reklam
Regionxeberlericom.az » Sosial » “Evimi nə sökürlər, nə də təmir etməyə qoyurlar” - GİLEY

reklam

“Evimi nə sökürlər, nə də təmir etməyə qoyurlar” - GİLEY


“Evim uçulub, yaşamaq mümkün deyil. Həyat yoldaşım gözdən əlildir, lakin pensiya məsələsi problemə çevrilib”.
Bu sözləri “Yeni Sabah”a müraciətində Binəqədi rayonu, Motodrom yaşayış massivinin sakini Firdovsi Osmanov bildirib.

Şikayətçinin sözlərinə görə, həyat yoldaşının bir gözü zədəlidir. İllərdir ki, onun əlilliyə görə pensiyaya çıxarılmasına çalışır.

“Problem ondadır ki, biz aztəminatlı ailə olduğumuz üçün ünvanlı sosial yardım alırıq. Maraqlanmışam deyiblər ki, əgər yoldaşım pensiyaya çıxsa o zaman ünvanlı sosial yardım kəsiləcək. Deyirlər qanun belədir.

Digər tərəfdən yoldaşıma ikinci qrup əlillik düşür. Çünki bir gözü faktiki olaraq görmür. Amma bizə deyirlər ki, ancaq 3-cü qrup verə bilərik. Onun da pensiyası çox azdır. Əgər ünvanlı sosial yardım kəsilsə biz həmin pensiya ilə dolana bilmərik. İki övladım var, hər ikisi məktəblidir. Özünüz bilirsiniz ki, məktəb ləvazimatları bahadır”,- deyə Firdovsi Osmanov bildirib.

Onun sözlərinə görə, metronun “Avtovağzal” stansiyası tikiləndə yaşadığı ev də zədələnib: “O zaman bizim ərazidəki evləri sökürdülər. Amma kompensasiyanın məbləği çox az idi. Ona görə də sakinlər etiraz etdi. Bu məsələ mətbuatda da geniş işıqlandırılıb.

Sonradan dedilər ki, kompensasiya məsələsinə yenidən baxılacaq. Evim zədə almışdı. Təmir etməyə qoymadılar. Dedilər onsuz da söküləcək. İndiyə qədər də məsələ qeyri-müəyyən qalıb. “Avtovağzal” stansiyası da artıq istifadəyə verilib. Amma hələ də evimi təmir edə bilməmişəm. Çünki deyirlər ki, sökəcəklər.

Özüm də hazırda işsizəm. Hara müraciət edirəmsə, deyirlər iş yoxdur. İndi mən nə etməliyən, necə dolanmalıyam?”

Şikayətçi prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya xitabən bunları deyib: “Cənab prezident, hörmətli Mehriban xanın, biz çox acınacaqlı halda yaşayırıq. Məsələni yerində araşdırmaq üçün nümayəndə göndərə bilərsiniz. Biz heç nə istəmirik, sadəcə yoldaşımın pensiya məsələsi həll olunsun, ünvanlı sosial yardım kəsilməsin və evlə bağlı qeyri-müəyyənliyə son qoyulsun. Haqqımız nədirsə, onun təmin olunmasını xahiş edirik. Ümid edirik ki, bu məsələyə ciddi diqqət yetiib, problemlərimizin həllinə yardımçı olacaqsınız”.


Paylaş:


Müəllif : Tarix:
2-09-2019, 13:29
Sikayət   


loading...
Загрузка...