reklam
Regionxeberlericom.az » Sosial » Deputatn qələmi qırılıb... - İDDİA

reklam

Deputatn qələmi qırılıb... - İDDİA


Gələn il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Son günlər həm iqtidar, həm də müxalifət düşərgəsində müşahidə olunan gərginlikdən aydın olanı odur ki, bu seçkilər heç də rahat keçməyəcək. Bununla bağlı verilən xəbərlərdən aydın olur ki, konkret olaraq onlarla deputat var ki, həmin şəxslər iqtidarın hədəfinə şevrilib və onların yenidən mandatla mükafatlandırılması gözlənilən deyil.

Mənbənin söylədikləri: "Həmin deputatlar bu vaxta qədər ayrı-ayrı oliqarx- məmurlara sığındıqlarından bu gün barələrində imtina qərarı verilib və ola bilsin ki, onların mandatı müxalif düşərgəyə güzəşt edilsin.

Mənbə iddia edir ki, mandatını itirəcəklər sırasında dünənə qədər keçmiş MTN şefi Eldar Mahmudova yaxınlığı ilə seçilən İmamverdi İsmayılov da var:

"Amma nə parlament rəhbərliyinin, nə seçicilərin, nə də yuxarıların ondan hansısa gözləntisi yoxdur. Çünki İ.İsmayılov məcburi köçkünlərin "yanan barmağına su tökən" deputat deyil.

Onun Adil Əliyev, Qənirə Paşayeva, Fəzail Ağamalı, Zahid Oruc kimi həmkarlarından fərqi budur ki, başı biznesdən açılmır. Digər deputatlar ən azı arabir seçicilərlə görüşür, onlara edilən müraciətlərdən bəzilərini həll etməyə çalışır.

İmamverdi İsmayılovun isə üzünü görən olmayıb.

İ.İsmayılovun adı daha çox deputat fəaliyyətilə deyil, qalmaqallarla gündəmdə olub.

Onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir.

Mediada yazılanlara inansaq, deputat bununla kifayətlənməyib, ölkənin müxtəlif bölgələrində özünə iş qurub. Belə ki, onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan məlumatlar sırasındadır.

İ.İsmayılovla bağlı söylənənlərdən biri də onun ailəsinə məxsus xüsusi avtomobil seriyasının olmasıdır. Məlumata görə. 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsusdur.

Bu isə heç şübhəsiz deputatın oğlu - Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektoru, kapitan İlkin İsmayılovun “hünəridir”. Bu, həmin İlkin İsmayılovdur ki, bir müddət əvvəl adı qalmaqallı bir qətl işinə qarışmışdı".

Mənbə iddia edir ki, belə bir qalmaqallı tərcümeyi-hala malik olan İmamverdi İsmayılov bu gün hakimiyyətin yeni düzənində "artıq ət"ə bənzəyir...


Paylaş:


Müəllif : Tarix:
5-09-2019, 17:00
Sikayət   


loading...
Загрузка...