“Putin Avropa qoşunlarının Ukraynaya daxil olmasına razılaşacaq” – Makron Trampla razılaşmalardan danışdı
Fransa Prezidenti Emmanuel Makron Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Ukraynada müharibənin sona çatması ilə bağlı nikbin olduğunu və yaxın həftələrdə atəşkəsin əldə oluna biləcəyini istisna etmədiyini bildirib.
O, “Fox News”-a müsahibəsində bildirib ki, sülhün Ukraynanın kapitulyasiyasına səbəb olmamalı olduğunu vurğulayıb və ABŞ Prezidentini danışıqlar prosesində ehtiyatlı olmağa çağırıb. Makron vurğulayıb ki, çünki Ukraynanın və bütün Avropanın təhlükəsizliyini təmin etmək lazımdır.
ABŞ və Fransa prezidentlərinin danışıqları Ağ Ev sahibinin Avropa, Ukrayna liderlərinin ünvanına kəskin bəyanatlarına rəğmən isti atmosferdə keçib. Tramp müharibə bitdikdən sonra Fransa və Böyük Britaniyanın Ukraynaya sülhməramlı qüvvələr göndərməsi ideyası ilə razılaşdığını bildirib və rəsmi Moskvanın əvvəllər belə bir ehtimalı inkar etməsinə baxmayaraq, Vladimir Putinin bununla razılaşacağını deyib.
"Prezident Trampla danışıqlarımdan sonra əminəm ki, irəliyə doğru bir yol var", - Makron deyib. O, Trampla görüşü “strateji” və həll yönümlü adlandırıb.
Makronun sözlərinə görə, əvvəlcə atəşkəs əldə olunmalı, sonra yekun sülh sazişi üzrə substantiv danışıqlara başlanmalıdır. Bununla belə, Makron qeyd edib ki, atəşkəs Ukrayna üçün güclü təhlükəsizlik təminatlarına əsaslanmalıdır, çünki Rusiya daha əvvəl razılaşmaları pozub.
"Mənim üçün ardıcıllıq belə ola bilərdi: birincisi, ABŞ və Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar... Sonra atəşkəs. Bu, yaxın həftələrdə əldə oluna bilər... Bundan sonra təhlükəsizlik zəmanətləri, ərazilər, infrastrukturla bağlı danışıqlar... Bundan sonra sülh sazişi", - Makron bildirib. O qeyd edib ki, təhlükəsizlik təminatları olmadan sülh sazişi mümkün deyil. Onlardan biri ABŞ-nin dəstəyi ilə Avropa sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsi ola bilər.
Böyük Britaniyanın Baş naziri Key Starmerin Vaşinqtona səfəri zamanı məsələ ilə bağlı müzakirələrin davam etdiriləcəyi gözlənilir.
“AzPolitika” info”
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 20:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır