YAP-çılar seyrə balonlarla çıxır, müxalifət isə... - Köhnə hamam, köhnə tas...
“Müxalifət yeni ideyalar qəbul etməlidir, keçilməz yollar, çıxılmaz hasarlar aşmaq üçün dolayı yollar axtarmalıdır. Amma biz həmişə düz yol seçmişik və yanlışlıqlar olub. Bu gün əsas məsələ konsensus prinsipinin gündəmə gəlməsi olmalıdır. İqtidarla müxalifətin bir sıra məsələlərdə razılaşmasına nail olmalıyıq”.
Bu sözləri “Yeni Müsavat”a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müxalifətin eyni şüarlarla meydana çıxması, monoton qalması, nəsillər dəyişsə də, kreativləşə bilməməsilə bağlı danışarkən qeyd etdi. ADP sədri hesab edir ki, siyasətin cavan və ya qocaya aidiyyəti yoxdur: “İdeyalar yenilənməlidir. Marks deyirdi ki, maşın xarabdırsa, kimin sürməsinin əhəmiyyəti yoxdur. Biz siyasi inkişafın nə olduğunu bilmirik. Siyasətin biologiya ilə əlaqəsi ola bilməz, bu, intellektual işdir. Cavanlaşma, yaxud qocalaşma kolxoz anlayışlarıdır”.
S.Cəlaloğlunun fikrincə, müxalifətin 80-ci və 90-cı illər siyasi düşüncəsindən ayılmasının vaxtıdır: “Bir çox məsələləri qarşıdurmasız həll etmək olar. Demokratiyada iki yol var: inqilabi və tədrici. Mən tədrici inkişaf tərəfdarıyam. Hər dəfə ”istefa" deməkdən çox hakimiyyətə problemlərin həll yolu göstərilməlidir. Biz problemləri təsvir edirik, amma həllində hakimiyyətə yardım etmirik. Müxalifət hakimiyyətə qanunvericilik təşəbbüsləri, yeni ideyalar göstərməlidir. Bizdə müxalifətə hakimiyyəti əvəz edəcək qüvvə kimi baxıblar. Halbuki müxalifətin missiyası təkcə iqtidara gəlmək deyil, xalqın maariflənməsinə, effektiv idarəçiliyə yardım göstərmək olmalıdır".
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli müxalifətin yeni ideyalar, şüarlar, təşəbbüslərlə çıxış etməməsinin səbəbini daha çox ümidsizləşməkdə görür. Onun fikrincə, zamanında müxalif qüvvələrin təklif və ideyalarına nəinki baxılıb, heç müzakirə belə olunmadan rədd edilib. Partiya sədri bu vəziyyətin uzun müddət davam etməsinin nəhayətdə siyasi durğunluğa gətirib çıxardığını düşünür.
“Müxalifətin əsas ideyası hakimiyyətin siyasətini tənqid etmək və hədəfi özünün iqtidara gəlməsi olub. Ancaq təkcə tənqidlərlə fəaliyyət məhdudlaşmamalıdır, alternativlər axtarılmalıdır. Ola bilsin ki, müxalifətin kadr bankının zəif olması və hazırlıqsızlığı da dediyiniz mənzərəni ortaya qoyub. Çünki zamanında müxalifətin təklifləri nəzərə alınmayıb və bu da siyasi qüvvələri ruhdan salıb. Ona görə də mövcud siyasi vəziyyət ümidsizliklə əlaqədardır. Durğunluq olan yerdə isə yeni ideyalar, fərqli təşəbbüslər meydana çıxmır. Siz Türkiyə, Gürcüstan siyasətinə baxsanız, oradakı dinamikanı görəcəksiniz. Təbii ki, siyasi hərəkətlənmə varsa, orada yeni təşəbbüslər yaranır”, - deyə Q.Əlibəyli vurğuladı.
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu bugünkü müxalifətin Xalq Cəbhəsi şinelindən çıxan qüvvələr olduğunu qeyd etdi: “Təəssüflə deyərdim ki, gənclik siyasətlə məşğul olmur və 90-ların adamları meydandadır. Gərək siyasi reallıqlarına uyğun addımlar atsınlar. Siyasət yenilik deməkdir və prinsiplərə sadiq qalmaqdır. Dünyada modern cihazlar, texnikalar bir-birini əvəzləyir. Siyasətdə də bu qan işləməlidir. Digər tərəfdən, əminəm ki, siyasi gəlişmələr qaynar olsa, xalqın ağıllı, bacarıqlı siyasətçiləri meydana çıxacaq. Heç də müxalifətdə olan siyasət adamlarımız davasız deyillər. Sadəcə, uzun illər basqı altında olublar”.
AĞ Partiya sədrinin I müavini Əhəd Məmmədli hesab edir ki, bunun səbəbi 26 il müxalifətdə qalmaqdan qaynaqlanır: “Bu müxalifətçilik ömrü uzun çəkdi. Bu illərdə Amerika İraqa, Əfqanıstana girdi, ”narıncı" və “məxməri” inqilablar, “ərəb baharı” oldu, Ukrayna əraziləri işğal edildi. Azərbaycanda isə eyni siyasi mənzərədir. Mən deyərdim ki, Gürcüstanda Şverdnadze hakimiyyətə gələndən sonra Zveya Qamsaxurdiyanın adamları hansı taleyi yaşadılarsa, bizdə də Elçibəyçilər eyni aqibətlə üzləşdilər. Haçan ki, Azərbaycanda Elçibəyçilər siyasətdə söz sahibi olmayacaqlar, onda biz dəyişiklik gözləyə bilərik".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:12-12-2019, 10:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-12-2019, 10:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26