Nyu-York danışıqları ərəfəsində düşmən təxribatı - Gərginlik...
Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ səfəri davam edir. Sentyabrın 22-də nazir Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.
Sentyabrın 23-də Azərbaycan və Ermənistan XİN başçıları bir araya gəlib. Görüş qəzetimiz çapa hazırlandıqdan sonraya təsadüf etdiyindən, bu barədə təfsilatlı yaza bilmirik. Lakin şübhə yox ki, bu görüş də digərləri kimi, nəticəsiz başa çatacaq. Təkcə ona görə yox ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ keçən ay “Qarabağ Ermənistandır. Vəssalam” deyərək danışıqların perspektivini sual altında qoyub. Həm də ona görə ki, elə Nyu-York görüşü ərəfəsində Ermənistanın işğal altındakı ordusu növbəti dəfə təxribata əl atdı. Belə ki, sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı əraziyə keçən əsgərimiz Abdulrəhmanov Ramin Şövkət oğlu düşmən tərəfindən vurulub. Onun nəşi neytral ərazidə qalıb. Beynəlxalq Qızıl Xaç Komitəsi məsələdən xəbərdardır və bununla bağlı müvafiq qurumlarla konfidensial ikitərəfli dialoq aparılır.
Bu yerdə xatırladaq ki, bu ilin iyununda Vaşinqtonda keçirilən Qarabağ danışıqları ərəfəsində də düşmən təxribat törədərək hərbçimizi vurmuşdu. Bir az da keçmişə qayıtsaq, 2016-cı ilin aprel döyüşləri də Azərbaycan və Ermənistan liderləri ABŞ-da olduğu və görüş planlaşdırıldığı zaman baş vermişdi. Bu mənada mümkündür ki, ortada üçüncü qüvvə var və o, ABŞ-ın Qarabağ danışıqlarında təşəbbüsə yiyələnəcəyindən ehtiyatlandığı üçün gərginliyi tətikləyir. Burada diqqəti ölkədaxili vəziyyətdən yayındırmaq istəyən Paşinyan hakimiyyətinin də rolu istisna deyil.
Yeri gəlmişkən, son günlər hərbi əsir və girovların Azərbaycan tərəfinin təklif etdiyi “hamını-hamıya” şəklində qaytarmaqla bağlı erməni rəsmilərin də açıqlamaları eşidilirdi. Hətta Ermənistan XİN başçısı və müdafiə naziri bunu “humanitar aksiya” olaraq vurğulamışdı və istisna etməmişdi. Ancaq görünür, belə bir ərəfədə hansısa qüvvələr razılaşmanı pozmağı vacib sayıblar. İndi də Ermənistan tərəf iddia edir ki, guya Azərbaycan hərbçisi diversiya törətmək istəyib. Artıq Azərbaycan Müdafiə Nazirliyi bu absurd iddianı təkzib edib. Bütün bunlar isə danışıqların uzanmasına hesablanan gedişlərdir.
“Azərbaycan- Ermənistan xarici işlər nazirlərinin bu gün Nyu-Yorkda keçiriləcək görüşündən nəsə gözləmirəm. Adi bir görüşdür”. Bu fikirləri Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Nyu-York görüşünü şərh edərkən bildirib. Sabiq xarici işlər nazirinin Modern.az-a dediyinə görə, bu görüş baş tutmamalı idi: “Hesab edirəm ki, Azərbaycan bu görüşə getməməli idi. Ona görə ki, Ermənistanın baş naziri Paşinyanın bəyanatından sonra Azərbaycanın xeyrinə olmayan vəziyyət yaranıb. Bu görüşdən də heç bir nəticə gözlənilmir. 501 yaxud da 504-cü görüşdür, artıq sayını da itirmişik. Düşünürəm ki, Paşinyanın bəyanatlarından sonra Azərbaycan mövqeyini bildirməli idi”.
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ-da baş tutan Qarabağ danışıqlarında cəbhə xəttində təxribatın törədilməsi və əsgərimizin şəhid edilməsi əsasən əsirlərin dəyişdirilməsi razılaşmasını pozmağa hesabalanıb: “Qeyd edim ki, ABŞ da Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsində danışıqların davam etdirilməsi və əsirlərin dəyişdirilməsi razılaşdırılmalı idi. Bu təxribatın arxasında Qarabağ klanı və onlardan təlimat alan Moskvanın durmasını istisna etmirəm. Qarabağ klanı hazırkı məqamda ikin olaraq Paşinyanın Qarabağla bağlı bütün təşəbbüslərini sabotaj etməyə çalışır. Orduda və separatçıların nəzarətində olan hərbçilər bu təxribatı edərək əsirlərin dəyişdirilməsini əngəlləməyə çalışırlar”. Ekspertə görə, bundan əlavə, Moskva ABŞ-da aparılan danışıqlarda hər hansı bir qərarın daim əleyhinə olub: “Dəfələrlə Vaşinqtonda keçirilən görüşlərdə Moskvanın təhriki ilə təxribatlar edilib. Bu birmənalıdır. Artıq bu görüşdən müsbət nəsə gözləmək absurddur. Çalışılır ki, bu danışıqlarda humanitar missiya fiaskoya uğrasın. Ümumiyyətlə, Qarabağ danışıqları dalana dirənib. Qərbdə aparılan danışıqlar baş tutanda cəbhədə digər tərəf qısqanclıqla qarşılayır. Hesab edirəm ki, çox çətin bir durum yaranıb. Azərbaycan artıq bilməlidir ki, ABŞ-da baş tutan danışıqlarda Moskva imkan verməyəcək ki, irəliləyiş olsun. Hesab edirəm ki, danışıqlarda yeni variant olmalı, çevik və Moskva ilə koordinasiyalı aparılmalıdır. Qarabağ klanı və Ermənistandakı qeyri-stabil vəziyyət danışıqlarda irəliləyişə mane olur”.
QAT sədri Akif Nağı isə qəzetimizə bildirdi ki, Ermənistan məsələnin birmənalı şəkildə onların istəklərinə uyğun həll olunmasında, bu mümkün olmasa, status-kvonun olduğu kimi saxlanılmasında maraqlıdır: “Rəsmi İrəvan öz siyasətini də buna uyğun formalaşdırır. Rəsmi qaydada bəyan edirlər ki, Dağlıq Qarabağ Ermənistan ərazisidir, bununla mövqelərinin, istəklərinin birinci hissəsini ifadə edirlər. Cəbhədə atəşkəsi bu şəkildə pozmaqla isə ikinci variantın qüvvədə qaldığını göstərmək istəyirlər. Cəbhədə baş verənlər erməni təxribatıdır. Bu təxribatla danışıqlarda onların maksimalist istəklərinə cavab verməyən hər hansı nəticəni, mümkün razılaşmanı pozmağa çalışırlar. Ona görə də danışıqlar yolu ilə nəyəsə nail olmaq mümkün deyil, hər dəfə ermənilər bir yol tapıb razılaşmanı pozacaqlar”.
A.Nağı bənzər hadisələrin əvvəllər baş verdiyini də qeyd etdi: “Xatırlayırsınızsa, Fransanın Rambuye qəsrində az qala ilkin razılıq əldə olunurdu, Ermənistan prezidenti Köçəryan başqa bir bəhanə tapa bilmədi, ayaqyoluna getmək bəhanəsilə danışıqlar stolunu tərk etdi, bir daha geri qayıtmadı. Ermənilərin bu siyasətini ümumi adla ”ayaqyolu siyasəti" də adlandırmaq olar. Əlbəttə, ortada Rusiya amili də olub və var. Amma Ermənistanın yeritdiyi siyasəti də həmişə başqalarının adına yazmağa ehtiyac yoxdur. Etiraf etməliyik ki, ermənilər bacarıqla oynayırlar. Biz isə bütün bu oyunlara son qoymaq üçün müharibəni başlamalıyıq".
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2019, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2019, 09:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01