Qlobal siyasətdə önəmli dəyişiklik - Rusiya-Avropa münasibətləri əvvəlki kimi olmayacaq
AB və Rusiya arasında strateji münasibətləri yenidən nəzərdən keçirməyə çağıran EmmanuelMakron İtaliya kimi ölkələrdə də çox az dəstək tapıb. Halbuki İtaliyada son iyirmi ildə bir-birini əvəzləyən siyasi liderlər həmişə Vladimir Putinlə səmimi münasibətləri davam etdiriblər. Fransa prezidentinin noyabrın 7-i “TheEconomist” nəşrinə müsahibəsində qeyd etdiyi yaxınlıq cəhdi ən yaxşı halda anlaşılmazlığa və skeptizmə, ən pis halda isə Avropa ailəsi daxilində düşmən reaksiyalara səbəb olub.
Bu barədə “LeMonde” qəzetinin jurnalisti İzabel Mandro yazır.
Polşa hökumətinin keçmiş rəhbəri, Avropa Şurasının sədri DonaldTusk da özünü saxlaya bilməyib. “Makronun “biz Rusiya ilə stareteji münasibətlərimiz haqqında yenidən düşünməliyik” sözlərini eşidəndə yalnız ona ümid edə bilərəm ki, bu, suveren Avropa ilə bağlı ümumi ümidlərimiz hesabına baş verməyəcək”, - deyə siyasətçi noyabrın 13-ü Avropa Kollecində baş tutan konfransda bildirib.
Sentyabrda Britaniyanın “Chatham House” mərkəzinin analitikləri Ceyms Niksi və Matye Buleq qeyd ediblər ki, Rusiyaya ziddiyyətli münasibətinə görə Emmanuel Makronla rəqabət apara biləcək ikinci dünya lideri yoxdur: “O, Moskvada keçirilən mitinqləri yatırdığına görə Rusiyanı qınayır və Kremli “fundamental demokratiya prinsiplərinə əməl etməyə” çağırır. Eyni zamanda, deyir ki, “Rusiya və Avropa bir olmalıdır””.
(...) Məqalədə deyilir ki, AB-də praqmatizm uğruna “Rusiya ilə dialoqun” əhəmiyyətli olduğuna heç kim etiraz etmir, lakin Fransa təşəbbüsü artan inamsızlıq kontekstinin bir hissəsinə çevrilir. (...) Rusiya tərəfinin nəzər-nöqtəsi eynilə bunun qədər konstruktivdir. Noyabrda işıq üzü görmüş “Sonuncu təhqir edilmişlər: Vladimir Putindən sonrakı ilk diplomatlar” adlı maraqlı araşdırmada Avropa Beynəlxalq Münasibətlər Şurası (EFCR) Rusiya xarici işlər nazirlərinin “alma-materi” hesab edilən Moskva Beynəlxalq Əlaqələr İnstitutunu bitirən gənc diplomatlarla görüşüb. Anonim şərtlər daxilində aparılan danışıqlar hesabatda öz əksini tapıb. Rus diplomatlar Rusiya-Qərb münasibətlərindəki real vəziyyətə aydınlıq gətiriblər.
Hesabatın müəllifi Kadri Liikqeyd edir ki, gənc diplomatlara dünya nizamı modelini təsvir etmək və həmin nizamda Rusiyanın yerini göstərmək təklif olunub: “Onlar Qərblə hər hansı əlaqə qeyd etməyiblər. Əksinə, dünya müxtəlif oyunçuların iştirakı etdiyi, parçalanmış durumda təsvir edilib. Belə bir vəziyyətdə Rusiya ya ayrıca kənarda, ya da qeyri-qərb dövlətlərinin arasında qeyd edilib”.
“Yaşlı həmkarlarından fərqli olaraq gənc diplomatlar qatı düşmən ABŞ ilə Avropanı bir-birindən fərqləndirilər. Amma Avropaya ehtiyatlı münasibət onun dəyərlərini dəstəkləməkdən daha çox, sırf praqmatik səbəblərdən dolayı saxlanılır”, - jurnalist yazır.
“(...) Gənc rus diplomatlar nə putinçidirlər, nə liberal. Onlar xarici işlər nazirliyinin mövqeyi ilə razı olmadıqlarını etiraf edirlər. Onların fikrincə, nazirlik Kreml və ya ordunun xeyrinə fəaliyyət göstərdiyi üçün öz mahiyyətini itirib. Ancaq onlar 1990-cı illərə xas ruh yüksəkliyinin əksinə real xəyal qırıqlığı nümayiş etdirirlər, - məqalədə deyilir. Yekun nəticə belə səslənir: “Bu cür hisslər Putinin hakimiyyət dövründə inkişaf edib, lakin onların səbəbi təkcə Putin deyil. Ola bilsin, onlar Putindən uzun ömürlü olacaqlar. Qərb ümid etməməlidir ki, Putin hakimiyyətdən getdikdən sonra 1990-cı illərin optimizmi geri qayıdacaq”. “Bu məsələ ilə bağlı ekspertlər həmfikirdirlər: artıq heç nə əvvəlki kimi olmayacaq. Xarici siyasət sahəsində putinizm siyasəti Putindən daha çox yaşayacaq”, - məqalə müəllifi vurğulayır.
Fransa Beynəlxalq Münasibətlər İnstitutunun (IFRI) Rusiya və MDB Mərkəzinin direktoru TatyanaKastuyeva-Jan 2014-cü ilin dönüş nöqtəsi olduğunu hesab edir: “Avropa modeli parça-parça olub, tunelin sonunda işıq görünmür. Rusiya hökuməti məqsədlərinə çatmaq üçün miqrant və eynicinsli nikah mövzusundan istifadə edərək “Əsl Avropa bizik” söyləmək üçün əlindəki kartı çox yaxşı oynayıb”.
(Tərcümə: xpressa.net)
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-11-2019, 12:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-11-2019, 12:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26