Bu gün ölkənin yeni ombudsmanının adı bəlli olacaq - Gözlənti
Noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb və 3 namizədlə bağlı layihə parlamentin plenar iclasına tövsiyə olunub.
Bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəməsindən üç xanımın namizədliyi irəli sürülüb. Ombudsmanlığa namizəd 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşaviridir. Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini işləyir. S.Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Digər namizəd Abıyeva Kəmalə Nəbi qızı 1979-cu il təvəllüdlüdür. O, Apelyasiya Məhkəməsinin sədr müavinidir. 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Abıyeva daha sonra BDU-da magistratura səviyyəsində təhsil alıb. 2000-2006-cı illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi,
2006 - 2008-ci illərdə isə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi vəzifələrində çalışıb. O daha sonra Ali Məhkəmədə hakim köməkçisi, 32 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub. 2013-cü ildə hakim kimi Bakı Apelyasiya Məhkəməsinə gələn Kəmalə Abıyeva 2018-ci ildə sədr müavini təyin olunub.
Üçüncü xanım namizəd Kəmalə Əliyeva isə Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. 1980-ci il təvəllüdlü Kəmalə Əliyeva da BDU-nun Hüquq fakültəsinin məzunudur. O, 2015-ci ildən hazırkı vəzifəsindədir.
Bu gün - noyabrın 25-də parlamentin plenar iclasında üç namizəddən biri ombudsman seçiləcək.
Səbinə Əliyeva Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun həyat yoldaşı ile ilgili görsel sonucu
Azərbaycanın yeni insan hüquqları üzrə müvəkkilinin Səbinə Əliyeva olacağı ehtimalı daha yüksəkdir.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini Səbinə Əliyeva Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.
Xatırladaq ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 82 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.
“İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir. Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir. Yalnız ombudsmanın yerinə yeni namizəd verilmədikdə o, öz vəzifəsində qala bilir. Belə ki, Konstitusiyaya məhdudiyyətin götürülməsi ilə bağlı 2009-cu ilin martın 18-də edilən dəyişikliyə əsasən, səlahiyyət müddəti başa çatan müvəkkilin yerinə yeni şəxs seçilənə qədər o, öz vəzifəsinin icrasını davam etdirir. Səlahiyyət müddəti başa çatan Elmira Süleymanova da məhz yerinə namizəd verilmədiyindən hələ də ombudsman vəzifəsində qalırdı.
Hüquq müdafiəçisi Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Elmira Süleymanova ombusman təyin olunarkən Azərbaycanın ictimaiyyətinə tanınan şəxs idi, aparıcı QHT-yə rəhbərlik edirdi: “Və onun təşkilatı BMT-nin iqtisadi və sosial Şurasında assosiativ ilk üzv idi. Elmira xanım BMT sistemini gözəl bilirdi və ona görə də onun ilk dövrlərdə işi çox uğurlu oldu, Azərbaycanın Ombudsman təsisatı dünya miqyasında tanındı, BMT-də A statusu aldı. Sonra Azərbaycandakı ”hüquq müdafiəçiləri" ilə ermənilər birləşdi şikayətlər yazdılar, Elmira xanımın da səhhətində problemlər oldu. Nəticədə A statusu B-yə endirildi.
O ki qaldı ombusman vəzifəsinə yeni namizədlərə, onlar mənə tanınmayan şəxslərdir. Ona görə də onlar barədə nə müsbət, nə də mənfi bir şey deyə bilmirəm. Bircə onu deyə bilərəm ki, ombudsman sözünün ümumiyyətlə mənşəyi nüfuzlu insan mənasındadır. Yəni o vəzifədə elə bir insan olmalıdır ki, onun mövqeyini təkcə hüququn verdiyi səlahiyyətlər yox, cəmiyyətdə mövqeyi, nüfuzu, sözünün eşidilməsi faktorları güclü etsin. Belə bir şəxsi həm hakimiyyət, həm də cəmiyyət qəbul etməlidir. Ona görə də çox ölkələr ombudsman vəzifəsinə qeyd etdiyim meyarlara uyğun şəxsi seçirlər. İndi Azərbaycanda ombudsmanlığa namizədlər barədə cəmiyyətdə neqativ fikir müşahidə etmirəm, eyni zamanda xüsusi bir pozitiv fikir yoxdur, böyük ictimaiyyət tərəfindən tanınmırlar. Hər halda bəri başdan mənfi fikir demək düzgün olmaz. Qalır gözləmək".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:25-11-2019, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-11-2019, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |