Yüksək cərimələr qapıdadır? - Daha bir sahədə qanunvericilik sərtləşdirilə bilər
Türkiyədə heyvanları qoruyan yeni qanun qəbul ediləcək. Qanun layihəsində öz heyvanlarını küçəyə atanlara 10 min lirə ( təxminən 2300 manat) dəyərində cərimə, heyvanlarla pis rəftar edənlərə isə 2 il müddətində həbs cəzası kimi müddəalar yer alıb.
Məlumdur ki, Azərbaycanda da heyvanlara, xüsusən də itlərə və pişiklərə qarşı münasibət ürək açan deyil. Sosial şəbəkələrdə quyruğu və yaxud qulağı kəsilmiş, müxtəlif işgəncələrə məruz qalmış heyvanların foto və videolarına tez-tez rast gəlirik. Xüsusilə də itlərin kütləvi şəkildə güllələnməsi də adi hal alıb.
Bəs ölkəmizdə belə halların qarşısını almaq məqsədilə daha sərt qanunların qəbul edilməsi niyə gündəmə gəlmir?
Mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan kinoloq Etibar Orucov Azərbaycanda bu problemin daa geniş əhatəli olduğunu bildirib:
“Əgər mübarizə aparırıqsa, işə küçə itlərinin qısırlaşdırılmasından başlamalıyıq. Mən heyvansevərəm və 7 küçə iti saxlayıram, amma bu itlər qısırlaşdırılmayıb. Bir gün bu itlər balaca bir uşağa hücum edərsə, məlum məsələdir ki, uşağın valideyni nəinki iti öldürməyə, hətta əzab verməyə belə hazır olar. Məsələnin bu tərəfini də işıqlandırmaq lazımdır.
Vəsait ayrılsa, 3-5 ay ərzində Bakı və Bakı ətrafı bütün zonalardan küçə itlərinin yığılmasını təmin etmək olar. İlk növbədə itləri qısırlaşdırmaq lazımdır. Amma bununla bağlı bizdə lazımi işlər getmir. Qaldı ki, məsələnin digər tərəfinə heyvanlara əziyyət verilməsi, itlərin dalaşdırılması və s. bu ayrı bir mövzudur. İtlərin dalaşdırılması üçün dalaşdırılacaq itlər xüsusi yetişdirilir. Bu şəxslərə qarşı da cinayət işi açılır. Parlamentdə artıq qərar qəbul olunub ki, itlərin qulaqlarını kəsən həkimlər 500-1000 manat arasında cərimə olunacaq və qeyd etmək istəyirəm ki, qanun işləkdir. Heç bir həkim də qulaq kəsmir.
Mən bütün gün demək olar ki, yollardayam. Amma itlərlə pis rəftar edəni də açığı görməmişəm. Yenə də belə bir qanunun qəbulu heç də pis olmaz".
Xatırladaq ki, Azərbaycan 2003-cü ildə heyvanların müdafiəsi ilə bağlı Avropa Konvensiyasına qoşulub və onu 2007-ci ildə ratifikasiya edib. 2011-ci ildə “Heyvanların saxlanılması qaydaları haqqında” Qanun qəbul olunub. Bu qanun heyvanlara qəddar münasibətin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur, xüsusən də küçə itlərinin öldürülməsi və it döyüşdürməyi (əvvəllər hər ikisi adi hal idi) əhatə edir. Həmin normativ akt bir itin insana hücum etməsi və ya həyat fəaliyyətini itirməsi halında avtonaziya etməyə imkan verir.
Azərbaycanda heyvanlarla rəftar qaydalarının pozulduğu hallarla bağlı 2013-cü ildə cərimələr on dəfə artırılıb - 20 manatdan (10 avro) 200 manata(100 avro) qədər.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-11-2019, 16:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-11-2019, 16:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti