reklam
Regionxeberlericom.az » Sosial » "Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi"nin direktoruna “stop” qoyuldu - Vergi borcuna görə

reklam

"Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi"nin direktoruna “stop” qoyuldu - Vergi borcuna görə

Xəbər vermişdik ki, "Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC-nin dövlətə külli miqdarda vergi borcu üz çıxıb.

Bu ilin mart ayında sözügedən borcun məbləği 146 min 950 manat təşkil edib.

32gun.az-ın məlumatına görə, hazırda müəssisənin bugünə olan vergi borcu 63723 manatdır.

Sözügedən vergi borcuna görə müəssisənin qanuni təmsilçisi Şəfiyev Rasim Əhər oğlunun ölkədən çışışına “stop” qoyulub.

R.Şəfiyev artıq üzərindən “stop” qərarının götürülməsi üçün Gəncə Şəhər Məhkəməsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsində şikayət edib. İşə hakim Xədicə Səfərlinin sədrliyi ilə baxılacaq.

Onu da bildirək ki, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin direktoru Rasim Şəfiyevdir.

MMC-nin nizamnamə kapitalı 508794.00 AZN-dir.

44 günlük müharibədə ön və arxa cəbhənin çörəyə olan ...

Qeyd edək ki, Rasim Şəfiyevin qardaşı Şəfiyev Məhərrəm Əhər oğlu "Bərdə-Çörək” ASC-nin rəhbəri, YAP Bərdə rayon təşkilatı İdarə heyətin üzvü, partiya fəalıdır.






Paylaş:


Müəllif : Tarix:
28-12-2023, 09:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər