reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ Rusiya və ona kömək edənlərə qarşı daha güclü sanksiyaları anons etdi

reklam

ABŞ Rusiya və ona kömək edənlərə qarşı daha güclü sanksiyaları anons etdi














ABŞ gələn həftə Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək.

Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib: “Gələn həftə biz Kremlin döyüş maşınına yardım edənlərə, o cümlədən üçüncü ölkələrdə vasitəçilik edənlərə qarşı güclü yeni sanksiyaları açıqlayacağıq”.

O, əlavə edib ki, Birləşmiş Ştatlar anti-Rusiya sanksiyalarından yayınmaqla mübarizəni davam etdirir.

Dünən məlum olub ki, Aİ ölkələri Rusiyaya qarşı Rusiyanın enerji ixracına, əsasən mayeləşdirilmiş təbii qaza (LNG) qarşı yönəlmiş 15-ci sanksiyalar paketinin hazırlanmasına yanvar ayından sürətləndirilmiş templə başlayacaqlar. Avropa İttifaqında Rusiya iqtisadiyyatına necə zərbə endirilməsi ilə bağlı müzakirələrin hazırda Aİ Şurasına sədrlik edən Macarıstan tərəfindən ləngidildiyi vurğulanır. \\Musavat.com




Paylaş:


Müəllif : Tarix:
23-10-2024, 10:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər