Mehdi Səlimzadə yenə narazılıq yaradır... - "Ev uçsa, harada gəldi, başımı soxub qalacağam..."
Göyçay şəhər sakini, Məhəmmədəmin Rəsulzadə küçəsi, ev 44 ünvanında yaşayan birinci qrup gözdən əlil Füzuli Məmmədov Cəlal oğlu yerli icra hakimiyyəti tərəfindən aldadıldığını bildirir. Şikayətçinin oğlu Nurlan Məmmədov deyir ki, atası ilk dəfə 2017-ci ildə evlərinin yaşayış üçün yararsız olması ilə əlaqədar Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edib:
"Kişi o vaxt düz iki dəfə getdi, amma başçı ilə görüşə bilmədi. Müavinlə görüşdürüblər, o da dikbaşın biridir. Atama deyib ki, bizdə pul yoxdur, vətəndaşa ev tikək.
Bu il martın 15-də evin vəziyyəti ilə bağlı Prezident İlham Əliyevə və xanımı, Birinci-vitse prezident Mehriban Əliyevaya məktub yazdıq. Bir müddət sonra İcra Hakimiyyətindən nümayəndələr gəldi. Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Kamil Qasımovla hüquq şöbəsinin müdiri Samir Xəlilov evə birgə baxış keçirdi.
Kamil Qasımov baxdı, qayıtdı ki, ev yaxşı vəziyyətdədir. Mən də cavabında dedim ki, yaxşı vəziyyətdədirsə, onda çəkiliş edək, bütün bu söylədiklərini kamera qarşısında de. Belə deməyimdən sonra başladı ki, əslində, haqlısan, ev bərbad durumdadır. Onlara evi göstərdim, dedim ki, bizdə hamam-tualet yoxdur. Birinci qrup gözdən əlil, hamam-tualetə qonşunun qapısına gedir, bu biabırçılıqdır. Gözü görməyən adam tualetdən ötrü qonşuya gedər? Dam örtüyü yox dərəcəsindədir. Divarlar, tavan, döşəmə bərbad gündədirsə, daha nə qaldı? Kamil də dedi ki, düz deyirsən, sizə mütləq yardım olunmalıdır. Mənimlə razılaşıb, getdi. Bir müddət sonra İH-dən məktub gəldi ki, sizin evə baxış keçirilib. Ev çoxdandır təmir olunmayıb deyə köhnəlib, amma yaşayış üçün heç bir problemi yoxdur. Evin hər an uçma təhlükəsi olduğu halda, yalandan yazıb ki, köhnədir, bir-iki çat var, vəssalam. Camaatın malikanəsində də çat var də. Gəlir, yalandan vəd verir, bizi aldadır ki, bəs düz deyirsiz, evə təmir düşür, yararsız vəziyyətdədir. Gedir, sonra da bizə və prezidentə məktub göndərir ki, guya evdə problem yoxdur. Həmin məktubu yuxarıya göndərəndə, əlbəttə, bizə heç kim yardım etməyəcək, ev probleminə baxmayacaq. Axı, sənin borcun problemi necə varsa, elə də yazıb, yuxarılara göndərməkdir. Məktubda deyilir ki, hər bir vətəndaş evini şəxsən özü tikməlidir. Razıyam, sizdən ev istəsəm, bu sözləri mənə deyə bilərsiniz. Amma birinci qrup gözdən əlilə deyə bilməzsən ki, evini özün tik. Bunlar deyirlər ki, qanunda birinci qrup gözdən əlilləri evlə təmin etmək kimi bir şey yoxdur. 2015-ci il dekabrın 25-də Bakıda 132 nəfər birinci qrup gözdən əlilə mənzil tikilib verilib. Yaxşı, birinci qrup əlil yararsız evdə yaşayanda da ona mənzil düşmür?”.
Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Kamil Qasımov baxdı, qayıtdı ki, ev yaxşı vəziyyətdədir.
Nurlan Məmmədov söyləyir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanan şikayət məktubundan sonra yenidən yerli icra hakimiyyətindən nümayəndələr gəlib:
"Onlardan biri başlayıb ki, gəlin, sizi birinci qrup gözdən əlillərin güzəştli mənzil siyahısına salaq. Mən də dedim ki, 1981-ci ildən ev növbəsində gözləyən adamlar var. Bu ev isə hər an uçma təhlükəsi ilə üz-üzədir. Mən cavanam, 25 yaşım var, problem yoxdur, ev uçsa, harada gəldi, başımı soxub qalacağam. İnsaf da yaxşı şeydir axı, bu insan hətta işığı belə seçmir. Gözləri 1990-cı ildən tamamilə tutulub. Əlindən yapışmasaq, heç bir yerə gedə bilmir. Yalnız evin içində hərəkət edə bilir. Atam yüksək təzyiq və qızdırma ilə doğulubmuş. Sonradan da gözü çox zəif olub, eynək taxırmış. 1983-cü ildə ikinci qrup əlil idi. 1990-cı ildən isə gözü tamamilə tutuldu, birinci qrup əlil oldu. Böyük qardaşım 1989, bacım 1991, mən isə 1994-cü il təvəllüdlüyəm. Bu insan nə bacımın üzünü görüb, nə də ki, mənim”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-09-2019, 11:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-09-2019, 11:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26