İrəvana “qırmızı vərəqə” - Bakı məkrli oyunu necə pozdu...
Nikol Paşinyanın “demokratik inqilab” bəhanəsi ilə öz ölkəsini Qarabağ danışıqlarında yeni mövqeyə çıxarıb məsuliyyətdən yayındırmaq cəhdi, Bakı ilə Xankəndini baş-başa qoyub Ermənistanı BMT TŞ-nin qətnamələrinin məsuliyyət yükü altından çıxarmaq planı boşa çıxdı.
Təcavüzkarın xeyrinə format dəyişikliyi cəhdi Bakının prinsipiallığı və ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu prinsipiallığı ciddiyə alması nəticəsində iflas oldu. Martın 29-da Vyanada tərəflər arasında reallaşan ilk ən yüksək səviyyəli rəsmi danışıqlarda “Paşinyan Ermənistanı” da əsas münaqişə tərəfi qismində, yəni işğalçı kimi təsbit edildi.
Bu, iki ölkənin liderləri arasında “erməni inqilabı”ndan sonra baş tutan birinci rəsmi danışıqların ən mühüm nəticəsi sayıla bilər. Vyanada İlham Əliyevin Rusiyanın TASS agentliyinə verdiyi müsahibə bu xüsusda diqqət çəkir. Sitat: “Danışıqlar prosesi humanitar aksiyalarla dəstəklənməlidir. Əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk Qrupu həmsədrlərinin 9 mart tarixli bəyanatını çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq. Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”.
Azərbaycan prezidenti beləcə, bu dəfə Vyanadan erməni tərəfinə Qarabağ məsələsində “qırmızı xətti” göstərdi, onu reallıqla hesablaşmağa dəvət elədi. Nikol Paşinyana bir daha populizmlə məşğul olmağın mənasızlığını və perspektivsizliyini anladaraq, Azərbaycanın gedə biləcəyi güzəştin sərhədini xatırlatdı - BMT-nin Qarabağ qətnamələri. Ən önəmlisi, Paşinyana Vyanada idman termini ilə desək, rəsmən “qırmızı vərəqə” göstərildi.
Bunun nəticəsini önümüzdəki həftələrdə görəcəyik. Əks halda, üç il öncəki “4 günlük” aprel müharibəsindəki kimi Azərbaycanın savaşı haqqı mütləq işə düşəcək. Artıq hərbi əməliyyatlar üçün ən əlverişli mövsüm (yaz-yay) başlayıb.
*****
Yeri gəlmişkən, ötən həftə Dağlıq Qarabağ kontekstində Azərbaycan üçün pozitiv, Ermənistan üçün isə neqativ planda daha bir önəmli gəlişmə qeydə alınıb. Belə ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı 2019-cu il üçün hazırladığı yeni hesabatda Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu kimi göstərilib. Siyahıda Azərbaycan Ordusu gücünə görə 52-ci yeri tutub. Cənubi Qafqazın digər ölkəsi Gürcüstan 85-ci sırada qərarlaşıb, Ermənistan 96-cı yerdədir.
Təbii ki, bu göstəricilər hesablanarkən ölkələrin insan resursu, orduya ayırdığı xərclər, yəni onların iqtisadi potensialı da nəzərə alınıb. Aydın görünür ki, işğalçı Ermənistanın Azərbaycanla təkbətək savaşdan qalib ayrılmaq şansı yoxdur. Dünyanın 96-cı ordusu regionun ən güclü ordusuna qarşı duruş gətirə bilməyəcək. Odur ki, Qarabağ məsələsində seçim edəcək tək tərəf - işğalçı Ermənistandır. Daha bir səbəbə: Azərbaycanın müharibə hüququ əlində qalır və bunu dünyanın aparıcı gücləri də qəbul edir.
Məsələn, az öncə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının 2018-c ildəki vəziyyətinə dair yaydığı illik hesabatda Ermənistanı işğalçı adlandıran bənd yer alıb. Həmin bənddə deyilir: “Separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əksər hissəsini və ona bitişik 7 rayonu nəzarətdə saxlamaqda davam edirlər”.
Ötən saylarımızın birində vurğuladığmız kimi, bu, əslinə qalsa, dünyanın ən qüdrətli dövlətinin sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə Bakıya müharibə rüsxətidir. İkincisi, həmin hesabat Paşinyan hakimiyyəti dönəmində də Ermənistanın ABŞ tərəfindən işğalçı qismində qəbul edildiyini göstərir. Bəllidir ki, Paşinyan neçə vaxtdır özünü ABŞ-a “Qərbin adamı” kimi sırıyıb ondan maliyyə yardımı qoparmaq, paralel surətdə Qarabağ məsələsində separatçılığa və işğalçılığa dəstək almağa ümid edirdi...
*****
ABŞ-dan söz düşmüşkən, ümumiyyətlə, Vaşinqtonun Paşiyndan dolayı məyusluğu getdikcə artır və özünü daha qabarıq şəkildə büruzə verir. Bunu son vaxtlar ermənipərəst konqresmenlərin Dağlıq Qarabağa qanunsuz səfərlərinin əngəllənməsindən də görmək olar.
“ABŞ Dövlət Departamenti Qarabağla əlaqələrə maneə yaradır”. Bunu ABŞ konqresmeni Frank Pallone keçın həftəsonu Amerika Erməniləri Milli Konqresinin nümayəndəsi Raffi Qaraqaşyana müsahibəsində deyib (axar.az).
“İlk növbədə biz ABŞ-ın nəqliyyat vasitələrindən Qarabağa səfərlər üçün istifadə edə bilmirik. Bundan başqa Dövlət Departamenti bizə daim deyir ki, bu, təhlükəsiz olmaya bilər. Qarabağa səfərin bizim üçün ciddi nəticələrə səbəb olacağına, bizim Azərbaycanın ”qara siyahısı"na düşəcəyimizə əmin edirlər. Onlar çalışırlar ki, insanları qorxutsunlar və aydındır ki, əgər onlar məni və digər Konqres üzvlərini qorxutmağa cəhd edirlərsə, sözsüz, bu, özəl şəxslər və biznesə də maneə yaradacaq", - deyə ermənipərəst konqresmen giley-güzar edib.
Qeyd edək ki, Frank Pallone 2017-ci ilin sentyabrında Qarabağa səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na düşüb.
Maraqlıdır ki, bu arada Ermənistanın Avropa Birliyi ilə (AB) ötən il imzaladığı tərəfdaşlıq sazişinin AB-yə üzv ölkələr tərəfindən ratifikasiyası, faktiki, dayanıb. İstisna deyil ki, Qərb bununla N.Paşinyan hökumətindən narazı olduğunu bir daha büruzə vermək istəyir. Narazılıq isə ən əvvəl Qarabağ məsələsində onun hətta sələflərindən də radikal mövqe tutması, o sırada format dəyişikliyi cəhdi ilə atəşkəsi süni surətdə uzatmağa çalışması ilə əlaqəlidir. Təsadüfi deyil ki, martın əvvəlində Brüsseldə səfərdə olarkən AB rəsmiləri bu məqamı açıq mətnlə erməni baş nazirin diqqətinə çatdırmışdılar...
*****
Paşinyanın aylardır apardığı məkrli Qarabağ oyunu artıq pozulmuş sayıla bilər. Ona rəsmən öz yerini göstərildi. Ancaq Nikolun Azərbaycanla anlaşma şansı qalır. Bundan ötrü o, ilk növbədə Azərbaycan prezidentinin Vyanada vurğuladığı kimi, humanitar xarakterli etimad addımından başlamalıdır.
Məsələn, ötən il rəsmi Bakının iki tərəfdəki girov və saxlanılanları “hamını hamıya” prinsipi ilə dəyişmək təklifi indiyədək cavabsız qalıb. Paşiynan gerçəkdən də özünü erməni xalqının qanuni rəhbəri və siyasi iradə yiyəsi sayırsa, o zaman ilk növbədə Azərbaycanda saxlanılan erməni vətəndaşların taleyinə biganə qalmamalı, eyni zamanda, haqsız yerə həbsdə atdıqları Dilqəm Əsgərov və Şahbaz Quliyevi, digər azərbaycanlıları doğmalarına təhvil verməlidir.
Belə görünür, Vyana görüşündə diqqət mərkəzində olan məsələlərdən biri də məhz bu olub. Ümidvericidir ki, iki ölkənin rəhbərləri ən yüksək səviyyəli ilk rəsmi danışıqları müsbət qiymətləndiriblər. Danışıqlara “yeni təkan verildiyi” vurğulanıb. Qalır bu nikbinliyin praktik reallaşmasını gözləmək...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:1-04-2019, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-04-2019, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01