reklam
Regionxeberlericom.az » Sosial » "Bakı Apellyasiya Məhkəməsinin mövqeyini səhv olaraq qiymətləndirib" - GİLEY

reklam

"Bakı Apellyasiya Məhkəməsinin mövqeyini səhv olaraq qiymətləndirib" - GİLEY


20 ildir ki, işlətdiyi obyektini itirmək təhlükəsi ilə üzləşən vətəndaş məhkəmədən ədalətli qərar çıxarmasını gözləyir.

regionxeberlericom.az bildirir ki, Unikal.org-a müraciət edən vətəndaş Qafarov Sərdar Qafar oğlu həm Suraxanı rayon məhkəməsinin, həm də Bakı Apellyasiya məhkəməsinin onun əmlakı ilə bağlı qərəzli qərar çıxardığını bildirir. S.Qafarov bundan sonra Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin Mülki Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. İndi vətəndaş Bakı Apelyasiya Məhkəməsində hakim Zaur Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə işin ədalətli araşdırılması və düzgün qərar çıxarılması üçün dövlət qurumlarından kömək istəyir:

“Mən inanıram ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zaur Əliyev bu işə obyektiv və ədalətli baxacaq. Amma buna baxmayaraq əvvəlki Apellyasiya Məhkəməsində baş verən qanunsuzluqlar və ciddi pozuntular məni narahat edir. Çünki Ali Məhkəmə qaranlıq və mübahisəli məsələləri araşdırmadan qərar çıxaran Bakı Apellyasiya Məhkəməsinin mövqeyini səhv olaraq qiymətləndirib və qeyd edilib ki, qərarın çıxarılması üçün sübutlar yetərsizdir.

Məlumat üçün bildirirəm ki, Mən Qafarov Sərdar Qafar oğlu Bakı şəhəri, Suraxanı Rayonu, Keçmiş Balıq zavodunun yaxınlığında yerləşən ərazidə 1999-cu il tarixində İcra Hakimiyyətindən 100 kv. metr torpaq sahəsi alaraq qeyri yaşayış sahəsi (avtomobil sexi) tikərək bu günədək həmin ünvanda kiçik sahibkar kimi fəaliyyət göstərməkdəyəm.
Lakin 20 il keçdikdən sonra yaxın qohumum (bibim) Paşayeva Zərifə Cümşüd qızı ilə ailə münasibətlərimiz pozulduğundan mənə zərər vurmaq məqsədilə həmçinin, avtomobil sexinin gəlir gətirdiyini görərək obyektin onlara aid olduğunu iddia edərək məhkəməyə müraciət etdi.

Öncə bu təhdidləri ciddiyə almasam da məhkəmə prosesinin başlamasıyla gəlirim əlimdən alınacağının fərqinə vardım. Məhkəmə proseslərinin başladığı tarixdən etibarən iddiaçı tərəfin məndən daha nüfuzlu olduğundan, məni hər bir halda bu iş üzrə qalib olacağına inandırmağa çalışırdı. Belə ki, lazım olsa, sənin öbyektinin dəyərindən də artıq məbləğdə pul xərcləyəcəyini və məni çöldə qoyacağını iddia edirdi.

Birinci Suraxanı Rayon Məhkəməsi 25 iyul 2018-ci il tarixli, 2(010)-3371/2018 nömrəli qətnaməsi və ikinci instansiya Bakı Apellyasi Məhkəməsi 02 noyabr 2018-ci il tarixli, 2(103)-10844/2018 saylı qətnaməsindən sonra bu iddiaların gerçəkləşdiyini gördüm.

Lakin Ali Məhkəməyə verdiyim kassasiya şikayəti zamanı kollegiyasının ədalətli mövqeyi mənim şikayətimin təmin olunması ilə nəticələndi.

Ali Məhkəmənin Mülki Kollegiyasının 20 may 2019-cu il, 2(102)-3430/2019 saylı qərarında da öz əksini tapmışdır kı, Bakı Apellyasiya Məhkəməsi iş üzrə həlledici olan halları araşdırmadan, aydınlaşdırmadan, yalnız iddiaçının formal mülahizələrinə istinad edərək, birtərəfli qaydada, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir və Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz.
Mən bu məhkəmə çəkişmələrinə görə sahibkarlıq fəaliyyətimi belə düzgün təşkil edə bilmirəm. iddiaçı tərəf artıq məni gərgin edəcək şəkildə “biz məsələni həll etmişik, iki təşkil etdiyim şahidlə bu işi udacam, artıq sən işi uduzmusan, boşuna əziyyət çəkdiyini, yaxın zamanda sexini dağıtmağa gələcəm” kimi təhdidlər söyləyir. Artıq bir ildən çoxdur ki, məhkəmələrdə sürünürəm və artıq taqətim qalmayıb, özümə zərər verəcək həddə çatmışam.

Mən istəyirəm ki, məhkəmədə bu iş üzrə zəruri olan bütün məsələlər araşdırılsın, ekspertizanın rəyinə müraciət edilsin, tələb olunduğu təqdirdə müvafiq qurumların münasibəti öyrənilsin.

Mən məhkəmənin ədalətli qərar çıxarması üçün aidiyyatı dövlət qurumlarından kömək gözləyirəm."


Paylaş:


Müəllif : Tarix:
2-09-2019, 11:52
Sikayət   


loading...
Загрузка...