Kobud qayda pozuntusuna yol verən YPX əməkdaşına ciddi xəbərdarlıq edilib
Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Yol Patrul Xidməti (YPX) avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması faktı ilə bağlı xidməti yoxlama aparılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.
Onun sözlərinə görə, yoxlamanın nəticələri barədə kollegial qurum olan siravi və kiçik rəis heyətinin yığıncağında geniş müzakirə aparılıb, həmin YPX əməkdaşına ciddi xəbərdarlıq edilib: “Həmin əməkdaşların intizam məsuliyyətinə cəlb olunmasında əsas məqsəd, gələcəkdə eyni qəbildən olan qəbahətlərə yol verə biləcək digər əməkdaşlara da xəbərdarlıq etmək olub”.
Qeyd edək ki, ötən ay YPX avtomobilninin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb. Videoda YPX avtomobilinin yolun sağ zolağı boş olduğu halda, sol zolağı ilə asta sürətlə hərəkət etdiyi müşahidə olunur.
Yol hərəkəti qaydalarını pozan YPX əməkdaşı arxadan gələn avtomobillərə sağdan ötüb keçmələri üçün əli ilə işarə də verir.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-09-2019, 17:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Yol Patrul Xidməti (YPX) avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması faktı ilə bağlı xidməti yoxlama aparılıb.
Paylaş:
Müəllif :
Yazar
Tarix:12-09-2019, 17:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11