İsrailin Milli Təhlükəsizlik Qərargahı təkzib edir: - "Turistlər Azərbaycana uça bilərlər"
Qarşıdan gələn oktyabr israillilər üçün üç həftəlik yəhudi tətilidir, bu müddətdə ölkə əhalisinin demək olar ki, üçdə biri Yəhudi Dövlətindən kənara çıxır.
İsraillilərin coğrafi meylləri olduqca müxtəlifdir - ənənəvi olaraq İsrail ilə müharibə edən və onunla diplomatik münasibətləri olmayan bir neçə bölgə istisna olmaqla, bu, əslində bütün dünyadır - ABŞ, Argentinadan tutmuş Yaponiya və Avstraliyaya qədər.
Son on ildə İsrailin yerli sakinləri, keçmiş SSRİ ölkələrini intensiv olaraq kəşf etməyə başladılar ki, bu da ümumiyyətlə, məntiqlidir: baxmayaraq ki, İsraildə keçmiş SSRİ-dən milyon yarım immiqrant yaşayır, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə hətta Yəhudi Dövlətini "Rusdilli bir ölkə" adlandırıb, keçmiş Sovet İttifaqının suveren dövlətləri arasındakı coğrafi, siyasi, etnoqrafik və mədəni fərqləri ümumiyyətlə bilməyən yerli israillilər bu boşluğu doldurmağa çalışırlar; eyni zamanda, təhlükəsizlik mövzusunda İsrail Milli Təhlükəsizlik Baş Qərargahından xaricə gedənlərə edilən istənilən xəbərdarlıqlara həssaslıqla yanaşırlar.
İsraildəki bəzi rusdilli mediada bu gün dərc olunan və dərhal Runetin geniş ərazilərinə yayılan yazılara nəzər salsaq görərik ki, İsrail turistlərinə tətil üçün, xüsusən də "İranı əhatə edən" və Yaxın Şərq ölkələrinə səyahət etmək tövsiyə edilmir- bu çərçivədə Gürcüstan, Ermənistan və Türkmənistan qeyd olunur və Azərbaycana sonuncu- real ehtiyac olmadan səyahət etməkdən çəkinməyi və ölkədə olarkən təhlükəsizlik tədbirləri görməyi nəzərdə tutan 4-cü təhlükə kateqoriyası təyin edilib.
Milli Təhlükəsizlik Qərargahının nümayəndəsi məsələ ilə bağlı sualıma belə cavab verdi: “Qərargahın tövsiyələrində, İsrail turistlərinin təhlükəsizliyinə real təhlükə yarada biləcək silahlı toqquşmaların müşahidə olunduğu Dağlıq Qarabağın ərazisinə getməyin təhlükəli olduğu nəzərdə tutulur.
Azərbaycanın xatırlanması onun bütövlüyünü dəstəkləyən İsrailin Dağlıq Qarabağı Azərbaycan Respublikasının ərazisi hesab etməsi ilə izah olunur.
Baş Qərargah İsrail vətəndaşlarının Azərbaycana səfərləri ilə bağlı digər məhdudiyyətlər nəzərdə tutmayıb”.
Baş Qərargahın açıqlaması, AZAL-ın İsraildəki nümayəndəliyinin rəhbəri, eyni zamanda İsrailin İSRAIR aviaşirkətinin Tel Əviv - Bakı - Tel-Əviv uçuşları üçün biletlərin satışına cavabdeh olan Veniamin Kurmayevin verdiyi məlumatlar fonunda olduqca məntiqli görünür.
Onun sözlərinə görə, yəhudi tətilində Bakıya uçuşlar üçün artıq yeddi min yerə bilet satılıb və sifarişlərin sayı artmaqda davam edir.
Bundan əlavə, Veniamin Kurmayev İsrail və Azərbaycan arasında turist axınlarının təşkili ilə məşğul olan bir sıra özəl qurumların məlumatlarını təsdiqləyib, qeyd edib ki, təkcə ötən 2018-ci illə müqayisədə Azərbaycana səfər etmək istəyən israilli turistlərin sayı təxminən 25-30 faiz artıb.
Və sonuncusu.
İsrailin Milli Təhlükəsizlik Baş Qərargahından verilən bütün xəbərdarlıqların "dəqiq və təsdiq edilmiş kəşfiyyat məlumatlarına" əsaslandığına heç bir şübhə yoxdur.
Peşəkar kadrlarla komplektləşdirilmiş bu struktur çoxdan işləyir, zəngin təcrübəyə malikdir və bir qayda olaraq, səhvlərə yol vermir.
Şübhə doğuran başqa şeydir-bəzi İsrail KİV-lərinin olduqca spesifik məlumatları yoxlamadan, dəqiqləşdirmədən, mahiyyətinə varmadan və qeyri-peşəkarcasına yaymaları; halbuki Bakıya hazırlaşan 7 min nəfər israillinin ən azı birindən soruşmaq olardı ki, o niyə biletləri və bron edilmiş otelləri ləğv etməyi düşünmür, əksinə, olduqca yaxşı əhval-ruhiyyədədir və Azərbaycan mətbəxinin qastronomik yeniliklərinin xəyalı ilə yəhudi tətilində "dördüncü təhlükə kateqoriyasına" daxil olan ölkəyə uçur?!
virtualaz.org
Paylaş:
Müəllif : Yazar
Tarix:26-09-2019, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-09-2019, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01