reklam
Regionxeberlericom.az » Siyasət » Gürcüstanda SENSASİYA! - Səfirlər də etirazlara qoşuldu

reklam

Gürcüstanda SENSASİYA! - Səfirlər də etirazlara qoşuldu

















Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili istefa verib.

Musavat.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

Diplomat Avropaya inteqrasiyanın dayandırılmasına etiraz edənlərlə həmrəy olduğunu bildirib.

“Uzun diplomatik fəaliyyətim ərzində ölkəmin Avro-Atlantik və Avropa inteqrasiyasını inkişaf etdirmək və müttəfiqlərimiz, xüsusən də ABŞ ilə güclü və etibarlı strateji tərəfdaşlıq qurmaq üçün həmkarlarımla fəal əməkdaşlıq etmişəm.

Bizim yorulmaz səylərimiz heç bir şəkildə pozulmamalı və ya güzəştə getməməlidir. Dinc nümayişçilərin azad iradəsinə qarşı #Zorakılığa yox, tam həmrəylik!!!", - “Qafqazın sədası” Berdzenişvilinin mətnindən sitat gətirir.

Bundan əvvəl Gürcüstanın Koreya Respublikasındakı səfiri “Gürcüstanın daha çox Avropaya və daha çox NATO-ya ehtiyacı olduğunu” vurğulayan yazı dərc etmişdi.

Xatırladaq ki, ötən gecə Gürcüstanın paytaxtı Tiflisdə parlament binasının yan girişində etirazçılarla polis arasında toqquşma baş verib. Hadisə nəticəsində 42 nəfər saxlanılıb.

Prezident Salome Zurabişvilinin etirazçılara qoşulması və hökumət əleyhinə çıxışları ölkədəki gərginliyi daha da artırıb.

Hökumət nümayəndələri isə ölkədə asayişi bərpa etmək üçün hüquq-mühafizə orqanlarının hərəkətlərini dəstəkləyir və qanunun aliliyini təmin etməyə çalışırlar.


 





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər