reklam
Regionxeberlericom.az » Sosial » Şərurlu İsfəndiyarın binalarında eyvanı bağlatdırmaq 3000 manatdır - İDDİA

reklam

Şərurlu İsfəndiyarın binalarında eyvanı bağlatdırmaq 3000 manatdır - İDDİA


Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus “Şərur” MTK-nın Yeni Yasamal ərazisində inşa etdiyi binanın sakinləri narazılıq edir.

“Index”ə müraciət edən sakinlərdən biri deyib ki, açıq olan eyvanını bağlatdırmaq istəyib, lakin MTK buna icazə verməyib: “Binamız tam təhvil verilməyib, lakin yaşayış var. Eyvanı adi plastik pəncərə ilə bağlatdırmaq istəyirdim. “Şərur” MTK-nın baş ofisindən icazə vermədilər. Dedilər ki, icazə 3000 manata verilir. Üstəlik, dedilər ki, icazə almasanız, işığınızı kəsəcəyik. Bu qədər dərəbəylik olar? Binada yaşayan sakinlərin 70%-dən çox balkonunu bağlatdırıb. Başqa binalarda buna görə kimsə pul almır! Görəsən, binanın sahibi Şərurlu İsfəndiyarın bunlardan xəbəri var? Varsa, ayıb olsun!”

Məlumadur ki, elektrik enerjisinin verilişinə “Azərişıq” ASC-dən başqa kimsə müdaxilə edə bilməz. “Şərur” MTK-nın sakinləri isə tam fərqli mənzərənin şahidi olur. “MTK binanın sayğaclarını zirzəmidə quraşdırıb. Heç bir sakinə qəbz də vermirlər. Hər ay gəlib deyirlər ki, “filan qədər işıq pulu borcun var”. Sayğaclar komendantın əlinin altındadır. İstədiyi vaxt işığı kəsə bilir. Bizə deyiblər ki, “Azərişıq” bizə qarışmır”, – deyə sakinlər bildirib.

Başqa bir şikayətçinin sözlərinə görə, eyvanı bağlatdırmağa görə icazəni sakinlərə pulla satan “Şərur” MTK mənzil sahiblərinə “kupça” vermək barədə düşünmür.

Digər şikayətçi isə deyir ki, MTK qaz sayğaclarının quraşdırılmasına görə hər sakindən 900 manat pul yığıb.

Sakinlərin şikayətlərindən biri də binaların liftlərinin nasazlığındandır: “”Hər ay azı 2-3 dəfə liftlərimiz xarab olur”.


Paylaş:


Müəllif : Tarix:
3-09-2019, 14:59
Sikayət   


loading...
Загрузка...