayonların qaytarılmasına və Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməsinə əsaslanır.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-02-2020, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-02-2020, 09:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26