Rusiya Türk Şurasına üzv ola bilər - EHTİMAL
Türk Şurasının yaradılmasından 10 il keçməsinə baxmayaraq, ilk dəfə indiki qədər dəqiq tarixi zərurət Bakı görüşündə nümayiş olundu.
regionxeberlericom.az bildirir ki, bu sözləri Axar.az-a Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü barədə danışan Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib. O bildirib ki, bu görüşdə təcili şəkildə türk birliyini formalaşdırmaq və bunu vahid mövqeni ifadə edən platforma şəklinə salmaq zərurəti ortaya çıxdı:
“Şuranın Bakı görüşü Türkiyənin Suriyada anti-terror əməliyyatları apardığı, Azərbaycanın öz ərazisi olan Dağlıq Qarabağla bağlı işğalçı Ermənistana qarşı təzyiqini artırdığı, həmçinin, Orta Asiyada türk ölkələrinin müəyyən qlobal və regional təhdidlərlə - terrorizm, ekstremizm kimi qorxulu tendensiyalarla üz-üzə olduğu vaxta təsadüf etdi. Təkcə bu detallar ölkələri mütləq əməkdaşlığa və birgə fəaliyyətə sövq edir.
Bakı görüşündə ortaya çıxan nəticələr kifayət qədər rentabellidir: Regional və qlobal təhdidlərə qarşı birgə mövqedən çıxış, beynəlxalq münasibətlər sistemində bir-birinə dəstək vermək, ortaq dil, mədəniyyət, dostluq, qardaşlıq əlaqələrini genişləndirmək, türk inteqrasiyasını Avrasiyanın qorunması kontekstində nəzərdən keçirmək, Dağlıq Qarabağ probleminin həllində türk ölkələrinin səylərini artırmaq və eyni mövqeni sərgiləmək, Azərbaycanın enerji layihələrinin potensialından türk ölkələrinin də istifadə etməsini reallaşdırmaq və s.
Həmçinin zirvə görüşündə ümumi problemlər müzakirə edilməklə qalmadı, Dağlıq Qarabağla bağlı, Türkiyənin haqlı mövqeyi ilə əlaqədar dəstək nümayiş etdirildi.
Şuranın verdiyi ən önəmli mesaj isə türk birliyini və türk xalqlarının vahidliyini dünyaya göstərmək oldu”.
Ə.Əlibəyli Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Macarıstanın da yer almasının (müşahidəçi qismində) olduqca əhəmiyyətli hadisə kimi qiymətləndirib:
“Macarıstanın türk birliyinin səhifələrində yer alması yalnız türk birliyi hərəkatının Avropanın içərilərinə qədər nüfuz etməsi demək deyil, ayrı-ayrı Şərqi Avropa ölkələrində yaşayan milyonlarla etnik türkün də ümid yeridir.
Güman ki, biz gələcəkdə türk kimliyi üzərindən inşa edilən milli birlik xəttinin o ölkələri də əhatə edəcəyini görəcəyik. Artıq bu birlikdə Rusiyanın da olacağını sürpriz hesab edə bilmərik.
Macarıstanla Türk Şurası ölkələri arasında 4 milyard dollarlıq ticarət mövcuddur. Həmçinin Macarıstan Avropa Birliyinin üzvüdür. Ötən ay Budapeştdə Türk Şurasının nümayəndəliyinin ofisi fəaliyyətə başlayıb. Bu ofis Şuranın Avropa ölkələri və regional təşkilatlarla əlaqələrinin inkişafına təkan verəcək.
Eyni zamanda, Macarıstan çalışır ki, Britaniya çıxandan sonra şura həm Avropa İttifaqında çıxan ölkə ilə birbaşa müqavilələr bağlasın, həm də “şok effekti” yaşayan Aİ-nin boşluqlarını Türk Şurası ölkələri ilə doldursun. Bu baxımdan bütün tərəflərin faydalanması mümkündür.
Amma bu ilginc ideyanın taleyini gələcəkdə görərik.
Yaxşı olar ki, şuranın üzvləri konkret bu sahələrdə həlledici addımlar atsınlar. Yəni vahid diasporun yaradılması, ortaq türkcənin müəyyən edilməsi, bütün ölkələr arasında vizanın ləğvi, vahid təhsil proqramının yaradılması, türk ordusunun təşkili, vahid gömrük sisteminin yaradılması və s. barədə işlər görülməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-10-2019, 10:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-10-2019, 10:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01