reklam
Regionxeberlericom.az » Sosial » "Bəyanat ancaq və ancaq yalan və böhtandan ibarətdir" - ETİRAZ

reklam

"Bəyanat ancaq və ancaq yalan və böhtandan ibarətdir" - ETİRAZ


Məlum olduğu kimi, Avropa Şurasının Nazirlər Komitəsi və Avropa İttifaqı nümayəndə heyəti oktyabrın 18-də Strasburqda keçirilən görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanat qəbul ediblər.


Regionxeberlericom.az xəbər verir ki, moderator.az-a açıqlamasında anti-Azərbaycan xarakterli bəyanata münasibət bildirən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev məlum bəyanatı ölkəmizə qarşı böyük ədalətsizlik kimi dəyərləndirib:


“Bu bəyanat hər şeydən əvvəl Qərbin ölkəmizə qarşı riyakar və qərəzli mövqeyinin göstəricisidir. Əslində, bu, sənəd deyil, kağız parçası və əxlaqsızlıqdır. Çünki bunun əxlaqlı hesab olunması üçün orada həqiqət yer almalı idi. Lakin biz görürük ki, bəyanat ancaq və ancaq yalan və böhtandan ibarətdir.


Buna görə də, bu bəyanatın mənim üçün heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə Avropa İttifaqının, onun yanlış, qərəzli, ikili siyasətinin göstəricisidir. Bunun başqa adı yoxdur”.




Paylaş:


Müəllif : Tarix:
19-10-2023, 13:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər