"Ukraynanın "qələbə planı" nədən ibarətdir?" - Ukrayna prezidenti Ofisi
"Ukraynanın qələbə planı ABŞ prezidenti Co Baydendən asılıdır, Ukraynaya yeni imkanlar verməklə o, öz adını tarix kitablarına yazdıra bilər..."
"Söhbət o cümlədən Ukraynaya Rusiyanın hava limanları, hərbi bazaları və anbarlarına zərbələr endirməsi üçün yeni imkanların verilməsindən gedir..."
Rusiya ərazisinin dərinliklərinə raket zərbələrini endirmək imkanı Ukraynanın "qələbə planı"nın mühüm tərkib hissəsidir.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Sergey Leşşenko bəyan edib. Məlumatı "nv.ua" nəşri yayıb.
Rusiya dərinliyinə Qərb raketlərilə zərbələr endirilməsinə qadağanın götürülməsi imkanını şərh edərkən, Leşşenko qeyd edib ki, Ağ Ev BMT Baş Assambleyasının sessiyası zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü gözləyir. "Onlar Ukraynanın qələbə planını eşitmək istəyir", - Leşşenko deyib.
Onun sözlərinə görə, bundan öncə Zelenski qeyd edib ki, Ukraynanın qələbə planı ABŞ prezidenti Co Baydendən asılıdır. Leşşenko deyib ki, Ukraynanın qələbə planı yeni imkanların əldə edilməsini nəzərdə tutur.
"Yeni imkanlar raketlər saxlanılan, təyyarələr havaya qalxan, sonra Ukrayna şəhərlərini məhv edən, mülki ukraynalıları qətlə yetirən hava limanları, hərbi bazalar, anbarlara zərbələr endirilməsini nəzərdə tutur. Beləliklə, biz buna icazə almayınca, qələbə planının icrasından danışa bilmərik. Ona görə də prezident Baydendən çox şey asılıdır", - Leşşenko vurğulayıb.
Leşşenko qeyd edib ki, Baydenin öz siyasi karyerasının başa çatmasından öncə tarixi qərar qəbul etmək və Ukraynaya zəruri olanları vermək imkanı var. Belə imkanları Ukrayna Baydenin prezidentliyinin əvvəlki illərində əldə etməyib.
"Bu imkanla o, öz adını tarix kitablarına yazdıra bilər. Belə major notda mən ümid edirəm ki, ABŞ prezidenti bu imkandan istifadə edəcək, çünki Amerika və Ukraynanın məqsədləri eynidir. Bu məqsədlər demokratiya və insan haqlarıdır, hər bir millətin Moskvaya nəzər salmadan öz gələcəyini müəyyən etmək hüququdur", - Leşşenko deyib.
Onun sözlərinə görə, ABŞ indiyədək Kuba və Karib böhranlarını xatırlayır, o zaman dünya nüvə fəlakətinin bircə addımlığında olub, bu, ABŞ-da Ukrayna üçün məhdudiyyətlərin götürülməsi ilə bağlı daxili diskusiyaların gedişinə təsir göstərəcək.
"Co Baydenin mənsub olduğu siyasətçilər nəsli bunu xatırlayır, onlar hələ də belə təsəvvürlərin əsirindədir ki, hansısa "qırmızı xətlər" mövcuddur və onları keçmək olmaz. Ona görə də onlar inanır ki, Putin nəsə edə bilər.
Amma Ukrayna Kursk vilayətində əkshücumu ilə göstərib ki, yarım əsr öncə olduğu mənada "qırmızı xətlər" yoxdur. Rusiya ərazisinin bir hissəsi bir aydan artıqdır ki, işğal edilib. Amma Rusiya onu işğaldan azad etmək üçün nüvə silahı tətbiq etmək üçün heç bir tədbir görməyib, digər sulahı isə o, artıq iki il yarımdır tətbiq edir", - Leşşenko deyib.
O, hesab edir ki, Rusiya real həyatda səsləndirdiyi təhdidləri gerçəkləşdirə bilməyəcək. "Ümid edirik ki, Bayden öz prezidentliyinin sona çatması məqamında Ukrayna ssenarisinin xeyrinə addım atacaq", - Leşşenko deyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-09-2024, 21:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |