Müsavat Məclisində “Tofiq Yaqublu qalmaqalı” - Onun cəzalandırılmasını kim təklif edib?
Müsavat Partiyasının Məclisində təşkilatın üzvü Tofiq Yaqublunun cəzalandırılması təklif edilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Müsavat üzvü Könül Şamilqızı yazıb. Lakin o, təklifin kim tərəfdindən səsləndirildiyini açıqlamayıb. “Azərbaycan hakimiyyəti Tofiq Yaqubluya işgəncə verir, öldürürcəsinə döyür, cəzalandırır ki, mübarizədən çəkilsin.
Müsavat Məclisində də Tofiq Yaqublunun dırnağı qədər mübarizəsi olmayan adamlar qalxıb Tofiqin Arif Hacılının xoşuna gəlməyən media orqanlarına müsahibə verməsinin, Milli Şuraya üzvlüyünün nizamnaməyə zidd olmasından dəm vurur, cəzalandırılmasını istəyir. Və bu, bu gün olur, Tofiq həbsdəykən. Tofiq işgəncə görərkən.
İnsanlar utanma hissini, ölçü hissini, məsuliyyət hissini itirincə belə olur. Ayıb olsun!”, - deyə Könül Şamilqızı bildirib.
Müsavatdakı mənbə isə təklifin başqan müavini Osman Kazımov tərəfindən irəli sürüldüyün iddia edib.
Könül Şamilqızının bu məsələ ilə bağlı statusunda məhz Osman Kazımova xitabən “Siz bu gün nə demisiniz Tofiqlə bağlı, onu yazın” söyləməsi də təklifin onun tərəfindən səsləndirilməsi barədə şübhələri artırır.
Lakin Osman Kazımov bu iddiaları təkzib edib. “Tofiq haqqında elə təklif olmayıb. Nə mənim, nə də digər çıxış edənlərin çıxışında”, - deyə başqan müavini bildirib.
Müsavat Partiyası Mərkəzi İcra aparatının rəhbəri Gülağa Aslanlı da “Yeni Sabah”a açıqlamasında Tofiq Yaqublu ilə bağlı iddiaları təkzib edib. “Müasvat Məclisində belə bir şey olmayıb. Deyilənlər yalandır”, - deyə aparat rəhbəri vurğulayıb. O, belə bir məlumatın yayılmasının səbəbini onu yayanlardan soruşmağı tövsiyyə edib: “Başqalarının nə yazdığı məni maraqlandırmır. Niyə belə məlumat yayırlar, səbəbini özlərindən soruşun”.
Tofiq Yaqublu oktyabrın 12-də keçirilən Müsavatın qurultayında başqanlığa üç namizəddən biri olub. Başqanlıq seçkilərində Arif Hacılı qalib gəlib. Tofiq Yaqublu isə 51 səslə ikinci yerdə qərarlaşıb. Bundan sonra Tofiq Yaqublu Məclis üzvlüyünə namizədliyini irəli sürsə də, yetərli səs topalaya bilməyib. Bu bir çox müsavatçıların narazılığına səbəb olub. Onlar Tofqi Yaqublu kimi prinsipial müsavatçıya qarşı bu münasibətə etiraz ediblər. Tofiq Yaqublu 19 oktyabr aksiyasında saxlanılaraq inzibatı qaydada cəzalandırılıb. Ona 30 sutka həbs cəzası verilib. Yaxınları Tofiq Yaqublunun saxlanılarkən işgəncələrə məruz qaldığını bəyan ediblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-11-2019, 13:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-11-2019, 13:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26