Səfər Mehdiyevə AÇIQ İTTİHAMLAR... - "Gömrük Komitəsi ləğv edilməlidir"
Son zamanlar tikinti bazarında qiymət artımı diqqətdən yayınmır. Satıcılar mətbuat nümayəndələri ilə qiymət artımının səbəbləri haqda danışsalar da, anonim qalmağa üstünlük verirlər. Bunu özlərinin təhlükəsizliyi ilə bağlayan iş adamları qiymət artımının əsas səbəbini gömrük rüsumları ilə əlaqələndirilər. Sahibkarlar Vergilər Nazirliyinin ötən illərdə olduğu kimi onları narahat etmədiklərini də dilə gətirirlər.
regionxeberlericom.az-un DİA.AZ-a istinadən məlumatına görə, iqtisadçı-alim Nazim Bəydəmirli xatırladıb ki, son illərdə gömrük proqnozlarının artımı adı ilə, öz işlərini yüksək səviyyədə göstərmək istəyirlər: “Problem Azərbaycanın idxaldan asılı ölkə olmasıdır. İdxaldan olan əlavə dəyər vergisi də daxil olmaq şərtiylə sahibkarın malın dəyərinə otuzdurulan vəsaitlər sonda istehlakçıların cibindən çıxır. Gömrük rüsumları nə qədər yüksək olsa, istehlakçılar bir o qədər çox ödəyəcəklər və bu, xarici ölkələrin iqtisadiyyatına xidmət edir, nəinki, daxili istehsalı stimullaşdırır. Bu mənada yüksək gömrük rüsumlarını daxili istehsalı qorumaq adı ilə qələmə vermək ən azı iqtisadi savadsızlıqdır. Ona görə sahibkarların şikayəti əsaslıdır”.
Nazim Bəydəmirlinin sözlərinə görə, gömrük orqanları indiki siyasətləri ilə neomonopoliyanı yaradırlar, müxtəlif şirkətlərdən təqdim olunan invoyslarda nə yazılıbsa qəbul etdikləri halda, arxasında məmur olmayan, normal çalışan sahibkara bazar qiyməti adı altında yeni bəyannamə qiyməti tətbiq edirlər. O deyib ki, buna bariz nümunə kimi komitə sədrinin İran armaturları haqda açıqlaması idi.
“Həmin çıxışında o, işarə vurmuşdu ki, istər armatur, yaxud kartof olsun, daxili istehsalı qorumalıdırlar. Guya, “Baku-Steel” 500 dollar deyib, gömrük orqanları da razılaşıb. Halbuki, bu, bazarda qiyməti artırır. Bazar iqtisadiyyatında isə süni qiymət artımı anlayışı yoxdur. Azərbaycanda bazar iqtisadiyyatı olmadığından süni qiymət artımı var və bu da Gömrük Komitəsinin sahibkarların gətirdiyi mallara bəyannamə qiymətini özlərindən fikirləşərək tətbiq etməsi səbəbindən baş verir. Əgər həmin sahibkar məmura arxalanmırsa, həmin mənzərəylə rastlaşır”.
Ekspert misal olaraq göstərib ki, İran armaturu 355-355 dollardır, Azərbaycana gətiriləndə, yol xərcini üstünə gələndə 380 dollar ola bilər, amma komitə 500 dollar tətbiq edərək 120 dollar gömrük rüsumu və əlavə dəyər vergisi ilə süni qiymət artımı yaradır.
“Digər mallara da eyni yanaşma sərgilənir. Bu baxımdan Azərbaycanda qiymət artımının səbəblərini gömrük siyasətində axtarmaq lazımdır. Ona görə Gömrük Komitəsi ləğv edilib Vergilər Nazirliyinin tabeliyinə verilməli və prosedur orqan kimi fəaliyyət göstərməlidir”.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bildirib ki, hazırda Azərbaycanda qiymət artımının yeni mərhələsi başlayır. O xatırladıb ki, sentyabrın 1-dən dövriyəyə yeni pul kütləsini çıxaracaq sərəncam qüvvəyə mindi.
“Yəqin ki, ayın sonunda minimum əməkhaqqının artımı, həm də diaqnostikadan keçən tədris işçilərinin maaşlarının 20 faiz, hüquq-mühafizə orqanlarında, məhkəmə hakimiyyətində, prokurorluq sistemində və xüsusi xidmət orqanlarında əməkhaqqının kəskin qaldırılması son nəticədə qiymət artımı üçün əhəmiyyətli rol oynayacaq, məcmuu tələbin dəyişməsinə və yüksəlməsinə gətirib çıxaracaq. Bu, təbii ki, qiymət artımının yeni mərhələsinin başladığını deməyə əsas verir”.
Qubad İbadoğlu hazırkı qiymət artımında çox müxtəlif amillərin olduğunu düşünür: “Bunlar arasında ən vacibi də Gömrük Komitəsinin apardığı yeni iqtisadi siyasət adı ilə həyata keçirdiyi gömrük dəyərinin formalaşmasında, təyin olunmasında müstəsna hüququndan sui-istifadə edərək qiymətlərin bahalaşmasına gətirən fəaliyyətidir”.
Onun fikrincə, gömrük orqanları gömrük dəyərini özləri müəyyənləşdirməli deyil.
“Düzdür, mövcud qanunvericiliyə görə bunun formalaşmasının bir neçə üsulu mövcuddur və gömrük orqanları bunların hər birini nəzərdən keçirib hansı üsula uyğun gəlirsə, onunla gömrük dəyərini təyin etməlidirlər. Amma gömrük dəyərinin müəyyənləşməsində istifadə olunan üsul məhz gömrük orqanları tərəfindən şərti qiymətlərin tətbiq olunmasıdır. Bu şərti qiymətlərin siyahısı Gömrük Komitəsi tərəfindən həyata keçirilir, özləri hazırlayıb təsdiq edirlər. Halbuki, bu maraq konflikti yaradır, çünki gömrük dəyəri nə qədər yüksək olarsa, dövlət büdcəsinə rüsumlar bir o qədər çox daxil ola bilər”.
Qubad İbadoğlunun sözlərinə görə, gömrük dəyərinin şişirdilməsi prosesi hazırda azad sahibkarları narahat edən ən böyük problemlərdən biridir. Bununla belə o qeyd edib ki, bu yeganə problem deyil.
“Azad sahibkarlar gömrük orqanlarının digər fəaliyyətlərindən də narazıdırlar. Özünün müstəsna hüququndan sui-istifadə edən gömrük orqanları şişirdilmiş gömrük dəyərinin təyin edilməsi ilə əlavə rüsumlar əldə edirlər və dövlət büdcəsi qarşısında öhdəliklərini daha yaxşı, plandan artıq həyata keçirirlər. Bu, əslində, gömrük orqanlarının fiskal funksiyasının həyata keçirilməsinə şərait yaradır. Ancaq onlar tənzimləmə funksiyasına malik olduqlarını unudurlar. Ona görə də gömrük dəyərinin müəyyənləşdirilməsi hüququ bu komitədə ola bilməz, mütləq digər orqanların iştirakı ilə, xüsusən İqtisadiyyat Nazirliyinin, Nazirlər Kabinetinin qərarı əsasında tənzimlənməlidir. Həm də şərti qiymətlərə tez-tez baxılmalı və şərti qiymətlər yenidən bazarın tələblərinə uyğun təzələnməlidir”.
Q.İbadoğlu hesab edir ki, gömrük orqanları indiki fəaliyyətləri ilə ilk növbədə büdcə qarşısında öhdəliklərini yerinə yetirmək və eyni zamanda özlərinin rəqib hesab etdiyi ayrı-ayrı sahibkarları bazardan çıxarmaq siyasətini həyata keçirirlər.
“Məsələ bundan ibarətdir ki, şişirdilmiş gömrük dəyəri heç də bütün sahibkarlar üçün eyni səviyyədə tətbiq olunmur. Özününkülərə nisbətdə müxtəlif səviyyələrdə və maraqlar çərçivəsində həyata keçirilir”.
İqtisadçının fikrincə, komitənin bu istiqamətdə fəaliyyəti gömrük dəyərinin şişirdilməsi ilə bitmir.
“Onlara yaxın olan şirkətlərin mallarını həmin şirkətlərin öz anbarlarına göndərirlər. Onlarla əlaqəsi olmayan azad sahibkarların mallarını isə gömrük anbarlarına boşaldırlar, bir neçə gün saxladıqdan sonra şirkətə qaytarılır. Bu zaman malların gömrük anbarlarına daşınması, boşaldılması, saxlanılması, yenidən yüklənilməsi xərcləri sahibkarın hesabına həyata keçirilir. Əlavə xərc qarşısında qalan sahibkar öz rəqibləri ilə mübarizədə bazardakı mövqeyini itirir”.
Onun fikrincə, qeyd olunanlar inhisarçılıq siyasətinin və sağlam rəqabətin olmaması üçün gömrük orqanlarının fəaliyyətinin tərkib hissəsidir və bu fəaliyyət nəticəsində istehlak bazarında idxal mallarının qiyməti kəskin bahalaşmaqdadır.
“Çünki komitə ilin sonuna daha çox plan yığmaq öhdəliyini götürüb. Bu, bir tərəfdən azad sahibkarların bazardan çıxarılmasına, başqa tərəfdən qiymətlərin kəskin bahalaşmasıyla nəticələnir. Mən birmənalı şəkildə deyərdim ki, istehlak bazarında idxal mallarının qiymətlərinin kəskin artmasının səbəbi gömrük orqanlarıdır. Məqsəd ondan ibarətdir ki, dövlət büdcəsi hesabına ödənən minimum əməkhaqqı və minimum pensiyalar məhz qiymətlərin bahalaşması nəticəsində əıhalidən geri alınıb büdcəyə yönəldilir. Əslində, burda yenə də itirən istehlakçı olur, qazananlar isə dövlət orqanlarında bu porosesi nəzarətə götürən ayrı-ayrı korporativ maraqları həyata keçirənlərdir”.
İqtisadçı təklif edir ki, şərti qiymətlərin müəyyənləşməsi yalnız komitənin qərarı ilə həyata keçməməlidir, bu, Nazirlər Kabinetinin qərarıyla tənzimlənməlidir.
“Eyni zamanda, şərti qiymətlər bazarın tələblərinə uyğunlaşmalı və real qiymətlərlə uzlaşmalıdır. Digər tərəfdən, gömrük orqanlarında gömrük anbarlarına məhsulların göndərilməsi, saxlanılması xərclərinin sahibkarın üzərinə qoyulması praktikası dayandırılmalıdır. Karqolar vasitəsilə ölkəyə gətirilən malların gömrükdən keçirilməsi, gömrük dəyərinin düzgün müəyyənləşdirilməsi həyata keçirilməlidir. Bəlkə bundan sonra azad sahibkarlığın gömrüyə münasibətində dəyişiklik ola bilər. Bu, həm də istehlak bazarında qiymətlərin sabitləşməsinə imkan verər”.
Gömrük Komitəsinin Vergilər Nazirliyə birləşdirilməsi, yaxud Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməsini əhəmiyyətli məsələ hesab etməyən Qubad İbadoğlu hesab edir ki, əgər eyni siyasət olacaqsa, eyni icraçılar, eyni şəxslər tərəfindən mövcud idarəçilik həyata keçiriləcəksə, ciddi dəyişikliklər ola bilməz.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-09-2019, 16:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-09-2019, 16:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01