Seçkiyə 3 gün qalmış Poroşenko önə çıxdı – Zelenski liderliyini qoruyur
Ukraynada martın 31-də keçiriləcək prezident seçkisinə 3 gün qalmış ölkənin nüfuzlu reytinq agentlikləri son rəy sorğularının nəticələrini açıqlayıblar.
Məlum olub ki, bütün sorğularda əvvəlki kimi şoumen Vladimir Zelenski birinciliyini saxlayır. Ancaq bununla yanaşı, hazırkı prezident Pyotr Poroşenkonun reytinqində ciddi irəliləyiş olub. Məsələn, ən nüfuzlu şirkətlərdən sayılan “Reytinq”in hesabatına görə, seçicilərin 26.6 faizi V.Zelenskiyə səs verməyə hazırlaşdığı halda, Pyotr Poroşenkoya səs verənlər 17 faiz təşkil edəcək. 3-cü yerdə gedən Yuliya Timoşenkonun da göstəricisi təxminən 17 faizdir.
Qeyd edək ki, bundan öncəki sorğularda Y.Timoşenko Poroşenkonu 3-5 faiz qabaqlayırdı. Bəzi təhlilçilər bildirirlər ki, Poroşenkonun reytinqinin yüksəlməsində Rusiyanın seçkilərə açıq müdaxilə cəhdləri əhəmiyyətli rol oynayıb. Bu hal Rusiyaya mənfi münasibət bəsləyən seçicilərin sayca çoxalmasına və aktivləşməsinə səbəb olub.
“Reytinq”lə yanaşı digər sorğu agentlikləri də oxşar nəticələr açıqlayıblar. Onların hamısında Zelenski lider, Poroşenko isə ikincidir. Bəzi nəticələrdə hətta Poroşenkonun sabiq baş nazir Y.Timoşenkonu 5-8 faiz üstələdiyi əks olunub. Rusiyaya səfəri və Medvedevlə görüşü ilə gündəmə gələn Yuri Boykonun isə əksinə, reytinqinin xeyli aşağı düşdüyü məlum olub.
Nəticələr əksər müşahidəçilərin də gözlədiyi kimi, ikinci turun qaçılmaz olduğunu göstərir. Və reytinq agentliklərinə inansaq, həlledici turda şoumen Zelenski ilə hazırkı prezidentin dueli müşahidə olunacaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-03-2019, 23:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-03-2019, 23:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01