79-da lider dəyişdi: - Nurullayev uduzdu
MSK-nın iclasında 79 saylı İmişli seçki dairəsi üzrə daxil olan şikayəti MSK üzvü Bəxşeyiş Əsgərov çatdırıb.
Axar.az xəbər verir ki, həmin seçki dairəsi üzrə namizəd olmuş İlqar Hüseynli, İltizam Əkbərli, Murad Fərzəliyevin şikayətinə baxılıb.
B.Əsgərov qeyd edib ki, İ.Hüseynli DSK-nın 4 məntəqə üzrə qərarını şikayətləndirib:“Daha sonra MSK-ya göndərdiyi şikayətdə məntəqələrin sayı daha çox olub. İltizam Əkbərli də bir sıra məntəqələrdən şikayətini çatdırıb. Videogörüntülər araşdırılarkən 2 məntəqədə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar müəyyən edilib. Bunlar 14 və 23 saylı məntəqələrdir. Əsas mübahisələndirilən məsələlər protokolların verilməməsidir”.
B.Əsgərov sosial şəbəkələrdə olan məlumatları və namizədlərin təqdim etdikləri görüntüləri araşdırdıqlarını bildirib:
“Bütün bu araşdırmalar nəticəsində ekspert qrupu bu qənaətə gəlib ki, 14, 16, 21, 23 və 25 saylı məntəqələrdə protokollarda seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallar müəyyən olunub”.
Daha sonra bu məntəqələrdə nəticələr etibarsız sayılıb.
MSK-nın son qərarınadək bu dairədə 20.9 faiz səslə Razi Nurullayev lider idi. Nurullayev topladığı 2705 səslə ikinci yerdə olan Murad Fərzəliyevi (2663 səs) qabaqlayırdı. 14, 16, 21, 23 və 25 saylı məntəqələrin nəticələri ləğv edildikdən sonra bu dairədə lider dəyişdi. Murad Fərzəliyev 2337 səslə lider oldu. Razi Nurullayevin isə 2016 səsi qalıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-02-2020, 18:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-02-2020, 18:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26