reklam
Regionxeberlericom.az » Sosial » 'Xalq Bank'ın şefi də 'XALQIN ADAMI' çıxdı - BU DA FAKT!

reklam

'Xalq Bank'ın şefi də 'XALQIN ADAMI' çıxdı - BU DA FAKT!


Artıq Azərbaycanda xalqdan oğurlanan pulların səs-sorağının Avropa kimi ünvanlarda biznes və əmlak yatlrımlarına yönəldilməsinə bir növ vərdiş etmişik. Hər halda bu, adi Azərbaycan reallığına çevrilib.

Bu istiqamətdə özünün ifşa xarakterli materialları ilə diqqətə gələn tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli növbəti yazısında da anoloji faktlarla çıxış edərək Azərbaycandakı "Xalq Bank"ın şefinin Avropa macəralarından yazıb. Deyə bilərsiniz ki, axı bu adam məmur yox, bankirdir... Deyə bilərsiniz ki, axı bu adam öz şəxsi pullarını istədiyi yerə yatıra bilər və kimə nə? Büdcədən ki oğurlamayıb...

Təbii ki, kimsə belə deməyəcək. Çünki hamımız Azərbaycandakı bankirlərin kiminsə - daha dəqiqi, hansısa məmurun bankiri olduğunu yaxşı bilirik. Yaxşı bilirik ki, onlar da oliqarx məmurlarımız kimi BÜDCƏ OĞRULARI və xalqın pulunu talan edənlərdir. Elə "Yasmin" Ticarət Mərkəzi ilə bağlı qalmaqalda bu bankın sahibkarlara qarşı tutduğu mövqe hər şeyi ortaya çıxarır...

Elə buna görə də, Cavanşir Həsənli də "Xalq Bank" şefini məmurlarımızın gözünə qataraq ifşa edib.

'Xalq Bank'ın şefi də 'XALQIN ADAMI' çıxdı

Araşdırmaçı jurnalist yazır:

"Adama iki vəzifəni birdən həvalə ediblər. "Xalqbank"ın Müşahidə Şurasının və "Xalqsığorta"nın Direktorlar şurasının sədrliyi vəzifələri. O da etimadı doğruldub və Avropanın iki ölkəsində özünə xeyli əmlak alıb. Asim Məmmədli cənabları daşınmaz əmlaka 3 milyon avrodan artıq vəsaiti yatırıb.

Hardan?

P.S. Adam bir dənə təkzib eləsin, bir yığın sənəd töküm ortaya..."




Paylaş:


Müəllif : Tarix:
21-10-2023, 09:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər