“Köhnə qvardiya” toplanır: “91-lər” meydana qayıdır: - “Lider lazımdır...”
""Köhnə qvardiya"nın yenidən toplanması çox yaxşı ideyadır".
regionxeberlericom.az bildirir ki, bu sözləri Cebhe.info-ya açıqlamasında Milli Məclisin keçmiş deputatı, əməkdar jurnalist Rizvan Cəbiyev deyib.
O bildirib ki, əslində YAP-ın əvvəlki üzvlərinin bir yerə yığışması ideyası var:
"Hazırda "91-lər" Hərəkatı mövcuddur, bizim onun adını alıb, bu gün sağ qalan "91-lər"in təşkilatını yaratmaq fikrimiz var. Güman edirəm ki, ideyamız bu il həyata keçəcək və ya keçə bilər. Həmin ideyanın hazırda hansı mərhələdə olduğunu bilmirəm, ancaq güman edirəm ki, bunun təşkilatçısı bir az içəridə olanlardır, biz isə təqaüddə olan adamlarıq".
R.Cəbiyev əlavə edib ki, "köhnə qvardiya"nın yenidən toplaşması üçün lider lazımdır:
"Bu söhbət olub və baş tutsa, çox gözəl olar. Çünki sağlam ideya ətrafında birləşmək həmişə ölkə, gündəm üçün vacibdir, bunun ziyanı yoxdur. Biz 7-8 nəfər Heydər Əliyevin anım günlərində yığışırıq, onun məzarını ziyarətə gedirik, gül qoyuruq, otururuq, danışırıq. Bundan başqa özəl günlərdə də yığışıb, söhbətləşib, yeyib-içib qayıdırıq".
Paylaş:
Müəllif : Yazar
Tarix:29-03-2019, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-03-2019, 09:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01