Putinin planları suya düşdü - Rusiyanı gözləyən faciə
Rusiya və Ukrayna arasında 2022-ci ilin fevralından bəri davam edən müharibə qlobal miqyasda ciddi siyasi, iqtisadi və hərbi nəticələr doğurub. ABŞ və Qərb dövlətləri, eləcə də NATO, Ukraynaya maliyyə, texniki və hərbi yardımlar edərək bu münaqişədə dolayısı ilə iştirak ediblər. Qərbin bu müdaxiləsi Rusiya üçün ciddi maneə yaratsa da, müharibənin gedişatını tamamilə dəyişdirə bilməyib.
Hazırda münaqişənin diplomatik həll yolları müzakirə olunur və müəyyən razılaşmaların əldə olunması gözlənilir.
Bu razılaşmalar Ukrayna üçün nə kimi nəticələr doğura bilər? Eyni zamanda, Vladimir Putinin əsas məqsədlərinə çatması üçün hələ hansı addımları ata biləcəyi sual altındadır. Müharibənin sonrakı mərhələsində hansı ssenarilər daha real görünür?
Siyasi ekspert Oqtay Qasımov Ukrayna-Rusiya müharibəsinin hansı tərəfin xeyrinə bitə biləcəyi ilə bağlı ssenariləri “Yeni Sabah”a şərh edib. Bildirib ki,Rusiya və ABŞ arasında razılaşma əldə olunarsa, bu, çox güman ki, Ukraynanın ərazi bütövlüyünün pozulması ilə nəticələnəcək:
“Bu istiqamətdə ehtimallar daha çoxdur, lakin fərqli ssenarilər də mümkündür. Qeyd etmək lazımdır ki, bu müharibədə Rusiyanın imperiya ambisiyalarını gerçəkləşdirmək üçün əvvəlcədən planlaşdırdığı məsələlər istənilən formada inkişaf etmədi.
Rusiyanın NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etməsinə baxmayaraq, faktiki olaraq NATO ilə olan sərhədi iki dəfə artdı. Əgər əvvəllər bu sərhəd 1300 kilometr idisə, hazırda 2600 kilometrə qədər genişlənib. Finlandiya və İsveçin NATO-ya üzv qəbul edilməsi Baltik dənizini demək olar ki, tamamilə NATO-nun nəzarətinə keçirdi”.
Politoloq vəziyyətin olduqca qəliz olduğunu da vurğulayıb:
“Bundan əlavə, Böyük Britaniyanın Baş naziri Ukraynaya sülhməramlı qüvvələr göndərməyə hazır olduqlarını bəyan edib. Əgər bu plan reallaşarsa, bu, Putinin hədəflərinə çata bilmədiyini və tamamilə fərqli bir geosiyasi mənzərənin formalaşdığını göstərəcək. Ümumilikdə, hazırda ciddi proseslər gedir və vəziyyət həm mürəkkəb, həm də olduqca dərindir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 13:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB