ABŞ-ın Türkiyə planı: iqtisadi zərbə hazırlanır - Rus ekspert
Vaşinqtonun tövsiyələrini dinləyən “Mudi” və “Fiç” investorları Türkiyədən qaçırmağa çalışır.
Bu sözləri rusiyalı ekspert Viktor Nadein-Rayevski deyib. O bildirib ki, Türkiyə hakimiyyəti son mərhələdə lirəni möhkəmləndirmək üçün monetarizm yolunu seçdi:
“Lirəni möhkəmləndirmə cəhdləri inflasiyaya yol açdı və indi də türk iqtisadiyyatının bu durumdan çıxması çətinləşib. Məsələn, Rusiya Mərkəzi Bankı inflasiya qorxusu səbəbindən rublun dəyərini aşağı saxlayır. Türkiyə isə elə bir durumda idi ki, əksinə, rubla dəstək verməsi lazım idi. Bu səbəbdən inflasiya meydana gəldi”.
Ekspert Türkiyəyə qarşı təxribatların vəziyyəti daha da qəlizləşdirdiyini əlavə edib:
“ABŞ iqtisadiyyatı üçün Türkiyəyə idxal həcmi olduqca kiçik rəqəmlərlə ifadə edilə bilər. Amma Türkiyə üçün ABŞ yönündə ticarət olduqca önəmlidir. Hərbi sövdələşmələr də iqtisadiyyata təsir göstərir. Bir sözlə, qeyd etmək lazımdır ki, ABŞ-Türkiyə iqtisadi savaşı hələ yeni başlayır”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-04-2019, 08:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-04-2019, 08:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01