Obyekti dağıdılmış sahibkar Gəncənin icra başçısından kömək istəyir - GİLEY
Obyekti sökülüb yerlə bir edilən Gəncə şəhəri, Hacıkənd qəsəbəsi sakini Fərid Səlahəddin oğlu Zeynalovun problem bitmək bilmir. Sovet dövründə atasının işlətdiyi, son illərdə isə özünün işlədib ailəsini dolandırdığı mağaza sabiq icra başçısının göstərişi ilə qanunsuz olaraq sökülüb.
Gəncədəki məlum hadisələrdən sonra isə Fərid Zeynalov yeni icra başçısı Niyazi Bayramovla görüşüb və baş verənləri anlatmışdı. Bu haqda “Yeni Müsavat”ın 10.04.2019 tarixli sayında, “Hacıkənd sakini güllələnən icra başçısından şikayət etdi” sərlövhəli yazı dərc etmişdik. Fərid Zeynalovun vəkili Əziz Qənbərov redaksiyamıza müraciət edərək müvəkkilinə süni maneələr yaradılmasından şikayətlənib:
“Bildirirəm ki, hüquqlarını müdafiə etdiyim Zeynalov Fərid Səlahəddin oğluna məxsus (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX 0021701 saylı dövlət reyestrindən çıxarışla təsdiq olunmuşdur) Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində torpaq sahəsi və içərisində olan 96 kv/metr tikili Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin göstərişi ilə onun əməkdaşları tərəfindən qanunsuz olaraq dağıdılmış, bununla bağlı olaraq Zeynalov Fərid Səlahəddin oğlu ölkə rəhbərliyinə və Niyazi Bayramova çoxsaylı müraciətlər etmişdir. Bunun nəticəsi olaraq 27.02.2019-cu il tarixdə Zeynalov Fərid Səlahəddin oğlunu və vəkili kimi məni qəbul edərək dinləmisiniz. Qəbul zamanı siz bildirdiniz ki, sözügedən əmlakı qanunsuz olaraq tutub məhv edən şəxslər barəsində müraciət edin, onlar Sizə dəymiş zərəri ödəyəcəklər. Qeyd edim ki, hazırda tikinti materialları verilmiş, dəymiş zərərin bir hissəsi ödənilmişdir. Lakin hüquqlarını müdafiə etdiyim mülkiyyətçi dağıdılan obyektin dövlət reyestrində qeyd edilən ölçülərdə yenidən obyekt inşa etmək istəsə də, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən buna razılıq verilmir, süni maneələr yaradılır.
Hörmətli icra başçısı!
Sizdən xahiş edirəm ki, bununla bağlı ətraflı məlumat verilməsi üçün məni və hüquqlarını müdafiə etdiyim şəxsi qəbul etməyi, hüquqlarını müdafiə etdiyim Zeynalov Fərid Səlahəddin oğlunun mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə yaradılan süni maneələrin aradan qaldırılması və sözügedən obyektin tikintisinə razılıq verilməsi barədə göstəriş verəsiniz".
Vəkil bildirib ki, Fərid Zeynalov hazırda böyük borc içindədir, sahibkarlıq fəaliyyəti iflic durumdadır. “Müvəkkilimi yeganə qazanc yerindən məhrum ediblər. Orada işləyib ailəsini dolandırırdı, dövlətə vergi ödəyirdi. Bu gün isə işsizdir, maddi durumu bərbaddır. Xahiş odur ki, süni maneələr aradan qaldırılsın, dövlətimiz kiçik sahibkara bir vətəndaş kimi sahib çıxsın”, - deyə, o bildirib.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:20-09-2019, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-09-2019, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11