ABŞ Maduronun Bakıya gəlməsini istəmir - “Amerika getsin su içsin...”
Bu il oktyabrın 25-26-da Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi edəcək. Təşkilatın miqyası, onun siyasi və iqtisadi potensialı, dünya siyasətinə təsir imkanları nəzərə alınmaqla bu hadisənin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür.
Bu Zirvə Görüşü müstəqil Azərbaycanın tarixində ən iri beynəlxalq siyasi tədbirlərdən biri olacaq. Politoloqların və ekspertlərin diqqət yetirdikləri daha bir mühüm məqam ondan ibarətdir ki, 1989-cu ildə keçirilmiş Belqrad Zirvə Görüşündən 30 il sonra Azərbaycanın timsalında Avropa qitəsi BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarını yenidən qəbul edəcək.
ABŞ Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində Venesuela prezidenti Nikolas Maduronun iştirakının əleyhinədir.
“Yeni Müsavat”ın məlumatına görə, ABŞ dövlət katibinin köməkçisinin müavini Rocer Karstens Vaşinqton Beynəlxalq Mətbuat Mərkəzində çıxışı zamanı qeyd edib. "Maduronun Azərbaycanda qəbul edilməsi ABŞ-ın tənqidinə səbəb olacaqmı" sualının cavabında Karstens deyib: "Əlbəttə, biz insanların söhbətin Madurodan getdiyini və onunla münasibət qurmağın nəticələri ola biləcəyini bilməsini istəyirik". Eyni zamanda o dərhal əlavə edib: “Maduronun Bakıda qəbul edilməsi, məsələn, Kuba, Rusiya və ya Çin tərəfindən Venesuela rejiminə dəstək verməklə eyni şey deyil”.
Sonda Karstens rəsmi Bakıya Maduroya hörmət göstərməzdən əvvəl BMT ali komissarı Mişel Baçeletin 4 iyul tarixli məruzəsi ilə tanış olmağı tövsiyə edib. O, çıxışı zamanı deyib ki, Venesuela rejimi BMT-nin İnsan Hüquqları Şurasının üzvü ola bilməz və üzv dövlətlər onun namizədliyini təcrid etməlidir.
“Maduro rejimi öz xalqına qarşı yolverilməz insan hüquqları pozuntuları törətməkdə davam edir. Mahiyyətcə, o, sistemli işgəncələr, məhkəməsiz qətllər, repressiya və qorxutmalar siyasəti ilə vətəndaşların əsas hüquqlarını inkar edir və onlardan məhrum edir” - deyə, Karstens bildirib.
BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet təqdim etdiyi məruzədə bu ölkədə işgəncə, cinsi həqarət və məhkəməsiz qətllər xronikasını göstərib. Maduronun bu ayın sonunda Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya səfər edəcəyi gözlənilir. Lakin ABŞ onun Bakıya gəlməsini istəmir və açıq şəkildə narahatlığını ifadə edir. Səbəb nədir?
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə “Yeni Müsavat”aaçıqlamasında Vaşinqtonun narahatlığına belə reaksiya verdi: “Amerika gedib su içsin... Mən bilmirəm ki, Maduronun ölkəmizə səfəri onları niyə narahat etməlidir. Amma ABŞ onu devirmək istədi, alınmadı, xalq prezidentini müdafiə etdi. İndi əlacsızlıqdan belə addımlar atırlar”.
A.Əlizadənin sözlərinə görə, Maduro Rusiyaya gedəndə də ABŞ etiraz etmişdi: “Amma ona bata bilmədilər. Onun Bakıdan maliyyə dəstəyi istəyəcəyi də boş söhbətlərdir. Venesuelanın kifayət qədər resursları, pulu var. Sadəcə, Britaniyadakı hesabları dondurublar və bu faktordan xalqa qarşı mübarizədə istifadə edirlər. Venesuela ələbaxan ölkə deyil. Onu da deməliyəm ki, Venesuela OPEK-də böyük rola malikdir”.
Siyasi şərhçi HikmətHacızadə isə qəzetimizə bildirdi ki, məqsəd Venesuelanı dünyadan təcrid etmək istəyidir: “Ölkədə iqtisadi şərait ağırlaşıb, Venesuelanın dünya ölkələri ilə siyasi-iqtisadi, mədəni sahələrdə əməkdaşlığını dayandırmağa nail olmaq istəyirlər. Buna görə Maduronu vəhşi diktator kimi təqdim edirlər. ABŞ onun xarici səfərlərinin marşrutunu izləyir, əlaqələri əngəllənir. Amma Maduro Bakıya elə-belə gəlmir. Onun səfəri birbaşa Rusiyanın moderatorluğu ilə həyata keçir. Moskva Maduroya təlimat verir ki, əlaqələrini genişləndirsin”.
H.Hacızadə güman etmir ki, Azərbaycan Venesuelaya maliyyə yardımı edəcək: “Ola bilsin ki, Maduro pul istəsin. Azərbaycanın isə o dərəcədə imkanı yoxdur. Sadəcə, Venesuela prezidentinin səfərləri ilə imicini qaldırmaq istəyirlər. Lakin düşünmürəm ki, ABŞ rəsmisinin açıqlamasından sonra Maduronun gəlişinə görə rəsmi Bakıya təzyiqlər olacaq”.
AĞ Partiya sədrinin I müavini, politoloq Əhəd Məmmədlinin sözlərinə görə, Maduronun Azərbaycana səfəri baş tutacaq və digər prezidentlər kimi qəbul ediləcək: “Bu bir tədbirdir və ona ”yox" demək olmaz.
Vaxtilə İranın prezidenti Əhmədinejat BMT-də Amerikanı tənqid edib gedirdi. Ona görə ABŞ-ın Azərbaycana tövsiyəsi anlaşılan deyil".
Ə.Məmmədli iki ölkə arasında müqavilələr bağlanacağını gözləmir: “Çünki neftin dünya bazarındakı qiyməti Azərbaycana da təsir edib.
İnanmıram ki, Maduroya borc versinlər. Əvvəla, pul yoxdur, ikincisi, Maduronun bura gəlişi daha çox beynəlxalq tanıtım xarakteri daşıyır.
Dünyanın bir sıra ölkələri Xuan Quaydonu prezident kimi qəbul etsə də, Çin, Rusiya, Türkiyə Maduronu Venesuelanın legitim prezidenti hesab edir. Bu dövlətlər isə Azərbaycanın strateji tərəfdaşlarıdır".
Qoşulmama Hərəkatı dünyanın 120 ölkəsini birləşdirir. Hərbi siyasi bloklarda iştirakdan imtina, xalqların müstəqillik və hüquq bərabərliyi prinsipləri əsasında dinc yanaşı yaşaması bu ölkələrin xarici siyasət kursunun əsası hesab edilir. Təşkilat 1955-ci ildə Asiya və Afrika ölkələrinin Bandunq Konfransında təsis edilib. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olub. Cəmi səkkiz ildən sonra həmin təşkilatın bu qədər mühüm, dünyanın yarıdan çoxunun təmsil olunacağı beynəlxalq tədbirinə ölkəmizin ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycanın artan beynəlxalq nüfuzunun etirafı deməkdir.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:18-10-2019, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-10-2019, 09:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |