Demokratlar Trampa qarşı kimi namizəd göstərir? - Praymeriz seçkiləri qızışır
Senator Berniye Sanders fevralın 11-də Nyu Hempşirdə demokratların praymeriz seçkisində önə çıxıb. Keçmiş vitse-prezident Co Bayden isə, “Reuters” agentliyinin yazdığı kimi, məyusedici nəticə göstərib, beşinci olub. Mötədil İndiananın Saut Bend şəhərinin keçmiş meri, 38 yaşlı Pete Buttigyeg ikinci yerdədir. O, ötən həftə Ayovada birinci olmuşdu. Sanders 25,9, Buttigieg 24,4, Bayden isə cəmi 8 faiz səs yığıb.
Vermont ştatından proqressiv senator Sanders solçu baxışlarından dolayı rəqiblərinin xəbərdarlığına baxmayaraq, qələbəsini təmin edib. Rəqibləri onun solçu mövqeyi ilə 3 noyabr seçkisində respublikaçı Prezident Donald Trampa uduzacağını deyirlər. “Buradakı qələbə Donald Trampın sonunun başlanğıcıdır”, – Sanders Mançesterdə tərəfdarlarına deyib. Buttigiyegin seçkidən sonrakı çıxışı ekranlarda göstəriləndə Sanders tərəfdarları narazı ifadələr səsləndiriblər. Senator Ami Klobuçar 20 faizədək səslə üçüncü yeri tutub.
Bayden vaxtilə demokratların seçkidə potensial namizədi sayılırdı. Ancaq Ayovadan sonra ikinci məğlubiyyətə uğrayır. O, 2008-ci ildə Prezident Barak Obamanın vitse prezidenti olub, ondan qabaq isə iki dəfə prezidentlik kampaniyasında pis nəticə göstərib. İndi gözünü fevralın 29-da Cənubi Karolina ştatına, bir sıra digər cənub ştatlarına dikib. Martın 3-də isə Super Çərşənbə Axşamıdır, Baydenin afro-amerikalılar arasındakı dəstəyi öz sözünü deməlidir. Orada da zəif nəticə olsa, Baydenin seçki kampaniyası sona çata bilər. “Bitməyib, a kişi. Hələ təzə başlayıb”, – Bayden Cənubi Karolinada tərəfdarlarına deyib. Bayden çıxışında deyib ki, demokratların heç bir namizədi afro-amerikalıların ciddi dəstəyi olmadan qalib gələ bilməyib.
“The Associated Press” yazır ki, Cənubi Karolinada elektoratın 60 faizindən çoxunun qaradərili olacağı gözlənir, amma 70 faiz də ola bilər. “Ancaq demokratlar arasında Baydenin çıxmağa çalışdığı durumun da presedenti yoxdur. Müasir praymeriz sistemində Ayova, yaxud Nyu Hemşirdə qalib gəlməyən heç bir demokrat yekun namizədliyə iddia etməyib”, – agentlik vurğulayır.
Təhlilçilərin fikrincə, Baydenin seçki kampaniyasına zərbəni Respublikaçı partiyası vurub. Axı, onun adı Prezident Donald Trampın impiçment mühakiməsində hallanırdı. Nümayəndələr Palatası prezidentin Kiyevə Bayden və oğlu barəsində təhqiqat aparmaq üçün təzyiq göstərməklə vəzifə səlahiyyətini aşdığını bildirib, onu impiç edib. Senat isə prezidentə bəraət verdi.
Üç ay qabaq Nyu Hempşirdə favorit sayılan senator Elizabet Uarren üçün də gecə yaxşı keçməyib, dördüncü yerə çıxıb.
Sanders 2016-cı ildə Nyu Hempşirdə 60 faiz səs yığmışdı. Həmin il demokratların yekun namizədi Hillari Klinton oldu. Sanders bu dəfə də ştatda böyük qələbə gözləyirdi, amma keçmiş meri az səs fərqiylə üstələyib.
Demokratların ən sadiq və dinamik seçici bloklarından sayılan afro-amerikalı seçicilər Buttigiyegi daha az dəstəkləyir deyə, sorğuların nə göstərəcəyi vacibdir. O, siyasətin getdikcə daha çox qütbləşməsini, son həftələr demokratlar arasındakı çəkişmələri pisləyib. Respublikaçılara gəlincə, Tramp bu ştatda praymerizi asanlıqla udub, Massaçusetsin keçmiş qubernatoru Villyam Veld məğlub olub. (azadliq.org)
Paylaş:
Müəllif : Redaktor
Tarix:12-02-2020, 16:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:12-02-2020, 16:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01