Aİ İrana qarşı sanksiyaları genişləndirdi
Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edib.
RegionXəbərləricom.az “Kommersant”a istinadən xəbər verir ki, sanksiya siyahısına yeddi fiziki şəxs və yeddi təşkilat daxil edilib.
Aİ həmin şəxs və təşkilatların Rusiyaya ballistik raket göndərilməsində məsuliyyət daşıdığını iddia edib.
Bildirilib ki, yeni sanksiyalar barədə qərar Aİ ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə verilib. Sanksiya siyahısına daxil edilən şirkətlər arasında “Iran Air”, “Saha Airlines” və “Mahan Air” aviaşirkətləri, eləcə də alüminium istehsalçısı “Iran Alumina Company” də var.
Xatırladaq ki, Moskva və Tehran İrandan Rusiyaya Ukraynada istifadə olunması üçün silah-sursat göndərilməsini təkzib edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-10-2024, 15:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-10-2024, 15:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01