İran ABŞ-la danışıqlara hazırdır - XİN sözçüsü
İran Birləşmiş Ştatlar ilə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası və Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlar üçün diplomatik kanalları açıq saxlayır.
EFE xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.
O əlavə edib ki, Tehran və Vaşinqton arasında dolayı danışıqlar artıq baş tutub və lazım gəldikdə detalları açıqlayacağına söz verib.
Kənani deyib ki, Tehran 2024-cü ilin mayında vəfat edən keçmiş İran prezidenti İbrahim Rəisinin qoyduğu təməl sayəsində “gələcək danışıqlar üçün yaxşı vəziyyətdədir”.
Sözçü vurğulayıb: “Seçilmiş hökumət bu nailiyyətləri, xüsusən də İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı danışıqlarda əldə etdiyi nailiyyətlərə əsaslanacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2024, 15:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-07-2024, 15:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti